Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.46.0-wmf.21 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Əkinçi (şeir) 0 4074 95452 95408 2026-03-29T22:25:41Z ~2026-18158-10 12538 95452 wikitext text/x-wiki {{aydınlaşdırma|Əkinçi}} {{Başlıq | başlıq = Əkinçi | müəllif = Mirzə Ələkbər Sabir | tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qey lər = | mənbə = {{cite web |url= https://anl.az/el/s/mes_h1.pdf |title= Hophopnamə. İki cilddə. I cild. |author= Mirzə Ələkbər Sabir |publication-place= Bakı |publisher= Şərq-Qərb |date= 2004 |page= |isbn= 9952-418-26-1 |accessdate=2024-07-04 |language= az }} }} <poem> Məzlumluq edib başlama fəryadə,ay əkinçi! Qoyma özünü tülkülüyə adə, əkinçi! Bir üzrlə hər gündə gəlib durma qapımda, Yalvarma mənə, boynunu kəc burma qapımda, Gahi başına, gah gözünə vurma qapımda, Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi! Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum? Yağmadı yağış, bitmədi bir danə, nə borcum? Əsdi qara yel çəltiyə,bostanə, nə borcum? Getdi mənə nə fələliyin badə, əkinçi! Lağ-lağ danışıb başlama fəryadə, əkinçi! Aldı dolu əldən sərü samanını, neylim? Yainki çəyirtkə yedi bostanını, neylim? Verdin keçən il borcuna yorğanını, neylim? Ol indi palas satmağa amadə, əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi! Söz açma mənə çox çalışıb, az yeməyindən, Canın bəcəhənnəm ki, ölürsən, deməyindən! Mən gözləmərəm, buğda çıxar, ver bəbəyindən! Çəltik də gətir, arpa da, buğda da, əkinçi! Yoxsa soyaram lap dərini, adə, əkinçi! Sən hey de "Yoxumdur" — çıxarıb canını allam! Vallahi ovub dideyi-giryanını, allam! Şallağə tutub pəykəri-üryanını, allam! Öz halını sal indi özün yadə, əkinçi! Lağ-lağ danışıb başlama fəryadə, əkinçi! Cütçü babasan, buğdanı ver, darı yeyərsən, Su olmasa, qışda əridib qarı yeyərsən, Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən, Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi! Heyvan kimi ömr eyləmisən sadə, əkinçi! Lakin mənim insanlıq olub vəzi-mədarim, Bəyzadəyəm, asayişədir cümlə qərarim, Meysiz, məzəsiz, bitməz olur şamu nəharim; İştə belədir haləti-bəyzadə, əkinçi! Bəyzadələrin rəsmi budur, adə, əkinçi! </poem> [[Kateqoriya:Şeirlər]] jqbqykzxhie0akr5qcvbg5x6nnb8eqw 95453 95452 2026-03-29T22:27:26Z ~2026-18158-10 12538 95453 wikitext text/x-wiki {{aydınlaşdırma|Əkinçi}} {{Başlıq | başlıq = Əkinçi | müəllif = Mirzə Ələkbər Sabir | tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qey lər = | mənbə = {{cite web |url= https://anl.az/el/s/mes_h1.pdf |title= Hophopnamə. İki cilddə. I cild. |author= Mirzə Ələkbər Sabir |publication-place= Bakı |publisher= Şərq-Qərb |date= 2004 |page= |isbn= 9952-418-26-1 |accessdate=2024-07-04 |language= az }} }} <poem> Məzlumluq edib başlama fəryadə,ay əkinçi! Qoyma özünü tülkülüyə adə, əkinçi! Bir üzrlə hər gündə gəlib durma qapımda, Yalvarma mənə, boynunu kəc burma qapımda, Gahi başına, gah döşünə vurma qapımda, Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi! Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum? Yağmadı yağış, bitmədi bir danə, nə borcum? Əsdi qara yel çəltiyə,bostanə, nə borcum? Getdi mənə nə fələliyin badə, əkinçi! Lağ-lağ danışıb başlama fəryadə, əkinçi! Aldı dolu əldən sərü samanını, neylim? Yainki çəyirtkə yedi bostanını, neylim? Verdin keçən il borcuna yorğanını, neylim? Ol indi palas satmağa amadə, əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi! Söz açma mənə çox çalışıb, az yeməyindən, Canın bəcəhənnəm ki, ölürsən, deməyindən! Mən gözləmərəm, buğda çıxar, ver bəbəyindən! Çəltik də gətir, arpa da, buğda da, əkinçi! Yoxsa soyaram lap dərini, adə, əkinçi! Sən hey de "Yoxumdur" — çıxarıb canını allam! Vallahi ovub dideyi-giryanını, allam! Şallağə tutub pəykəri-üryanını, allam! Öz halını sal indi özün yadə, əkinçi! Lağ-lağ danışıb başlama fəryadə, əkinçi! Cütçü babasan, buğdanı ver, darı yeyərsən, Su olmasa, qışda əridib qarı yeyərsən, Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən, Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi! Heyvan kimi ömr eyləmisən sadə, əkinçi! Lakin mənim insanlıq olub vəzi-mədarim, Bəyzadəyəm, asayişədir cümlə qərarim, Meysiz, məzəsiz, bitməz olur şamu nəharim; İştə belədir haləti-bəyzadə, əkinçi! Bəyzadələrin rəsmi budur, adə, əkinçi! </poem> [[Kateqoriya:Şeirlər]] f8jnizio6ncx41vv27u9atp2a9p5nhz 95454 95453 2026-03-29T22:30:41Z ~2026-18158-10 12538 95454 wikitext text/x-wiki {{aydınlaşdırma|Əkinçi}} {{Başlıq | başlıq = Əkinçi | müəllif = Mirzə Ələkbər Sabir | tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qey lər = | mənbə = {{cite web |url= https://anl.az/el/s/mes_h1.pdf |title= Hophopnamə. İki cilddə. I cild. |author= Mirzə Ələkbər Sabir |publication-place= Bakı |publisher= Şərq-Qərb |date= 2004 |page= |isbn= 9952-418-26-1 |accessdate=2024-07-04 |language= az }} }} <poem> Məzlumluq edib başlama fəryadə, əkinçi! Qoyma özünü tülkülüyə adə, əkinçi! Bir üzrlə hər gündə gəlib durma qapımda, Yalvarma mənə, boynunu kəc burma qapımda, Gahi başına, gah döşünə vurma qapımda, Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi! Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum? Yağmadı yağış, bitmədi bir danə, nə borcum? Əsdi qara yel çəltiyə,bostanə, nə borcum? Getdi mənə nə fələliyin badə, əkinçi! Lağ-lağ danışıb başlama fəryadə, əkinçi! Aldı dolu əldən sərü samanını, neylim? Yainki çəyirtkə yedi bostanını, neylim? Verdin keçən il borcuna yorğanını, neylim? Ol indi palas satmağa amadə, əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi! Söz açma mənə çox çalışıb, az yeməyindən, Canın bəcəhənnəm ki, ölürsən, deməyindən! Mən gözləmərəm, buğda çıxar, ver bəbəyindən! Çəltik də gətir, arpa da, buğda da, əkinçi! Yoxsa soyaram lap dərini, adə, əkinçi! Sən hey de "Yoxumdur" — çıxarıb canını allam! Vallahi ovub dideyi-giryanını, allam! Şallağə tutub pəykəri-üryanını, allam! Öz halını sal indi özün yadə, əkinçi! Lağ-lağ danışıb başlama fəryadə, əkinçi! Cütçü babasan, buğdanı ver, darı yeyərsən, Su olmasa, qışda əridib qarı yeyərsən, Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən, Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi! Heyvan kimi ömr eyləmisən sadə, əkinçi! Lakin mənim insanlıq olub vəzi-mədarim, Bəyzadəyəm, asayişədir cümlə qərarim, Meysiz, məzəsiz, bitməz olur şamu nəharim; İştə belədir haləti-bəyzadə, əkinçi! Bəyzadələrin rəsmi budur, adə, əkinçi! </poem> [[Kateqoriya:Şeirlər]] 7cnucs17weswkr0wd9xa5r461genffo Leyli və Məcnun (Nizami Gəncəvi)/Az danışmağın gözəlliyi 0 5694 95457 78224 2026-03-30T07:22:57Z Sülyo 12557 Yazı xətası düzəldildi: mirvarilər --> mirvarılar 95457 wikitext text/x-wiki {{Başlıq | başlıq = Leyli və Məcnun. | müəllif = Nizami Gəncəvi | tərcüməçi = Səməd Vurğun | bölmə = Az danışmağın gözəlliyi | əvvəlki = [[Leyli və Məcnun (Nizami Gəncəvi)/Oğlum Məhəmmədə nəsihət|Oğlum Məhəmmədə nəsihət]] | növbəti = [[Leyli və Məcnun (Nizami Gəncəvi)/Ölən qohumlarımdan xatirələr|Ölən qohumlarımdan xatirələr]] | il = | qeydlər = }} <poem> Sözün də su kimi lətafəti var, Hər sözü az demək daha xoş olar. Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir o da. İncitək sözlər seç, az danış, az din, Qoy az sözlərinlə dünya bəzənsin. Az sözün incitək mənası solmaz, Çox sözün kərpictək qiyməti olmaz. Əsli təmiz olan saf mirvarılar Suya və torpağa min bəzək vurar. Mədənlə dolsa da hər bir xəzinə, Hər kiçik zərrəsi dərmandır yenə. Ürəyi oxşayan bir dəstə çiçək Yüz xırman otundan yaxşıdır gerçək! Yüz ulduz yansa da göylərdə, inan, Bir günə baş əymək xoşdur onlardan. Göydə parlasa da nə qədər ulduz, Günəşdir nur verən aləmə yalnız. </poem> [[Kateqoriya:Leyli və Məcnun (Nizami Gəncəvi)|*11]] hj52wry4ri43208tgf45h6jrlwxgivd Yanıltmaclar 0 12494 95456 95220 2026-03-30T06:33:02Z ~2026-19652-20 12556 /* C */ 95456 wikitext text/x-wiki {{Başlıq | başlıq = Yanıltmaclar | müəllif = | keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı]] | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = | vikipediya_keçidi = Yanıltmac | vikisitat_keçidi = | commons_keçidi = }} {{ABC}} == A == * Acdım sac asdım, yadımdan çıxdı küllənməmiş asdım. * Adəm mədənə getmiş. Adəm mədəndə badam yemiş. Madam ki Adəm mədəndə badam yemiş, niyə bizə gətirməmiş? * Acmışam sac asmışam, bilməmişəm, küllənməmiş yaş asmışam. * Axşam bozbaş asmışam, çaşıb qazanı boş asmışam. * Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq. * Ağ inək o tayda ayağın yalayır, nənəm də bu tayda ağın yamayır. * Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min….. * Aşpaz Abbas aş asmış, asmışsa da az asmış. * Aşpaz Abbas bozbaş asar o başda, bu başda. * Aşpaz Abbas bir tas daşma aş asmış, asmışsa da, amma bir az az asmış. * Ay axır çərşənbə axşamı, gəlmişəm səninlə çərşənbələşəm, çərşənbələşsən də çərşənbələşəcəyəm, çərşənbələşməsən də çərşənbələşəcəyəm. * Ay axsaq aşpaz Həsən şah, aşpazlar aş bişirir, sən də gəl aş bişir, ay axsaq aşpaz Həsən şah! * Ay ağ qılquyruq qırqovul, qara qılquyruq qırqovulu gördünmü? * Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul. * Ay fatalı, huy fatalı, çatı gətir, çay içində tay çataq. * Ay göy-ala qarğa qardaş, mənimlə qardaş olsan da səninlə qardaş olacağam, olmasan da səninlə göy-ala qarğa qardaş olacağam. == B == * Bazarda nə ucuz? Mis ucuz, duz ucuz, kuncut ucuz. * Bir bərbər bir bərbərə "Ey bərbər, gəl qardaş, biz birlikdə Bərbəristanda bir bərbər dükanı açaq." demiş. * Bir bərbər o biri bərbərə dedi ki, bir bəri bax. * Bir tarlaya iki kürkü cırıq keçəl kor kirpi dadanmış. Biri kürkü cırıq erkək keçəl kor kirpi digəri kürkü cırıq dişi keçəl kor kirpi. Kürkü cırıq kişi keçəl kor kirpinin kürkünü kürkü cırıq dişi keçəl kor kirpinin kürkünə; kürkü cırıq dişi keçəl kor kirpinin kürkünü də kürkü cırıq erkək keçəl kor kirpinin kürkünə əlavə etmişlər. * Biz onlara dərs verək deyərkən onlar da bizə dərs vermişlər, indi gedib onlara bir dərs daha verək də biz onlara dərs verərkən gəlib bizə dərs vermək nəymiş görsünlər. * Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan. * Bu qatığı sarımsaqlasaqmı saxlasaq, sarımsaqlamasaqdamı saxlasaq. * Bu qılquyruq qırqovul qırxquyruq qırqovul imiş. * Bu mis nə pis mis imiş; bu mis Kaşan misi imiş. * Bu şorbanı nanələşdirməlimi də yeməli, nanələşdirməməli də yeməli? * Bülbül gülə gül dedi gül gülmədi getdi bülbül gülə gül bülbülə yar olmadı getdi. == C == * Cücüləri cücələrə tapşırdılar cücülər, Cücüləri bircə-bircə aşırdılar cücələr * Cüt cücə, Cüt-cüt cücə, Üç cüt cücə == Ç == * Çəp keçi çəp keçidi çəpəki keçib çəpərə keçər. * Çağatayda çarmıxa çaxılan çarın çavuşu, palçıqlı çamçağı çayda çalxalayarkən, çantasından paltarlarını oğurlatdı… == D == * Dadaş dayı Dəmirin danalarını damın dalında döydü. Dadaş dayı, danaları damın dalında döymə. Dadaş dayı dedi: Dəmirin danaları damın dalındakı darıları dağıtdığıyçün danaları döyəcəyəm. Dadaş dayı danaları döydü. * Dağdan dığırlanır dığır-dığır dığdığa. * Dəyirmana girdi köpək, dəyirmançı vurdu kötək; həm kötək yedi köpək, həm kəpək yedi köpək. * Dəmirçi Dadaş dayı, dədəm deyir ki, dəmiri daşa, daşı dəmirə döyməsin. Dəmiri daşa, daşı dəmirə döysə daş deşilər. * Dilim-dilim olasan, ay dilim, dedim dinmə. Dilim dedi: dinməz idim, dindirdilər dindim mən. * Dörd dəryanın dərəsini dörd dərgahın dərbəndinə təhvil versələr, dörd dəryadan dörd dərd, dörd dərgahdan dörd nəhəng çıxar. == E == * El aləm al dana aldı, aladanalandı da biz bir ala dana alıb aladanalanamadıq. * Ey dibi quru qabığı quru kobud qarağac, məni gördüncəmi qurudun ey dibi quru qabığı qara-qara ağac məni görmədinmi qurudun. == G == * Getdim, gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Dişi kar, kor kürkü yırtıq kirpi erkək kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürkü yırtıq kirpi dişi kar, kor kürküyırtıq kirpinin kürkünü yamayır. * Getdim, gördüm bir dərədə yeddi qara, qaşqa, təpəl, səkil keçi var. Dedim: — Ay yeddi qara, qaşqa, təpəl, səkil keçi, mənim yeddi qara, qaşqa, təpəl, səkil, keçimi gördünmü? Dedi: — Sənin o yeddi qara, qaşqa, təpəl, səkil keçin mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimin yeddi qara, qaşqa, təpəl, səkil balasıdı. * Getdim, gördüm, bir dərədə bir bərbər bir bərbəri bər-bər bəyirdir. Dedim, ay bərbər, bu bərbəri nə üçün bər-bər bəyirdirsən? Dedi, bu bərbərin atası bərbər mən bərbərin atası bərbəri bər-bər bəyirtdiyi üçün mən bərbər də bu bərbəri bər-bər bəyirdirəm. * Göy cöngə, gömgöy cöngə, dümgöy cöngə. * Göydən bir damla düşdü, şıp mənim alnıma, şıp anamın alnına, şıp mənim alnıma, şıp anamın alnına… * Gül güllükdə, kül küllükdə, gül güllükdə, kül küllükdə. == H == * Haqqı, haqqıya getmiş, Haqqı. haqqıdan haqqını istəmiş, Haqqı, Haqqının haqqını verməyincə, Haqqı da Haqqının haqqından gəlmiş. == İ == * İki keçəl kor kirpinin cırıq kürkünü dişi keçəl kor kirpinin cırıq kürkünə əlavə etmişlər. * İt iti itələdi, bit iti itələdi, it biti itələdi. Bit getdi, it getdi. İtdi, bitdi, getdi. * İynəni sarı sapla sapla, dümsarı sapla, sapsarı sapla sapla. == K == * Keçilər köçürdülər, küçədən keçirdilər, küçük qaçdı küçəyə, Keçilərin kiçiyi, keçi dedi küçüyə. == Q == * Qalayçı Qasım qardaş qazanı qalaylaya-qalaylaya qaldırıb qoyur. * Qara qaranı qarayla qaralayırdı, Qaralanan qara qaradan qaralanırdı. * Qartal qalxar dal sallanar, dal sallanar qartal qalxar. * Qatığı sarımsaqlasan da yemək olar, sarımsaqlamasan da. * Qığılcımı qıcıqlandırma qıcıqlandıracaqsansa qığılcımlanacaq. * Qırx qazan qırx küp qulpu, xub qırx qazan qırx küp qulpu. * Qırx küp, qırxının da qulpu qırıq küp. * Qovlamalaşsan da qovlamalaşacağam, qovlamalaşmasan da qovlamalaşacağam. == M == * Mollanı əmmamələməlimi, əmmamələməməlimi? == O == * Ocağı qığılcımlandırma, qığılcımlandırsan da qığılcımlandıracağam, qığılcımlandırmasan da qığılcımlandıracağam. == S == * Siz bizim Azərbaycanlaşdırdıqlarımızdansınızmı, yoxsa Azərbaycanlaşdırmadıqlarımızdansınızmı? * Sizin allı ballı qapaqlı bayquşunuz bizim allı ballı qapaqlı bayquşumuza allı ballı qapaqlı bayquş demiş… * Sizin damda var beş boz başlı beş boz ördək, bizim damda var beş boz başlı beş boz ördək. Sizin damdakı beş boz başlı beş boz ördək; bizim damdakı beş boz başlı beş boz ördəyə: "Siz də bizim kimi beş boz başlı beş boz ördəksiniz." demiş. * Siz MollaNəsrəddinləşdirilmişlərdənsinizmi? * Saatlıda saatlılıya saatsazın saatsıza satdığı saatımı satdım. Siz də bizim elektirikləşdirdiklərimizdənsinizmi? == Y == * Yarpağın üstündə bir tırtıl, yarpağı yeyir tikə-tikə, yarpağı yemə murdar xain tırtıl. * Yat, yat, yat, qovun qarpızda yata-yata böyüyər… * Yetişmiş yemişi yetim yemiş. * Yorğana yoğrul yorğun. [[Kateqoriya:Yanıltmaclar]] 8n2z6ihl8kqj9lnmdalc2h6k9osilxz Kateqoriya:1810-cu illərdə yarananlar 14 33370 95455 2026-03-30T05:22:29Z Araz Yaquboglu 734 Səhifə "[[Kateqoriya:XIX əsrdə yarananlar|*01]] [[Kateqoriya:1810-cu illər|yarananlar]]" məzmunu ilə yaradıldı 95455 wikitext text/x-wiki [[Kateqoriya:XIX əsrdə yarananlar|*01]] [[Kateqoriya:1810-cu illər|yarananlar]] nng2bqmtgfeq2br39cvcwafxy48trjx