Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.45.0-wmf.4
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Ayrılıqdan yar mənim bağrımı büryan eylədi
0
10162
93322
85508
2025-06-06T16:45:03Z
Əhməd İsmayılov
12022
93322
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Ayrılıqdan yar mənim bağrımı büryan eylədi
| müəllif = İmadəddin Nəsimi
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>Ayrılıqdan yar mənim bağrımı büryan eylədi,
Özünü bir yana saldı, məni bir yan eylədi.
Zə’fərana bənzimi döndərdi ol birəhm yar,
Düşmənin xəndan edib, dostunu giryan eylədi.
Aldı könlüm, qılmadı ol bivəfa bir kəz vəfa,
Yıxdı mə’mur şəhrini, gör necə viran eylədi
Canımın zəxmindən, ey can, xab gəlməz eynimə,
Cigərimdə zəxmi-peykan, tiri-müjgan eylədi.
Eşidərsə daş ərir həsrətdə ahü zarımı,
Ol güləndam yarı gör, könlümü zindan eylədi.
Cəhd qıldım çox, vüsalə yetmədim, çəkdim fəraq,
Tədbir ana neyləsin, təqdiri-yəzdan eylədi.
Ey Nəsimi, sübhdəm var, ərz qıl dildarə sən,
Qəmzəyə versin nəsihət, yoxsa çox qan eylədi.</poem>
[[Kateqoriya:Qəzəllər]]
le4wz52tgvj3z84tpk5m3x1r53rkcxc
Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm
0
10194
93324
86130
2025-06-07T05:01:53Z
Əhməd İsmayılov
12022
93324
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm
| müəllif = İmadəddin Nəsimi
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm,
Qəmindən düşdü zar, istər vüsalından şəkər könlüm.
Qara qaşın hilalını gözümdən ta bəid etdin,
Dutuşdum narə eşqindən, yanar, zari qılar könlüm.
Səqahüm rəbbühüm gəldi dodağından xəbər cana,
Susamışdır, yenə istər ləbindən çeşmələr könlüm.
Cahanda can ilə könlüm vüsalın ixtiyar etmiş,
Zəhi görmüş həqi canım, zəhi sahibnəzər könlüm!
Nə gövhərsən, əya can kim, cahanın bəhrü-kanında
Mükərrəm qədrü qiymətli səni bildi gühər könlüm.
Qəmin narından, ey dilbər, könül qaynar, içim yanar,
Bu rənci-möhnəti gör kim, qəm ucundan çəkər könlüm.
Səbir qılmaq dəvadır der mühübbün dərdinə naseh,
Vəli naseh dəvasından olur hərdəm betər könlüm.
Gəl, ey lütfü nəhayətsiz, məni vəslindən ayırma
Ki, şol ömrüm ki, vəslinlə keçər, ömrə sayər könlüm.
Vüsalından məni ayru, kərəm qıl, qıyma, lütf eylə
Ki, vəslinlə müdam olmaq dilər şamü-səhər könlüm.
Gəl ara könlümün için, gör, ey can kim, fəraqından,
Nə acı qüssələr yudar, nə ağular içər könlüm.
Iki aləm mana sənsiz gərəkməz, olmasın hərgiz,
Cahanın hasili sənsən, anı sənsiz nedər könlüm?
Saçın zəncirini məndən fələk çün çəkdi, ayırdı,
Tənim şəhrində sevdadan dəli olmuş, gəzər könlüm.
Xəyalı sevdigim yarın gözümdən gərçi ayrılmaz,
Camalın pərdəsiz görmək dilər açıqbəsər könlüm.
Əzəldə surəti-rəhman üzün şə’nində gördüm çün,
Ilahi surətin daim bu mə’nidən sevər könlüm.
Nəsimi yarını verməz cahanın varına, andan
Keç, ey də’vaçı nadan kim, degildir ol qədər könlüm.</poem>
[[Kateqoriya:Şeirlər]]
d31mjcnak39jaivmo4nsmgzy3vc7iiw
93325
93324
2025-06-07T05:02:44Z
Əhməd İsmayılov
12022
93325
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm
| müəllif = İmadəddin Nəsimi
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm,
Qəmindən düşdü zar, istər vüsalından şəkər könlüm.
Qara qaşın hilalını gözümdən ta bəid etdin,
Dutuşdum narə eşqindən, yanar, zari qılar könlüm.
Səqahüm rəbbühüm gəldi dodağından xəbər cana,
Susamışdır, yenə istər ləbindən çeşmələr könlüm.
Cahanda can ilə könlüm vüsalın ixtiyar etmiş,
Zəhi görmüş həqi canım, zəhi sahibnəzər könlüm!
Nə gövhərsən, əya can kim, cahanın bəhrü-kanında
Mükərrəm qədrü-qiymətli səni bildi gühər könlüm.
Qəmin narından, ey dilbər, könül qaynar, içim yanar,
Bu rənci-möhnəti gör kim, qəm ucundan çəkər könlüm.
Səbir qılmaq dəvadır der mühübbün dərdinə naseh,
Vəli naseh dəvasından olur hərdəm betər könlüm.
Gəl, ey lütfü nəhayətsiz, məni vəslindən ayırma
Ki, şol ömrüm ki, vəslinlə keçər, ömrə sayər könlüm.
Vüsalından məni ayru, kərəm qıl, qıyma, lütf eylə
Ki, vəslinlə müdam olmaq dilər şamü-səhər könlüm.
Gəl ara könlümün için, gör, ey can kim, fəraqından,
Nə acı qüssələr yudar, nə ağular içər könlüm.
Iki aləm mana sənsiz gərəkməz, olmasın hərgiz,
Cahanın hasili sənsən, anı sənsiz nedər könlüm?
Saçın zəncirini məndən fələk çün çəkdi, ayırdı,
Tənim şəhrində sevdadan dəli olmuş, gəzər könlüm.
Xəyalı sevdigim yarın gözümdən gərçi ayrılmaz,
Camalın pərdəsiz görmək dilər açıqbəsər könlüm.
Əzəldə surəti-rəhman üzün şə’nində gördüm çün,
Ilahi surətin daim bu mə’nidən sevər könlüm.
Nəsimi yarını verməz cahanın varına, andan
Keç, ey də’vaçı nadan kim, degildir ol qədər könlüm.</poem>
[[Kateqoriya:Şeirlər]]
iebh84vlidrd7z3dj3jxm04puthqa25
Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eylə
0
19826
93323
52536
2025-06-06T17:18:36Z
176.219.255.113
93323
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eylə
| müəllif = Hacı Rza Sərraf
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = {{cite web |url=http://anl.az/el/latin_qrafikasi/ea/az.an.pdf |archiveurl=https://web.archive.org/web/20160305013616/http://www.anl.az/el/latin_qrafikasi/ea/az.an.pdf |archivedate=2016-03-05 |title=XIX əsr Azərbaycan şeiri antologiyası |author=Tərtib edəni: Zaman Əsgərli |date=2005 |work=Milli Kitabxana |publisher="Şərq-Qərb" |accessdate=2016-08-13 |language=az }}
}}
<poem>
Dilim yansın əgər dildən deyəm gəl tərki-naz eylə,
Vəli, dildə təhəmmül qalmayıb, bir qədri az eylə!
Xədəngi-nazilən vurdun, məni yıxdın, qoyub keçmə,
Müsəlmanəm, mənə islam rəsmilən namaz eylə!
Kərəm qıl başımı torpaqıdan al, qoy dizin üstə,
Məni gəl, axır ömrümdə, əzizim, sərfəraz eylə!
Xərab etməkliyə dünyanı bir iyma kifayətdir,
Nə fıkri-qətlü qarət qıl, nə qəsdi-tərki-taz eylə!
Sənə kəc baxsa hər göz, qoyma gözdən, ey kəman əbru,
Onu tut əlbə-əl qurbani-müjgani-deraz eylə!
Bəlagərdanınam, rəhm et mənə, al canımı, qurtar,
Alım dərdin, məni gəl dərdi-sərdən biniyaz eylə!
Təmam eylə mühəddis, şərh vermə hali-Mahmudə,
Danışmaq halətin var söhbəti-hüsnı-Ayaz eylə!
Xədəngi-cansitani-qəmzeyi-canan gəlir, ey can,
Oturma cismdə, öz ruhunu çıx pişvaz eylə!
Tükəndi nəqdi-ömrün getdi, ey Sərrafi-bimayə,
Qocaldın, çarəsiz, öz dərdinə bir çarəsaz eylə!
</poem>
[[Kateqoriya:Qəzəllər]]
c7xjinpynuhf21y9k6f1rw6ibkdcypk
Surətin nəqşində hər kim görmədi nəqqaşını
0
29540
93320
89277
2025-06-06T16:07:35Z
Əhməd İsmayılov
12022
93320
wikitext
text/x-wiki
{{Başlıq|başlıq=Surəti-nəqşində hər kim görmədi nəqqaşını|müəllif=İmadəddin Nəsimi}}
<poem>Surətin nəqşində hər kim görmədi nəqqaşını,
Vahibi-surət onun gözsüz yaratmış başını.
Qabü-qövseynin rümuzun sanma kim, fəhm eyləyə
Kim ki, zahir görmədi şol mahi-bədrin qaşını.
Ləbləri şirin nigarın firqətü hicranıdır,
Axıdar yanınca şəmin gözlərindən yaşını.
Düşmədi batil xəyala, olmadı sevdası xam,
Hər kimin kim, eşq oduyla həq bişirdi aşını.
Gərçi fərraşi-məlikdir ənbərəfşan sünbülün,
Çünki mən sultanı buldum, neylərəm fərraşını?
Həqqə vasil rindü həqdən ayrıdır zahid, görün
Xanəgahın şeyxini, meyxanənin övbaşını.
Dəmbədəm sufi məlamət daşın atar aşiqə,
Daşı qiymətsizdir anın, içini gör, daşını.
Hasilin məscid bucağında gör axır kim, nədir,
Ey məlamət eyləyən meyxanənin qəllaşını.
Yaşını yandırdı eşqin, həm qurusun könlümün,
Kim ki, eşqə düşdü, yandırdı quruvü yaşını.
Könlümün şəhrində eşqin bir imarət yapdı kim,
Ta əbəd qoparmaz andan nöh fələk bir daşını.
Canımı eşqin əzəldə yoldaş etmiş özünə,
Qoymaya yoldaşlığın həqqin bilən yoldaşını.
Ey Nəsimi, halını gər kimsə bilməz, qəm degil,
Həq bilir xəlqi-cahanın sirrini, həm faşını. </poem>
[[Kateqoriya:Qəzəllər]]
fz7orgmlc036rzaq2l1zz3gb6uzd1s2
93321
93320
2025-06-06T16:09:54Z
Əhməd İsmayılov
12022
93321
wikitext
text/x-wiki
{{Başlıq|başlıq=Surəti-nəqşində hər kim görmədi nəqqaşını|müəllif=İmadəddin Nəsimi}}
<poem>Surətin nəqşində hər kim görmədi nəqqaşını,
Vahibi-surət onun gözsüz yaratmış başını.
Qabü-qövseynin rümuzun sanma kim, fəhm eyləyə
Kim ki, zahir görmədi şol mahi-bədrin qaşını.
Ləbləri şirin nigarın firqətü hicranıdır,
Axıdar yanınca şəmin gözlərindən yaşını.
Düşmədi batil xəyala, olmadı sevdası xam,
Hər kimin kim, eşq oduyla həqq bişirdi aşını.
Gərçi fərraşi-məlikdir ənbərəfşan sünbülün,
Çünki mən sultanı buldum, neylərəm fərraşını?
Həqqə vasil rindü həqdən ayrıdır zahid, görün
Xanəgahın şeyxini, meyxanənin övbaşını.
Dəmbədəm sufi məlamət daşın atar aşiqə,
Daşı qiymətsizdir anın, içini gör, daşını.
Hasilin məscid bucağında gör axır kim, nədir,
Ey məlamət eyləyən meyxanənin qəllaşını.
Yaşını yandırdı eşqin, həm qurusun könlümün,
Kim ki, eşqə düşdü, yandırdı quruvü-yaşını.
Könlümün şəhrində eşqin bir imarət yapdı kim,
Ta əbəd qoparmaz andan nöh fələk bir daşını.
Canımı eşqin əzəldə yoldaş etmiş özünə,
Qoymaya yoldaşlığın həqqin bilən yoldaşını.
Ey Nəsimi, halını gər kimsə bilməz, qəm degil,
Həqq bilir xəlqi-cahanın sirrini, həm faşını. </poem>
[[Kateqoriya:Qəzəllər]]
qj4gofmhq3c85jm0dsfq6f6cdkbknkw