Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.45.0-wmf.7 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Degil 0 23343 93728 61189 2025-06-30T07:26:46Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 93728 wikitext text/x-wiki {{Başlıq | başlıq = Degil | müəllif = Şah İsmayıl Xətai | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.335-336. | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} <poem>Bu yolun yolçusu olayım dersən, Əldə iki qarpız tutmalı degil. Dərviş olub şalvar geyəyim dersən, Gahi geyib, gahi atmalı degil. Namərd bağçasında qönçə gül olmaz, Kamil ilə yoldaş olan yorulmaz, İki məxluq vardır, haqqa qul olmaz, Məğrurluq, kibirlik etməli degil. Məğrurlar orada olurlar yalan, Kibr imiş yorulub yollarda qalan, Əgər yolçu isən, körpünü dolan, Göz görə çamura batmalı degil. Qoyun quzusuna nasıl mələdi? Öküzün qulağın kimlər ənədi? Qərib bülbül gül dalında tünədi, Hər çalı başında ötməli degil. Şah Xətayim imam Cəfər müxbiri, Haqqın yaranıdır Veysül-Qərəni, Haqqın xəznəsindən gələn gövhəri Müştəri olmadan satmalı degil.</poem> [[Kateqoriya:Qoşmalar]] r0dbl13o9m8lbmb5murfmbve8twgwaq Ərənlər 0 23344 93729 61190 2025-06-30T07:27:42Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 93729 wikitext text/x-wiki {{Başlıq | başlıq = Ərənlər | müəllif = Şah İsmayıl Xətai | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.340. | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} <poem>Ərənlərin ərkanına, yoluna, Ta əzəldən talib oldum, ərənlər. Can ilə könüldən durdum, düşündüm, Bu gün mürşüdümü buldum, ərənlər. Can ilə könüldən gəzdim, aradım, Həqqin didarını görmək muradım, Didar ilə məhəbbətdir tələbim, Ya bu gün, ya yarın öldüm, ərənlər. Keçmişəm sərimdən, qorxmam ölümdən, Münkir bilməz övliyanın halindən, Yəzid oğlu bir xarici əlindən Çox dəmdir didardan qaldım, ərənlər. Sən haqqı yabanda arama, sağın, Uyduysan qəlbinə, həq sana yaxın, Adəmə xor baxma, kəndini saqın, Cümləsin adəmdə buldum, ərənlər. Şah Xətayiyəm, ərz edəyim halimi, Xərc edəyim əldə olan varimi, Sürə-sürə şaha gedəm yüzimi, Mürvət qəbul eylə, gəldim, ərənlər.</poem> [[Kateqoriya:Qoşmalar]] rn09i8dxapjejqwso1a2wztbn2kk8j6