Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.46.0-wmf.23 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Qaradağlılar/Məhəmmədqulu xan 0 3083 95505 32391 2026-04-08T06:05:46Z Yousiphh 6397 orfoqrafiya 95505 wikitext text/x-wiki {{Başlıq | başlıq = Qaradağlılar. | müəllif = Ənvər Çingizoğlu | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = Məhəmmədqulu xan | əvvəlki = [[Qaradağlılar/Məhəmmədkazım xan|Məhəmmədkazım xan]] | növbəti = [[Qaradağlılar/Nəcəfqulu xan|Nəcəfqulu xan]] | il = | qeydlər = | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} Məhəmmədqulu xan Əhər şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Qardaşının hakimiyyəti dönəmində Dizmar mahalının başçısı təyin olunmuşdu. Ünlü Kürdəşt qalasında əyləşirdi. Qərargahı və divanxanası bu istehkamda yerləşirdi. Məhəmmədqulu xan Dizmar hakimi olmaqla bərabər Iran ordusunda sərkərdə kimi xidmət etmişdi. Abbas mirzənin ünlü sərkərdələrinin arasında onun da adı çəkilir. Şahzadə Abbasqulu xandan üz döndərəndən sonra Məhəmmədqulu xandan da soyumuşdu. Onu da dəyişmək istəyirdi. Abbas mirzə Xoy şəhərinin müdafiəsi üçün tərtib etdiyi 2 Qaradağ batalyonuna Məhəmmədqulu xanın qohumu Mustafa sultanı başçı təyin etmişdi. General-mayor Pankratov qaradağlıları savunmadan əl çəkməyə çağırdı. Qaradağlılar çəkilib, getdilər. Mustafa sultan Pankratovun yanına gəlib təslim oldu. 1826-1828-ci illər rus-Iran müharibəsi nədəniylə Qaradağ savaş meydanına dönmüşdü. 1826-cı ildə Abbas mirzənin qoşunlarını Araz çayından uzaqlaşdırmaq məqsədilə general I. F. Paskeviç oktyabrın 25-də Arazı keçdi. Savaş başladı. Rus qoşununa arxadan zərbə vurmaq istəyən Qaradağ vilayətinin Keyvan mahalının başçısı Bağır xan Çələbiyanlını Məhəmmədqulu xan zərərsizləşdirdi. Bağır xan bu olayı Abbas mirzəyə məruzə etdi. Rus qoşunlarının Qaradağdan Qarabağa keçdiyini öyrənən Abbas mirzə Məhəmmədqulu xanın qətlinə fərman verdi. Fərmanın icrasını Urmiyalı sərkərdə Əskər xan Əbdülməliki-Avşara tapşırdı. Əskər xan Urmiya atlıları ilə Məhəmmədqulu xanı təqib etməyə başladı. Məhəmmədqulu xan təqibdən gizləndi. Lakin əhvalatı yazıb general I. P. Paskeviçə bildirdi. 1826-cı ilin dekabr ayının 28-də rus qoşunlarının bir dəstəsi general-leytenant Madatovun komandanlığı ilə Araz çayını keçdi. Rus qoşunlarının bu dəstəsi 1827-ci ilin yanvarın 16-a qədər Qaradağda qaldı. Onlar bu zaman ərzində Məhəmmədqulu xanı Abbas mirzənin qəzəbindən qorudular. Lakin bu qoşun da qayıdandan sonra Abbas mirzənin atlıları Qaradağ ərazisində yenidən görünməyə başladılar. Bu dəfə Məhəmmədqulu xan keçmiş qoşununu başına toplayaraq qorunmağa başladı. 1827-ci ilin mart ayının axırlarında Qafqaz canişini A. P. Yermolov geri çağrılır. Qraf I. F. Paskeviç Zaqafqaziyanın bütün işlərini əlinə alır. Məhəmmədqulu xanı Rusiyaya dəvət edir. Öncə kömək üçün Ordubad hakimi Şeyxəli xan Kəngərlini göndərdi. O, 400 atlı ilə və Naxçıvan polkunun döyüşçüləri ilə Araz çayını keçərək Naxçıvandan və Ordubaddan Arazın o tayına zorla köçürülmüş əhalini geri qaytarmışdı. Daha sonra o Dizmar bəylərini özünə tabe etməklə Cənubi Azərbaycan şəhəri Mərəndlə Ordubad arasında əlaqə yaratmışdı. Daha sonra Şeyxəli xan öz ordusu ilə Mehridən cənubda yerləşən Kürdəşt qalasına getmişdi. Bu istehkam «yerli əhali tərəfindən ən güclü qala» hesab edilirdi. Şeyxəli xan çox da çətinlik çəkmədən qalanı tutmuş, orada 150 nəfərdən ibarət qarnizon saxlamışdı, yerli əhalini özünə tərəf çəkmişdi. Şeyxəli xan Kürdəşt qalasında ələ keçirdiyi çoxlu barıt və topla rusların düşərgəsinə qayıtmışdı. General-leytenant knyaz Eristov ordu ilə Təbrizə qədər getmişdi. Təbrizdə olarkən Qaradağla, Məhəmmədqulu xanla maraqlanmışdı. Məlumat vermişdilər ki, Iran qoşunları Qaradağ ərazisindən çıxıb, cənuba tərəf çəkilmişdi. Paytaxt Əhər şəhərində isə Həsən xanın başçılığı ilə 400 atlı qalmışdı. Qarabağ, Şirvan, Şəki əyalətlərini və Talış xanlığını idarə edən knyaz I. N. Abxazov Məhəmmədqulu xanı qəbul edib Şuşada yerləşdirir. I. F. Paskeviç xana beş-altı kənd boyun olmuşdu. Məhəmmədqulu xan 1828-ci ildə Abbas mirzədən qaçıb ailəsi, qardaşı və rəiyyətlərinin bir hissəsi ilə Qarabağa gəlmişdi. Çarın xüsusi fərmanı ilə mayor rütbəsi və Xanqaradağski familyasını almışdı. Şuşa şəhər komendantlığının hərbi hissəsində işə təyin olunmuşdu. Kəşfiyyat xidmətinin rəisi idi. Əsasən Iran xəbərləri bölməsinə rəhbərlik edirdi. Məhəmmədqulu xan Iran haqqındakı xəbərləri əsasən Qaradağda yaşayan qohumlarından alırdı. Şəki, Şirvan, Qarabağ əyalətlərinin və Talış xanlığını idarə edən, artireliya general mayoru, kavaler Jukovski 1831-ci ilin avqust ayının 27-də korpus komandanı, general-mayor Pankratova yazdığı məxfi bir qeyddə bildirir: «Məhəmmədqulu xan Iranda yaşayan qohumlarından aldığı məktubda olan xəbərləri mənə bildirir.» General mayor Jukovski 1831-ci ilin dekabrında korpus komandirinə göndərdiyi məxfi bir bildirişdə yazırdı: «Qaradağlı Məhəmmədqulu xan mənə çox gərəkli bir məlumat verib. Ingilislər öz zabitlərini Irana göndəriblər ki, sərbazları öyrətsinlər. Sonra şaha bildiriblər ki, biz öz himayəmizdə yüz min sərbaz saxlaya bilərik, ancaq onları evə buraxmayın. Indi qalıb ki, həmişəlik sərbaz toplasınlar.» 1835-ci ildə igidliyinə və xidmətlərinə görə Məhəmmədqulu xana polkovnik rütbəsi verilir. Məhəmmədqulu xan 1840-cı ildə Şuşa şəhərində vəfat edib. Məhəmmədqulu xanın Həsənəli ağa, Məhəmmədhüseyn ağa adlı oğulları, Sara xanım adlı qızı vardı. [[Kateqoriya:Qaradağlılar]] 799jpl2bgmsjld0y0skehqrhanzor5o Müəllif:Səməd Vurğun 102 13245 95497 95493 2026-04-08T05:50:56Z Araz Yaquboglu 734 /* Şeirləri */ 95497 wikitext text/x-wiki {{Müəllif |ad = Səməd Vurğun |soyad = |baş hərf = V |doğum ili = 1906 |vəfat ili = 1956 |qeydlər = |şəkil = Samad Vurgun (1942).jpg |şəkil başlığı = |vikipediya_keçidi = Səməd Vurğun |vikisitat_keçidi = Səməd Vurğun |commons_keçidi = Category:Samad Vurgun }} == Məqalələri == *[[Səhvlərimiz haqqında]] == Tərcümələri == *[[Leyli və Məcnun (Nizami Gəncəvi)]] == Əsərləri == === Poemaları === * [[Komsomol poeması]] * [[26lar poeması]] *[[Azərbaycan (Səməd Vurğun)]] *[[Azərbaycan Sovet Sosialist Respublikası himni]] === Dramları === * [[Vaqif]] * [[Xanlar]] * [[Fərhad və Şirin]] * [[İnsan/Səməd Vurğun|İnsan]] ===Şeirləri=== * [[Azərbaycan (Səməd Vurğun)]] == Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 == * [[Cavanlara xitab]] * [[Maydan]] * [[Göygöl (Səməd Vurğun)]] * [[Şikəstəyə məktub]] * [[Sızıltılarım]] * [[Tərlanım (Səməd Vurğun)]] * [[Bir gün məni lap boğurdu hicran]] * [[Şuşa (Səməd Vurğun)]] * [[Zeynal (Səməd Vurğun)]] * [[]] * [[]] * [[]] <nowiki> {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh. }} <poem> </poem> [[Kateqoriya:XX əsrin şeirləri]] </nowiki> == Səməd Vurğuna məktublar == * [[İldırım təşkilatının Səməd Vurğuna məktubu]] [[Kateqoriya:Azərbaycan şairləri]] [[Kateqoriya:Azərbaycan tərcüməçiləri]] [[Kateqoriya:1906-cı ildə doğulanlar]] [[Kateqoriya:1956-cı ildə vəfat edənlər]] [[Kateqoriya:Tənqidçilər]] t9f4adi9qc3bj1movjj7ap1hyf5jj1j Zeynalın 0 15196 95502 79077 2026-04-08T05:57:08Z Araz Yaquboglu 734 95502 wikitext text/x-wiki {{digər məna|Zeynal}} {{Başlıq | başlıq = Zeynalın | müəllif = Çoban Məhəmməd | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 46 }} <poem> Yanşaqda bir igid gəlib ərsəyə, Yoxdur bərabəri, tayı Zeynalın. Qarşısına çıxan görünmür hələ, Qüdrətdən verilib payı Zeynalın. Qamışlı kəndində atdığı güllə, Gilas budağından saldı bir gilə. Yazdım tərifmi, yayılsın elə, Ucalsın qoy haqqı-sayı Zeynalın. Aynalısı xub yaraşır boyuna, Qoymaz ovu nəzərindən yayına, Arzum budur, gələm oğul toyuna, Şən dolansın yazı, yayı Zeynalın. Kamil səyyad oldu, sərrast kamandar, Murovun sərində elədi şikar. Seyrəngahı oldu qocaman dağlar, Oylağıdı Meydançayı Zeynalın. Məhəmməd salacaq hər yerdə bəhsin, Yayacaq aləmə sədasın, səsin. Bəlaya tuş olub, zaval görməsin, Yaxşı gəlsin ili, ayı Zeynalın! </poem> [[Kateqoriya:Qoşmalar]] fo13ob822001t77ekfp4d9zib1qehjl Bir gün məni lap boğurdu hicran 0 33391 95498 2026-04-08T05:52:19Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95498 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1926 | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh. }} <poem> Bir gün məni lap boğurdu hicran, Hicran deyə bir səyahət etdim… Yarəb!.. Nə yazıq olarmış insan, Boynum bükük ol məkanə getdim; Baxdım, onu görmədim o yerdə, Sordum deyən olmadı ki, nerdə?… Ey vah, o xəyal pərisi nolmuş? Ömrüm qəmü-həsrət ilə dolmuş… Röyamı, nədir bu gördüyüm, ah?! Xülyamı, nədir bu aləm, ey vah!? Artıq günəşin ziyası sönsün, Artıq bu diyar məzara dönsün! Əflakı ahım dumanı sarsın, Varlıq sürüşüb zavala varsın! </poem> [[Kateqoriya:1926-cı ilin şeirləri]] ns8ipvepthrxlxzwszhn2774n73hcpi 95500 95498 2026-04-08T05:53:30Z Araz Yaquboglu 734 95500 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1926 | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh.25 }} <poem> Bir gün məni lap boğurdu hicran, Hicran deyə bir səyahət etdim… Yarəb!.. Nə yazıq olarmış insan, Boynum bükük ol məkanə getdim; Baxdım, onu görmədim o yerdə, Sordum deyən olmadı ki, nerdə?… Ey vah, o xəyal pərisi nolmuş? Ömrüm qəmü-həsrət ilə dolmuş… Röyamı, nədir bu gördüyüm, ah?! Xülyamı, nədir bu aləm, ey vah!? Artıq günəşin ziyası sönsün, Artıq bu diyar məzara dönsün! Əflakı ahım dumanı sarsın, Varlıq sürüşüb zavala varsın! </poem> [[Kateqoriya:1926-cı ilin şeirləri]] ostlqnopdsj5u844dr5rfu7ol0aws4j Şuşa (Səməd Vurğun) 0 33392 95499 2026-04-08T05:53:15Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95499 wikitext text/x-wiki {{digər məna|Şuşa}} {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1926 | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh.26 }} <poem> Qoynuna girməyə qalmışdır bir az, Könül fərəhlənib eylədi pərvaz; Ölməyib görəydim seyrini hər yaz, Səndə vardır başqa lətafət, Şuşa! Dağlarından qopar havalı yellər, Ah, o sərin yellər, səfalı yellər; Dağıdıb huşumu divanə eylər, Vüsalın hər kəsə səadət, Şuşa! Xırdaca-xırdaca yağışin yağar, Çən-çisək içindən günəşin doğar, Bir ağız bir bulaq suyunu soğar*, Eyləyirsən yenə qiyamət, Şuşa! Bir əcəb gülşəndir torpağın, daşın Dumanlı dağlardır həyat yoldaşın, Bir ağrı gördümü ömründə başın, Ey fitrən xəlq olmuş təbabət, Şuşa! </poem> [[Kateqoriya:1926-cı ilin şeirləri]] 4b121pie44r7370cak6dd8bp4k1ueo9 Zeynal (Səməd Vurğun) 0 33393 95501 2026-04-08T05:54:47Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95501 wikitext text/x-wiki {{digər məna|Zeynal}} {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1926 | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh.27 }} <poem> Köhnə bir evciyəz gördüm, içi toz, torpaq, Sökük divarları var hisli, paslı. Önündə bir baca, içində çılpaq O səfalətzadə uyuyur yaslı… Elə bir yasli ki, daim xəndan. Mavi gözlərinin ufuklar kadar Varsa incəliyi, yenə də giryan, Gəliyor nəzərə yenə də ağlar… Boş deyildi, onun vardı sənəti, Tar, kamança, tütək, qaval yapardı. Tutur kimi saza qəmli xilqəti, Oxuyar, bağırar, sonra yatardı. O könül pək incə, pək də mənalı, Baxışları vardı həp süzgün-süzgün. Rəqib imiş ona dadlı xəyalı, Demişdi dərdini o mənə bir gün. Hər qürub zamanı pəncərəsindən, Baxar üfüqlərn sanki bir xəyal… Qayalar inlərdi onun səsindən, Mənimdir kainat diyordu Zeynal. </poem> [[Kateqoriya:1926-cı ilin şeirləri]] csz49w1tn4cf09bkszeson7mr86vwph Zeynal 0 33394 95503 2026-04-08T05:58:41Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95503 wikitext text/x-wiki {{Vikipediya}} * [[Zeynal (Səməd Vurğun)]] * [[Zeynalın]] — [[Müəllif: Çoban Məhəmməd]] {{dəqiqləşdirmə}} q1y7dqqite5dbuz7uzi37k8keywdvtq Şuşa 0 33395 95504 2026-04-08T06:01:30Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95504 wikitext text/x-wiki {{Vikipediya}} * [[Şuşa (Səməd Vurğun)]] * [[Şuşam]] * [[Şuşamız]] {{dəqiqləşdirmə}} dbnbj2r56mmveri8mhob98i5uya3448