Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.45.0-wmf.7 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Azərbaycan himni 0 1418 93721 78798 2025-06-25T07:11:17Z 188.227.222.247 93721 wikitext text/x-wiki {{Başlıq | başlıq = Azərbaycan himni | müəllif = Cəmo Cəbrayılbəyli | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | vikipediya_keçidi = Azərbaycan himni | vikisitat_keçidi = | commons_keçidi = Category:National anthem of Azerbaijan }} [[Şəkil:Azerbaijan national anthem (vocal version).ogg|100px|thumbnail|right|Vokal versiya]] <poem> Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üçrəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu! Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu! Sən olasan gülüstan, Sənə hər an can qurban! Sənə min bir məhəbbət, Sinəmdə tutmuş məkan! Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə, Cümlə gənclər müştaqdır! Şanlı Vətən! Şanlı Vətən! Azərbaycan! Azərbaycan! Azərbaycan! Azərbaycan! </poem> [[Kateqoriya:Himnlər]] [[Kateqoriya:Azərbaycan]] [[Kateqoriya:XX əsrin şeirləri]] eeopobviacmxtwdeqfxrieju8y7skut Bulunca 0 23340 93719 61186 2025-06-25T05:28:42Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 93719 wikitext text/x-wiki {{Başlıq | başlıq = Bulunca | müəllif = Şah İsmayıl Xətai | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.332-333. | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} <poem> Gəl öyüd verəyim, öyüd alırsan, Xidmət eylə genə gülü bulunca. Karvan gedər, sağın, geri qalırsan, Haman əldən qoyma yolu bulunca. Öldürsə də, çıxmaz yoldan yol əri, Gerçəklərin əlindədir yuləri, Göründü, seyr eylə axan suları, Qarışır ümmana seli bulunca. Arı oldun, hər çiçəkdən alırsan, Balın damızlığın qanda bulursan, Yetmiş min ayətə dəlil olursan, Anlayıb da bu dəlili bulunca. Dinləyib də bu mə’nayi yazmalı, Hər kişi halınca quyu qazmalı, Yeddi padşahlıq yeri gəzməli, Halına münasib yeri bulunca. Sil-süpür qəlbini, süddən bəyaz et, Öldür nəfisini, şeytandan arıt, Doxsan doqquz yerə çıxdı Bayəzid, Halına münasib yeri bulunca. Şah Xətayim aydur: – Baxma bu halə, Könlümüzdə vardır bir ulu qala, Əlif gələ, ayin gələ, mim gələ, Dərdli qullar dərmanını bulunca. </poem> [[Kateqoriya:Qoşmalar]] eyw00qely3xw6f06iae40fmt9enphcf Gərəkməz 0 23342 93720 77245 2025-06-25T05:29:19Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 93720 wikitext text/x-wiki {{Başlıq | başlıq = Gərəkməz | müəllif = Şah İsmayıl Xətai | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.334. | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} <poem> Gəlib ixlas ilə yola gedənin Zərrəcə könlündə güman gərəkməz. Sil-süpür qəlbini, evin pak eylə, Mö’minin aynası duman gərəkməz. Birnin iki yerdə gər əli olsa, Faydası olmaz ol gər Əli olsa. Müsahibdən gizli dal yeri olsa, Ondan sənə hələn iman gərəkməz. Müsahib, mürəbbi yolda bir kişi, Dili söylər, amma degildir işi, Çünki baş etməzsən tutduğun işi, Ər yükü gövhərdir, saman gərəkməz. Can Xətayim aydır: – Düşürdün dərdə, Zavallı sufidən qalxmayır pərdə, Gördün ki, bir loğma gəldi bir yerdə, О loğma cig isə, yemən gərəkməz. </poem> [[Kateqoriya:Qoşmalar]] sp9s4f13ujivz9z7v7sm68ad25tkdw5 Xətai 0 32694 93718 2025-06-25T05:28:05Z Araz Yaquboglu 734 [[Müəllif:Şah İsmayıl Xətai]] səhifəsinə istiqamətləndirilir 93718 wikitext text/x-wiki #redirect[[Müəllif:Şah İsmayıl Xətai]] nj1rfi48230ring7c7ybc4r882htyyj Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz 0 32695 93722 2025-06-25T07:38:23Z 185.147.24.134 Səhifə "Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz, Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz. Artıran söz qədrini sidqilə, qədrin artırar Kim, nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, Edə hər saət səni ol uyqudan bidar söz. Bir nigari-ənbərinxətdir könüllər almağa, Göstərər hər dəm niqabi-qeybdən rüxsar söz. Xazini-gəncineyi-əsrardır, hər dəm çə..." məzmunu ilə yaradıldı 93722 wikitext text/x-wiki Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz, Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz. Artıran söz qədrini sidqilə, qədrin artırar Kim, nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, Edə hər saət səni ol uyqudan bidar söz. Bir nigari-ənbərinxətdir könüllər almağa, Göstərər hər dəm niqabi-qeybdən rüxsar söz. Xazini-gəncineyi-əsrardır, hər dəm çəkər Rişteyi-izharə min-min gövhəri-əsrar söz. Olmayan qəvvasi-bəhri-mə’rifət arif degil Kim, sədəf tərkibi-təndir, lö’löi-şəhvar - söz. Gər çox istərsən, Füzuli, izzətin, az et sözü Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.   sfagd68kslafcgzwshvkcfyhnaqi8aw Bana badi-səba ol sərvi-gülrüxdən xəbər verməz 0 32696 93723 2025-06-25T07:40:19Z 185.147.24.134 Səhifə "Bana badi-səba ol sərvi-gülrüxdən xəbər verməz, Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz. Töküb göz yaşını sənsiz həlakim istərəm, əmma Əcəl peykinə seyli-əşk girdabi güzər verməz. Gözümdə məskən et, xari-müjəmdən ehtiraz etmə, Güli-xəndanə sordum, xarə yar olmaq zərər verməz. Əgər can almaq istərsən, tənimdən oxunu kəsmə Ki, pəjmürdə nihalə verməyincə su, səmər verməz..." məzmunu ilə yaradıldı 93723 wikitext text/x-wiki Bana badi-səba ol sərvi-gülrüxdən xəbər verməz, Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz. Töküb göz yaşını sənsiz həlakim istərəm, əmma Əcəl peykinə seyli-əşk girdabi güzər verməz. Gözümdə məskən et, xari-müjəmdən ehtiraz etmə, Güli-xəndanə sordum, xarə yar olmaq zərər verməz. Əgər can almaq istərsən, tənimdən oxunu kəsmə Ki, pəjmürdə nihalə verməyincə su, səmər verməz. Qiyas et şəm’dən, vəhm eylə çərxin inqilabından Kim, ol baş almağa qəsd etməyincə taci-zər verməz. Bəla zimnində rahət olduğun izhar edər xəlqə Fələk, bihudə xari-xüşkdən gülbərgi-tər verməz. Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan, Sədəf su almayınca əbri-nisandan, gühər verməz. r008bzfrmpvz6ohj8m5n13s7tiywjdq Göz yaşımdan suzi-pünhanım edər arif qiyas 0 32697 93724 2025-06-25T07:42:51Z 185.147.24.134 Səhifə "Göz yaşımdan suzi-pünhanım edər arif qiyas, Necə kim, tə’siri-əncümdən degil əxtərşünas. Qandürür kim, dəmbədəm gözdən yenib, örtər tənim, Dəşti-qəm Məcnuniyəm, mən qandanü qandan libas? Xiştlərtək bir-biri üzrə cigər pərkaləsin, Göz yığıb salmış hübabi-xun binasiçün əsas. Ey sanan julidə mu başında Məcnunun, saqın, Bitəkəllüf getmə kim, Leyli evidir ol pəlas. Ləhzə-ləhzə xəm..." məzmunu ilə yaradıldı 93724 wikitext text/x-wiki Göz yaşımdan suzi-pünhanım edər arif qiyas, Necə kim, tə’siri-əncümdən degil əxtərşünas. Qandürür kim, dəmbədəm gözdən yenib, örtər tənim, Dəşti-qəm Məcnuniyəm, mən qandanü qandan libas? Xiştlərtək bir-biri üzrə cigər pərkaləsin, Göz yığıb salmış hübabi-xun binasiçün əsas. Ey sanan julidə mu başında Məcnunun, saqın, Bitəkəllüf getmə kim, Leyli evidir ol pəlas. Ləhzə-ləhzə xəm qədim peykanın istər, ya qılır Zərrə-zərrə mahi-növ xurşiddən nur iqtibas. Tiği-qəmzən öylə bürrandır ki, cəlladi-əcəl Töksə qan tə’cil üçün tiğindən eylər iltimas. Ey Füzuli, zəhri-qəhrilə doludur tasi-çərx, Çəkməz onun qəhrini hər kim, çəkər bir dolu tas. kyj7c8xlzb0v7hnl2fh0uesk0qmmkl5