Vikisitat azwikiquote https://az.wikiquote.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.46.0-wmf.23 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikisitat Vikisitat müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Azərbaycan atalar sözləri/G 0 4828 206249 204219 2026-04-14T19:03:08Z ~2026-23022-34 8631 206249 wikitext text/x-wiki {{Başlıq | başlıq = [[Azərbaycan atalar sözləri]] | müəllif = | keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]] | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = [[Azərbaycan atalar sözləri/F|F]] | növbəti = [[Azərbaycan atalar sözləri/H|H]] | il = | qeydlər = <div > '''<''' [[Azərbaycan atalar sözləri|Mündəricat]]</div> | mənbə = | vikipediya_keçidi = Atalar sözü | vikimənbə_keçidi = | commons_keçidi = }} * Güllərin açılması üçün,birinci o gülə baxmaq lazımdır... İMZA:ELMİR NABİZADE * Gec gəldi, tez öyrəndi. * Gec gələn qonaq olduğundan yeyər. * Gecə dırnaq kəsən, gündüz nağıl danışan əlbət gora gedər. * Geçə gəldi, necə gəldi. * Gecə gəldi, gecə getdi, necə gəldi, necə getdi! * Gecə-gündüzüm bir olub. * Gecə keçər, gündüz gələr. * Geçə qara, cücə qara. * Gecə şərab, gündüz qumar, bu əməllə sənət umar. * Gecəni gündüzə qatmışam. * Gecənin xeyrindən gündüzün şəri yaxşıdır. * Gecəsi-gündüzü yoxdur. * Gədadan bəy olmaz. * Gədadan borc alma, ya toyda istər, ya bayramda. * Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda. * Gedən bağdan gedər, bağbandan nə gedər. * Gedənə yoldaş, gələnə qardaş. * Gedəni saxlamaq olmaz. * Gedər bağlar qorası, qalar üzlər qarası. * Gedər bu aclıq, gələr ucuzluq, amma səndə qaldı kömbə yanığı. * Gen qaz, dərin qaz, özün düşərsən. * Gendən baxana döyüş asan görünər. * Get çanağım, gəl çanağım, ortalıqda sın çanağım. * Get özünə dost qazan, düşmən ocaq başındadır. * Getdi — görə bilməzsən, yıxdı — hörə bilməzsən, onu ki, sən deyirsən, onu daha görməzsən. * Getdim dərdli yanına, o, məndən narın ağladı. * Getdim savab edəm, günaha batdım. * Getdim yarım yanına, qadam cicim canına. * Getmə gözümdən, gedərəm özümdən. * Getməsin o yaman ki, yerinə yaxşı gəlməz. * Getmişdi kabab iyinə, gördü ki, eşşək dağlayırlar. * Geyişməyən yerdən qan çıxarma. * Gədadan bəy olmaz. * Gədadan borc alma, ya toyda istər, ya bayramda. * Gəl bir addım, gəlim iki addım. * Gəl bu daşı ətəyindən tök! * Gəl deməsi yaxşıdır, get deməsi pis. * Gəldi əcəl, verməz macal. * Gəldi-gedəri saxlamaq olmaz. * Gəldi qaşın qayırsın, vurdu gözün cıxartdı. * Gəldi — qatıq, gəlmədi — ayran. * Gələcəyin var, görəcəyin də var. * Gələn adam qismətinə gələr. * Gələn gedənin dədəsinə rəhmət oxudur. * Gələn qismətini yeyər. * Gələndə yel gətiri, el gətiri, sel gətiri, gedəndə yel aparı, el aparı, sel aparı. * Gələnə yoldaş, gedənə qardaş. * Gəlin anasına həm ağlar, həm də "gedirəm* deyər. * Gəlin atda, qisməti yadda. * Gəlin atlandı, gör kimə düşdü. * Gəlin bəzənənəcən toy sovuşdu. * Gəlin bəzənincə toy əldən gedər. * Gəlin gəlin deyil, gəldiyi yer gəlindir. * Gəlin mənim süpürgəmdir, harda istəsəm orda oturar. * Gəlin ocağa, bərəkət bucağa. * Gəlin ocağa çəkər. * Gəlin ocağa gələr. * Gəlin oldun, dilini çək. * Gəlin var gələr-gətirər, gəlin var gedər — itirər. * Gəlindən qız olmaz. * Gəlinin dini yox, qaynananın imanı. * Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa. * Gəlmişdi kabab iyinə, gördü eşşək dağlayırlar. * Gəlmişdi qazanc apara, mayanı da qoydu, getdi. * Gəlmişdi saqqal dalınca, bığını da qoydu getdi. * Gəmidə oturub gəmiçi ilə dava eləmə. * Gəmisini batıran, çarığını axtarmaz. * Gənclik gözəllik deməkdir. * Gənclik ömrün baharıdır. * Gənəşəkli don gen olar. * Gəzdim İran, Turanı, cənnət gördüm buranı. * Gəzən ayağa daş dəyər. * Gəzən qızın qazancı ənlik-kirşana gedər. * Gəzən şələ bağlamaz. * Gəzər divanı-divanə, parası olmayan dərviş. * Gəzərdə — qoyun əti, onun da boyun əti. * Gəzəyən gəlinlə güləyən qızdan çarşı-bazardakı lotu yaxşıdır. * Gəzəyən qızdan gəlin olmaz. * Gicin buynuzu olmaz. * Gilas bağın olsa, bilərsən sığırçın necə quşdur. * Girirəm yaylağından, çıxıram qışlağından. * Gizli düşmən ilan kimidi, sürünə-sürünə gələr. * Gizlin kələ gedən aşkar doğar. * Gordan biz gəlirik, cəhənnəmdən sən xəbər verirsən * Goru var ki, kəfəni də ola. * Gödək atıldı vurdu uzunun başına; uzun dedi: "əcəb yadıma saldın". * Gölməçəyə su gəlincə qurbağanın gözləri bərələr. * Gönü suya vermə, verdin heyfsilənmə. * Gördü — hənək, görmədi — gerçək. * Gördün yemək, daha nə demək?! * Gördüyünü qoyub eşitdiyinə inanma. * Görən gözə kül üfürmə. * Görən gözə yasaq olmaz. * Görən gözün haqqı var, görən görüb götürər. * Görənin gözün töküncə, götürənin əlin kəs. * Görmədiyin yükün altına girmə. * Görməmiş gördü, gülə-gülə öldü, * Görməmiş gördü gümüş, oldu qudurmuş. * Görməmişə at versən, çapıb-çapıb öldürər. * Görməmişin oğlu oldu, vurdu gözün çıxartdı. * Görməyə gözü var, eşitməyə qulağı. * Görsənən dağ bələdçini neyləyir? * Göpülmüş işdən gül iyi gələr. * Görünən dağ uzaq deyil. * Görünən kənd bələdçi istəməz. * Görülmüş işdən gül iyi gələr. * Göy ağlamayınca, yer gülməz. * Göydən nə yağdı ki, yer onu qəbul eləmədi?!. * Göyçək arvadlı ilə, yorğa atlıya yoldaş olma. * Göyçək sözün ardı tükənməz. * Göydə axtarırdım, yerdə əlimə düşüb. * Göydən zənbil ilə düşməz. * Göyə tüpürmə, üzünə tökülər. * Göz gördü, könül sevdi, mənim nə günahım var?!. * Göz gördüyündən qorxar. * Göz gördüyünə inanar. * Göz görmək üçün, könül seçmək üçündür. * Göz görməsə könül sevməz. * Göz görməz, üz utanmaz. * Göz qənimini tanıyar. * Göz namərddir; qorxudar. * Göz yaşı da borcdandı. * Gözdə olmayan könüldə də olmaz. * Gözdən iraq, könüldən uzaq. * Gözdən uzaq olan könüldən də uzaq olar. * Gözə gəlməyən gəlinin salamı savaşdır. * Gözəl ağa çox gözəl idi, vurdu çiçək də çıxatdı. * Gözəl arvad şıltaq olar. * Gözəl aşı tez bişər. * Gözəl bürünər, çirkin görünər. * Gözəl eyibsiz olmaz. * Gözəl görünər, çirkin bürünər. * Gözəl göz üçün, ağıllı könül üçün. * Gözəl gözəl deyil, könül sevən gözəldir. * Gözəl kamallı gərək. * Gözəl nazlı gərək. * Gözəl sevməyə tövbə olmaz. * Gözəldə etibar olmaz. * Gözələ baxmaq göz qaydasıdır. * Gözələ baxmağın könül səfası var. * Gözələ göz dəyər, qəlbə söz. * Gözəllər çox iş görərlər, soyarlar adamı, dərviş edərlər. * Gözəllərdə vəfa olmaz. * Gözəllik baş taçıdır, hər adama qismət olmaz. * Gözəllik qarın doyurmaz. * Gözəllik ondur, doqquzu dondur. * Gözəllik vardan olar, olmasa — hardan olar?! * Gözləmədiyin daş, yardı baş. * Gözlərin aydın olsun, pişiyimiz oğlan doğub! * Gözsüz yaşamaq olar, amma Vətənsiz yox. * Gözü ancaq torpaq doyurar. * Gözü ilə görən tanrıdan yaxşı bilər. * Gözü ilə görür, dili ilə istəyir. * Gözü tox olanın könlü də tox olar. * Gözü yolda, qulağı səsdə. * Gözüm səndən su içmir. * Gözün alışmadığı işə girişmə. * Gözünün yaşına baxaq, ya əlinin daşına?! * Guşə daşı yerdə qalmaz. * Güc birlikdədir. * Güclü gücsüzdən qisas almaz. * Güclü günahkar olmaz. * Güclü yanında gücsüz günahkar. * Güclüyə nə duz, nə çörək?! * Gücü çatana donuz güddürür. * Gücü gücümdən çox, ağlı ağlımdan az. * Gücün çatmayan işə girişmə, gücə düşərsən. * Gücünə bax, şələni bağla. * Gücünə görə şələ bağla. * Gül, bülbüldən artıq insan əlindən çəkər. * Gül əzizdirsə, gülşən ondan əzizdir. * Gül getdi xar qaldı, güldən yadigar qaldı. * Gül istəyən, tikanın da istəsin gərək. * Gül qönçədə qalmaz, söz qəlbdə. * Gül o qədər bitib, reyhan harada itib. * Gül olmayan yerdə böyürtkən özünü gül sanar. * Gül solanda bülbül ağlar. * Gül tikansız, dərə ilansız, səfa cəfasız olmaz. * Gül tikansız olmaz. * Güldən ağır söz demək olmur. * Güldən gül iyi gələr. * Güllüyün gülü beş günlükdür. * Gülmə gülünc olana, özün gülünc olarsan. * Gülmə qonşuna, gələr başına. * Gülü get güllükdən gətir. * Gülü yad etdikcə, bülbülün fəryadı artar. * Gülün qədrin bülbül bilər, nə bilər hər divanə. * Gülün qədrini bülbül bilir. * Gülünə bax, qönçəsini dər. * Güman gəlməyən yerdən tülkü çıxar. * Gün altında yatmayan kölgənin qədrini bilməz. * Gün çıxar, aləm görər. * Gün doğuşundan bəllidir. * Gün girən evə həkim girməz. * Gün girməyən evə həkim girər. * Gün görməyən günü gördü, durdu çıraq yandırdı. * Gün hansı tərəfdən çıxıb? * Gün keçər ömür gedər, dəli sevinər ki, bayram gəlir. * Gün o gün deyil, dünya o dünyadır. * Gün öz işığını heç kəsdən əsirgəməz. * Günah öləndə olar, öldürəndə yox. * Günahkar oldu lələ, saqqalı verdi ələ. * Günbəz görür, elə bilir içində imamzadə var. * Gündə bir söz eşitməsəm, qulaqlarım tutular. * Gündə-gündə, bir gün səndə, bir gün məndə. * Gündüz çıraq yandıran, axşam qaranlıqda qalar. * Gündüz getmədiyin yolu gecə getmə. * Gündüz gəzər obanı, gecə sancar dabanı. * Gündüz şam yandıran gecə şamsız yatar. * Günü günə satmazlar. * Günü günüdən günü əsirgər. * Günü gününün ölümün istər. * Günü xoş geçənə Tanrı da xoş baxar. * Günüm yoxdur, günüm var. * Güvəs daşa toxunsa — vay güvəsin halına, daş güvəcə toxunsa — vay güvəcin halına. * Güvəc görməyən qazan görəndə xorlar. * Güvqazan bahası. * Güvəci ya sındır, ya dağdan yuvarlat. * Güvəndiyim alçacıq dağr == Mənbə == * Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014 [[Kateqoriya:Azərbaycan atalar sözləri|G]] riam3jkezjo6rjgrdk7u8dzf61cfpmy Kateqoriya:1625-ci ildə vəfat edənlər 14 16335 206250 2026-04-15T05:30:33Z Araz Yaquboglu 637 Səhifə "{{Vikianbar kateqoriyası|1625 deaths}} [[Kateqoriya:1625|vəfat edənlər]] [[Kateqoriya:Vəfat illərinə görə şəxslər]] [[Kateqoriya:1620-ci illərdə vəfat edənlər]]" məzmunu ilə yaradıldı 206250 wikitext text/x-wiki {{Vikianbar kateqoriyası|1625 deaths}} [[Kateqoriya:1625|vəfat edənlər]] [[Kateqoriya:Vəfat illərinə görə şəxslər]] [[Kateqoriya:1620-ci illərdə vəfat edənlər]] 05pdvtyr9nck8jwe82luhwdmprrlr35