Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.46.0-wmf.22 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə təbrik 0 33372 95459 2026-03-31T20:10:52Z 가웨인 4001 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95459 wikitext text/x-wiki {{Başlıq | başlıq = Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə təbrik | müəllif = İlham Əliyev | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 2026 | qeydlər = | mənbə = | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} Əziz dostlar. Sizi əlamətdar hadisə — Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslı yenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm. Rusiya Federasiyasının və Dağıstan Respublikasının rəhbərliklərinə Azərbaycan xalqının mədəni-tarixi irsinin bu abidəsinin qorunmasına göstərilən diqqətə görə təşəkkürümü bildirirəm. Bir əsrdən çox tarixi olan bu mədəniyyət mərkəzi Azərbaycan milli teatr sənətinin ən qədim kollektivlərindən biridir. Rusiya Federasiyasında Azərbaycan dilində yeganə dövlət teatr müəssisəsi olan Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrı Dağıstanın mədəni həyatında daim mühüm rol oynayıb və respublikanın ərazisində yaşayan azərbaycanlıların milli və mənəvi dəyərlərinin qorunmasına töhfə verib. Görkəmli Azərbaycan dramaturqlarının əsərlərinin uğurla tamaşaya qoyulması mədəniyyət mərkəzinə təkcə Dağıstanda deyil, həm də onun hüdudlarından kənarda geniş tamaşaçı rəğbəti qazandırıb. Bu gün Dərbənddə Azərbaycan teatrının fəaliyyətini bərpa etməsi həm peşəkar sənətçilər və incəsənətə dəyər verənlər, həm də zəngin mədəni rəngarəngliyə malik Dağıstanın bütün əhalisi üçün böyük, çoxdan gözlənilən bayramdır. Azərbaycan və Dağıstan xalqlarını əsrlər boyu sıx dostluq əlaqələri, mehriban qonşuluq və qarşılıqlı dəstək birləşdirib. Bu ənənəvi əlaqələr Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərdə xüsusi rola malikdir. Humanitar əməkdaşlığın inkişafı öz növbəsində Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin mühüm amilidir. Əminəm ki, Azərbaycan ilə Dağıstan arasında sıx əməkdaşlıq, o cümlədən mədəni-humanitar əlaqələr gələcəkdə də ardıcıl inkişaf edəcək və Azərbaycan-Rusiya müttəfiqlik qarşılıqlı münasibətləri məcrasında genişlənəcəkdir. Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının bütün kollektivini bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edirəm. Teatra yeni yaradıcılıq uğurları arzulayıram. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı, 27 mart 2026-cı il [[Kateqoriya:Təbriklər]] [[Kateqoriya:2026]] 74glql4q4hs560jpy91hymcg2ib83mk Kateqoriya:Təbriklər 14 33373 95460 2026-04-01T05:42:32Z Araz Yaquboglu 734 Səhifə "[[Kateqoriya:Nitqlər]]" məzmunu ilə yaradıldı 95460 wikitext text/x-wiki [[Kateqoriya:Nitqlər]] h8emk1rvkmbrog2yauqjgmy3myc0uag 95461 95460 2026-04-01T05:43:20Z Araz Yaquboglu 734 95461 wikitext text/x-wiki {{Vikianbar kateqoriyası|Congratulations}} [[Kateqoriya:Nitqlər]] ppa1h33i1rk09kvyd8k0z5buoruelzd 95462 95461 2026-04-01T05:43:47Z Araz Yaquboglu 734 [[Kateqoriya:İsmarışlar]] əlavə olundu [[VM:HC|HotCat]] 95462 wikitext text/x-wiki {{Vikianbar kateqoriyası|Congratulations}} [[Kateqoriya:Nitqlər]] [[Kateqoriya:İsmarışlar]] 7h1elaep0kasdc9ri5ph00wv1o0z3ya Kateqoriya:2026 14 33374 95463 2026-04-01T05:44:51Z Araz Yaquboglu 734 Səhifə "{{Vikianbar kateqoriyası|2026}} [[Kateqoriya:2020-ci illər|*06]] [[Kateqoriya:İllər|2026]]" məzmunu ilə yaradıldı 95463 wikitext text/x-wiki {{Vikianbar kateqoriyası|2026}} [[Kateqoriya:2020-ci illər|*06]] [[Kateqoriya:İllər|2026]] d5xyagbrtk0hrufm0d94rzaj7rh875z