Vikisitat
azwikiquote
https://az.wikiquote.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.46.0-wmf.24
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikisitat
Vikisitat müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Şarl Lui Monteskyö
0
3026
206326
201267
2026-04-18T00:36:03Z
Etibarlı Sabir
5705
206326
wikitext
text/x-wiki
{{Şəxs}}
'''Şarl Lui Monteskyö''' (18 yanvar 1689 – 10 fevral 1755) — fransız yazıçı, maarifçi filosof, siyasi mütəfəkkir, sosioloq və tarixçi.
{{ABC}}
== A ==
* Avara adam çox danışan olur.
* Ayrı-ayrı bir əxlaqsız varlıq olan insanlar, toplu olduqları zaman namuslu kəslər olarlar.
* Azadlıq qanunla icazə verilənləri etmək sənətidir.
* Azadlığın əsas vəzifəsi insanların qanuna qarşı çıxmasına mane olmaqdır.
== B ==
* Bəzən susmaq, deyilən bir çox sözdən daha çoxunu ifadə edər.
* Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün ədalətsizlikdir.
* Bir tək adama edilən haqsızlıq, bütün birliyə yönəlmiş bir təhdiddir.
* Boş insanlar həmişə çox danışan olurlar. Nə qədər az düşünürsənsə, bir o qədər çox danışırsan.<ref>[https://citaty.su/category/bezdele]Цитаты и афоризмы.</ref>
* Böyük işlər görmək üçün dahi olmaq, insanlardan yüksəkdə durmaq lazım deyil, onlarla bir yerdə olmaq lazımdır.
* Bu müzəffər xalqın (türklərin) yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır.
== C ==
* Cəmiyyət yazıq insanlardan qaçdığı halda, mən zavallılığın qaynağı olan ümidsizlikdən qaçıram.
== Ç ==
* Çox şeylər insanları idarə edir: iqlim, din, qanunlar, idarəetmə prinsipləri, keçmişin nümunələri, adət və ənənələr, vərdişlər: bütün bunların məcmusu olaraq xalqın ruhu yaranır.<ref>Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı, 2017.səh.196</ref>
== Ə ==
* Əvvəllər, bir ölkəyə qarşı döyüşmək üçün əsgər axtarılardı. Bu gün əsgərləri döyüşdürmək üçün ölkə axtarılır.
* Əgər xasiyyət bütünlükdə yaxşıdırsa, onda bəzi qüsurları bağışlamaq olar.
* Əgər ölkəmə faydalı olacaq, digər ölkələri məhv edəcək bir şey bilsəm, Şahzadəmə təklif etmərəm; Çünki mən öncə bir insanam, sonra bir fransızam. Mən zəruri olaraq insan doğuldum və təsadüfən fransız oldum.
== G ==
* Gənc qadınlarda gözəllik ruhu, yaşlı qadınlarda ruh gözəlliyi əvəz edir.
== H ==
* Haqq uğrunda məğlubiyyət haqsız qələbədən yaxşıdır.
* Həyatda müvəffəqiyyətli olmaq üçün ağılsız görünməli, amma ağıllı olmalıyıq.
* Hürriyyət qanunların qadağa qoymadığı hər şeyi etmək haqqıdır.<ref>Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.36</ref>
== İ ==
* İnsan nə qədər az düşünsə, o qədər çox danışar.
== K ==
* Keçmiş həyatını heç vaxt geri qaytara bilməzsən, amma bir kitabın köməyi ilə dünyanın ən böyük alimlərinin ömür boyu əldə etdikləri təcrübəni qazana bilərsən.
== Q ==
* Qanunlar hamı üçün eyni məna daşımalıdır.
== M ==
* Məncə, belə bir şeyi həqiqət hesab etmək olar ki, bizim hərəkət və əməllərimizin yarısına tale ağalıq eləyir, lakin o biri yarısı bizim öz ixtiyarımıza verilir.
* Mütaliəni sevmək həyatdakı cansıxıcı saatları gözəl saatlarla əvəz etməkdir.
* Müvəffəqiyyətli olmaq üçün səy göstərsən, şans səninlədir. Tənbəllər üçün şans deyilən bir şey yoxdur.
== O ==
* On beş dəqiqəlik oxumağın aparmadığı kədərim olmamışdır.
* Oxumağı sevmək, həyatdakı cansıxıcı saatları ən gözəl saatlarla dəyişdirməkdir.
== P ==
* Paxıl adam ən böyük pisliyi özünə edir.
== S ==
* Siyasi azadlıq — heç də ondan ibarət deyil ki, istədiyini edə biləsən. Dövlətdə, yəni qanunlar əsasında yaşayan cəmiyyətdə azadlıq yalnız ondan ibarət ola bilər ki, vətəndaşın nə etməli olduğunu etmək imkanı olsun və o, nə etməli olmadığını etməyə məcbur edilməsin.
* Sözün qədrini bilməyən, zəif düşüncəli adam, adətən, çox danışar.
== Ş ==
* Şəxsiyyətin azadlığı və vətəndaşın azadlığı heç də həmişə üst-üstə düşmür.
== T ==
* Təhsil eşqi həyat qədər davam edən yeganə ehtirasdır; bütün digərləri qocalıq irəlilədikcə yox olur.
== U ==
* [[Uğur]] qazanmaq üçün axmaq görünüşlü aqil olmaq lazımdır.<ref>[[Ziyəddin Məhərrəmov]]. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.</ref>
== Y ==
* Yaltaqlığın təmin etdiyi çıxar, dürüstlüyün qazandırdığı faydadan daha çox olsa, o ölkə batar.
== V ==
* Vətən sevgisi əxlaq gözəlliyini, əxlaq gözəlliyi də vətən sevgisini meydana gətirir.
== Z ==
* Zəkanın arxasında qaçmayın axmaqlığı tutarsınız.
== Mənbə ==
* Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
== İstinadlar ==
{{Vikilər|
commons= Montesquieu |
wikispecies= |
wikt= |
b= |
s= |
w= Şarl Lui Monteskyö |
n= |
m= |
}}
[[Kateqoriya:Əlifba sırasına görə şəxslər]]
[[Kateqoriya:Fransa yazıçıları]]
[[Kateqoriya:Fransız yazıçılar]]
[[Kateqoriya:Fransa filosofları]]
[[Kateqoriya:1689-cu ildə doğulanlar]]
[[Kateqoriya:1755-ci ildə vəfat edənlər]]
fnt25ldetabmh62mokpztxeuwb3m2zw