Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.46.0-wmf.23
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Çiçək (Mirzə Əli Möcüz)
0
8498
95513
89808
2026-04-09T05:30:29Z
Araz Yaquboglu
734
Araz Yaquboglu [[Çiçək]] səhifəsinin adını [[Çiçək (Mirzə Əli Möcüz)]] olaraq dəyişdi
89808
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Çiçək
| müəllif = Mirzə Əli Möcüz
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>
İki qız aldın əlimdən, boyadın qanə, çiçək!
Bu ki bir danədi, rəhm eylə bu oğlanə, çiçək!
Dedim: "Oğlana çiçək döydürək", övrət dedi: "Yox"
Etiqad eyləmədim mən də o dərmanə, çiçək.
Titrərəm bərgi-xəzan tək gecələr ta bəsəhər,
İki qurban kəsərəm gər gedə Dəryanə çiçək.
Xəlq edib xaliqi-can, ey bacı, hər dərdə dəva,
Aqil ilə işi yox, bənd olu nadanə çiçək.
Lövhi-məhfuzə<ref>Mövhumata görə, guya insanı dərd-bəlalardan qoruyan lövhə</ref> yazılmış: "Gərək ölsün balalar!"
Bu "Gərək" ləfzi gərək od vura İranə, çiçək!
Qəbr qazmaqdan olubdur əl-ayağı şil-küt,
Bizə rəhm eyləməsən, rəhm elə gorkanə çiçək.
Gözəli çirkin edib, eyləmə rüsvayi-cahan,
Qorxuram qızlar əlindən qaça Tehrana, çiçək!
Qızların şikvəsini gər eşidə şahi-cahan,
Bağlar əl-qollaruvi, göndəri zindanə, çiçək.
Bu qızı kim alacaq qoynuna, ey vay bəmən,
Qaşı yox, kirpiyi yox, bənzəmir insana, çiçək.
Gər çiçək yerlərinə sürtə bu bir pud kirşan,
Yenə gəlməz süfətə, heyf ola kirşanə, çiçək.
Oxşar, ağlar analar, çün deyər: "Ey vay, bala vay!"
Dərü divar gələr naləvü əfğanə, çiçək.
Ana çün gördü ciyərparəsini qan aparır,
Qüssədən oldu dəli, düşdü biyabənə, çiçək,
Nə firəng ilə işin var, nə urus ilə sənin,
Olmusan bənd fəqət milləti-İranə, çiçək.
Od vurub başdan ayağə Əcəmistanı qırır,
Nə Amerkanə gedirsən nə də Almanə, çiçək.
Qorxuram eyləyə qilmanə sərayət bu mərəz,
Bu uşaqlar ki, gedir rövzeyi-rizvanə, çiçək.
Ölməli çox qocalar Ərvanəq, Ənzabdə var,
Tifli-məsum aparırsan, niyə, divanə çiçək?
Etiqad eyləsə peyvəndə müsəlman, Möcüz,
Bu qədər eyləməz azar müsəlmana çiçək!
</poem>
== İstinadlar ==
{{İstinad siyahısı}}
[[Kateqoriya:Qəzəllər]]
6ty4glmzygi8ixe7lj10ytl1cu7odmy
95515
95513
2026-04-09T05:30:50Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95515
wikitext
text/x-wiki
{{digər məna|Çiçək}}

rqirnh7xwry69snaz7nnvazczc1dbds
Müəllif:Səməd Vurğun
102
13245
95509
95497
2026-04-09T05:25:56Z
Araz Yaquboglu
734
/* Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 */
95509
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Səməd Vurğun
|soyad =
|baş hərf = V
|doğum ili = 1906
|vəfat ili = 1956
|qeydlər =
|şəkil = Samad Vurgun (1942).jpg
|şəkil başlığı =
|vikipediya_keçidi = Səməd Vurğun
|vikisitat_keçidi = Səməd Vurğun
|commons_keçidi = Category:Samad Vurgun
}}
== Məqalələri ==
*[[Səhvlərimiz haqqında]]
== Tərcümələri ==
*[[Leyli və Məcnun (Nizami Gəncəvi)]]
== Əsərləri ==
=== Poemaları ===
* [[Komsomol poeması]]
* [[26lar poeması]]
*[[Azərbaycan (Səməd Vurğun)]]
*[[Azərbaycan Sovet Sosialist Respublikası himni]]
=== Dramları ===
* [[Vaqif]]
* [[Xanlar]]
* [[Fərhad və Şirin]]
* [[İnsan/Səməd Vurğun|İnsan]]
===Şeirləri===
* [[Azərbaycan (Səməd Vurğun)]]
== Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 ==
* [[Cavanlara xitab]]
* [[Maydan]]
* [[Göygöl (Səməd Vurğun)]]
* [[Şikəstəyə məktub]]
* [[Sızıltılarım]]
* [[Tərlanım (Səməd Vurğun)]]
* [[Bir gün məni lap boğurdu hicran]]
* [[Şuşa (Səməd Vurğun)]]
* [[Zeynal (Səməd Vurğun)]]
* [[Çiçək (Səməd Vurğun)]]
* [[Dan yıldızı]]
* [[Bir qətrə yaş]]
* [[]]
* [[]]
* [[]]
<nowiki>
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh.
}}
<poem>
</poem>
[[Kateqoriya:XX əsrin şeirləri]]
</nowiki>
== Səməd Vurğuna məktublar ==
* [[İldırım təşkilatının Səməd Vurğuna məktubu]]
[[Kateqoriya:Azərbaycan şairləri]]
[[Kateqoriya:Azərbaycan tərcüməçiləri]]
[[Kateqoriya:1906-cı ildə doğulanlar]]
[[Kateqoriya:1956-cı ildə vəfat edənlər]]
[[Kateqoriya:Tənqidçilər]]
cxxsj6u5cquk7ctmr6r0lvqedn0m8gk
Azərbaycandakı Dini Konfessiya rəhbərlərinin 8 aprel 2026-cı il bəyanatı
0
33396
95506
2026-04-08T15:59:27Z
가웨인
4001
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95506
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Azərbaycandakı Dini Konfessiya rəhbərlərinin 8 aprel 2026-cı il bəyanatı
| müəllif =
| keçidsiz müəllif = Azərbaycandakı Dini Konfessiya rəhbərləri
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 8 aprel 2026-cı il
| qeydlər =
| mənbə =
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
Biz, Azərbaycan Respublikasında yaşayan dini icmaların nümayəndələri, ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) "2026-cı il İllik Hesabatı"nda yer alan 2025-ci ildə Azərbaycanda dini vəziyyətə dair əsassız iddialarla bağlı ciddi narahatlığımızı və dərin təəssüfümüzü ifadə edirik. Mövcud reallıqları nəzərə alaraq, hesabatdakı qiymətləndirməni qəti şəkildə rədd edirik.
Hesabatda guya dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassız iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əks etdirir. Bu iddialar ölkədəki reallıqlara uyğun gəlmir, əksinə ölkəmizin daxildə və qlobal səviyyədə dini tolerantlığın təşviqi istiqamətində göstərdiyi əhəmiyyətli səyləri nəzərə almır. BDAK-ın bu yanaşması Prezident Donald Trampın hakimiyyətə qayıdışından sonra müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin gücləndirilməsi və ötən ilin 8 avqustunda Vaşinqtonda onun tarixi rolu ilə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi fonunda xüsusilə məyusedicidir.
Bu, həmçinin Azərbaycanın regional və beynəlxalq səviyyədə sülh və sabitliyin təşviqində rolunun tanınmasının nümayişi və qlobal miqyasda dinlərarası dialoqun təşviqinə sadiqliyinin sübutu olaraq, ölkəmizin ABŞ Prezidentinin rəhbərliyi altında yaradılmış Sülh Şurasına dəvət olunduğu və sonradan təsisçi üzv dövlət kimi həmin Şuraya qoşulduğu bir dövrdə narahatlıq doğurur.
Azərbaycan özünün əsrlərə dayanan müxtəliflik və multikulturalizm ənənəsi ilə fərqli mədəniyyətlər və dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın təşviqinə hər zaman sadiqdir. Azərbaycan Konstitusiyası ayrı-seçkiliyi açıq şəkildə qadağan edir və dinindən və etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyini təmin edir. Bu hüquqi təminatlardan əlavə, Azərbaycan bütün vətəndaşlara dini, etnik və mədəni mənsubiyyətlərini qorumaq və daha da inkişaf etdirmək üçün şərait yaradır. Bu, din və ya etiqaddan sui-istifadə şəraitində təhlükəsizlik riskləri və çağırışların artması fonunda baş verir. Ölkə Prezidenti və müvafiq milli qurumlar dini icma nümayəndələrinin ehtiyac və qayğılarını prioritetləşdirərək, onlarla mütəmadi qaydada görüşürlər.
Azərbaycan dərin köklü dini tolerantlıq mədəniyyətinin təzahürü kimi, habelə dindaxili və dinlərarası harmoniyaya sadiqliyin nümunəvi məkanı olaraq, məscidlərin, kilsələrin və sinaqoqların yan-yana fəaliyyət göstərdiyi ölkələrdən biridir. İcmalarımız gündəlik həyatlarında belə bir firavan mühitdə yaşayır, hökumət və ya cəmiyyətin hər hansı müdaxiləsi olmadan dini etiqadlarını yerinə yetirirlər.
Dini məkanların və ibadət yerlərinin inşası, mühafizəsi və bərpasına xüsusi diqqət yetirilir. Bu fəaliyyətlər yalnız məscidləri əhatə etmir, Bakıda Müqəddəs Məryəm katolik kilsəsinin yenidən qurulması və mühafizəsi, Müqəddəs II İoann Pavelin şərəfinə ikinci katolik kilsəsinin davam edən inşası, Kafedral Pravoslav Kilsəsinin bərpası, Zərdüştlük məbədinin yenidən qurulması və Kiş məbədinin bərpası qismində digər dinlərin ibadət məkanlarını da əhatə edir. Regionun ən böyük sinaqoqunun Azərbaycanda olması bir faktdır. Cəmiyyətimizin dini plüralizmə və inklüzivliyə hörmətinin təzahürü kimi İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin ilk toplantı evi 2025-ci ildə Azərbaycanda açılıb. Təəssüf ki, Azərbaycan hökumətinin bu səyləri hesabatda əks olunmayıb.
Bu baxımdan, BDAK-ın hesabatında Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində bütün tarixi və mədəni abidələrin fərq qoyulmadan təmir və bərpa səylərinin yanlış təqdim edilməsi xüsusilə təəssüf doğurur. Sözügedən bərpa layihələri bütün mədəni və dini irsin xüsusiyyətlərinin mühafizəsinə diqqət yetirilməklə təcrübəli mütəxəssis və memarların iştirakı ilə həyata keçirilir.
Azərbaycanın ölkə daxilində dinlərarası dialoqu təşviq etmək xüsusunda bənzərsiz yanaşması, həmçinin əhəmiyyətli qlobal təşəbbüslərlə davamlı şəkildə təşviq olunub və beynəlxalq ictimaiyyətin geniş rəğbətini qazanıb.
Azərbaycanın uzun dövrə dayanan dini plüralizm və tolerantlıq ənənəsi tanınmış beynəlxalq dini liderlər tərəfindən mütəmadi şəkildə alqışlanıb. Onların arasında Papa II İoann Pavel və Papa Fransisk və digər nümayəndələr yer alır. Papa Fransisk Azərbaycanı zorakı ekstremizmlə bölünmüş dünya üçün çoxkonfessiyalı model kimi təqdir edib. Onun 2016-cı ildə Bakıya səfərinin məhz Azərbaycanda Multikulturalizm ilində baş tutması Papanın ölkəmizdəki tolerantlığa və inklüzivliyə verdiyi yüksək qiymətin daha bir göstəricisidir. O, müxtəlif etiqadların sülh şəraitində yanaşı yaşadığı məkan kimi Azərbaycanın əhəmiyyətini vurğulayaraq ölkəmizi dünya üçün nümunə adlandırıb.
Bundan əlavə, Əl-Əzhər Əl-Şərifin Böyük İmamı və Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyib dəfələrlə Azərbaycanı dinlərarası harmoniya və İslam-daxili birlik nümunəsi kimi alqışlayıb.
Azərbaycanın dini yerlərin mühafizəsi və bərpası səyləri sərhədlərini aşır. Heydər Əliyev Fondunun Vatikan şəhərinin mədəni və xristian irsinin, o cümlədən Divarların Xaricində Müqəddəs Pavel Papa Bazilikasının fasadlarının bərpasında dəstəyi və iştirakı Müqəddəs Taxt-Tac tərəfindən minnətdarlıqla qarşılanıb.
Azərbaycan 2008-ci ildə Bakı Prosesi çərçivəsində yaradılmış, dayanıqlı sülh və inkişafın əsasları kimi dialoq və sosial inklüzivliyi təşviq edən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşəbbüskarı və ev sahibidir. Bu Forum BMT Baş katibinin hesabatlarında mədəniyyətlərarası dialoqun təşviqi üzrə əsas qlobal platforma kimi dəfələrlə təqdir olunub və bu, BMT Baş Assambleyasının bir sıra qətnamələrində davamlı olaraq öz təsdiqini tapıb.
Azərbaycan 2024-cü ildə Bakıda keçirilmiş COP29 (BMT-nin İqlim Dəyişmələri Konfransı) çərçivəsində 55 ölkədən və 30 beynəlxalq təşkilatdan 300 dini lider və nümayəndənin iştirakı ilə Dini Liderlərin Qlobal Sammitinə ev sahibliyi etməklə multikulturalizmin lideri rolunu bir daha təsbit edib.
Yuxarıda göstərilən bütün misallar diqqətə alındıqda, BDAK-ın mövcud faktlara və reallıqlara əsaslanaraq ölkəmizdəki vəziyyəti obyektiv şəkildə əks etdirməklə Azərbaycana yanaşmasını yenidən nəzərdən keçirəcəyini, ölkəmizin tolerantlığa verdiyi töhfələrini, dinlər və etiqadlararası dialoqun mühafizəsi istiqamətində səylərini təqdir edəcəyini gözləyirik.
Ümid edirik ki, tamamilə əsassız və sübutsuz formada "Xüsusi İzləmə Siyahısı"na daxil edilməklə Azərbaycana münasibətdə sərgilənən ədalətsizliyin aradan qaldırılması üçün zəruri tədbirlər görüləcəkdir.
hlu5p8qgwkv5n2pus08im37prkfslzc
95507
95506
2026-04-08T15:59:56Z

[[Kateqoriya:Azərbaycanda din]]
[[Kateqoriya:Bəyanatlar]]
[[Kateqoriya:2026]]
p7v26xoni1ibjzmohx5qij2kibpggt9
Kateqoriya:Azərbaycanda din
14
33397
95508
2026-04-09T05:24:21Z
Araz Yaquboglu
734
Səhifə "{{Vikianbar kateqoriyası|Religion in Azerbaijan}} [[Kateqoriya:Azərbaycan mədəniyyəti|Din]] [[Kateqoriya:Azərbaycan cəmiyyəti|Din]] [[Kateqoriya:Ölkələrinə görə din]] [[Kateqoriya:Ölkələrinə görə Avropada din]]" məzmunu ilə yaradıldı
95508
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|Religion in Azerbaijan}}
[[Kateqoriya:Azərbaycan mədəniyyəti|Din]]
[[Kateqoriya:Azərbaycan cəmiyyəti|Din]]
[[Kateqoriya:Ölkələrinə görə din]]
[[Kateqoriya:Ölkələrinə görə Avropada din]]
95n1cuc0ht2rhfw797mmfn93omu8dzo
Çiçək (Səməd Vurğun)
0
33398
95510
2026-04-09T05:26:54Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95510
wikitext
text/x-wiki
{{digər məna|Çiçək}}
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1927
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh.28
}}
<poem>
Gözəl çiçək, dalğalanır dağ döşü,
Nədir o tərpəniş, dəryamı yoxsa?
Söylədilər səni könlümün əşi,
Həqiqətmi, o da xülyamı yoxsa?
O seyran buludlar, o boylu çinar
Həp sənə gülümsər, sənə çırpınar.
Deyirsən titrədir məni ruzigar,
Bu dərdə mübtəla dünyami yoxsa?
Əmərdim hüsnündən min incə duyğu,
Sardımı çöhrəni xəzan soyuğu?
Əlvida, əlvida, daldığım uyğu
İnanmam ölümmü, röyamı yoxsa?
</poem>
[[Kateqoriya:1927-ci ilin şeirləri]]
audnq64a7qqaw69npfx7s4dx1rjqmgr
Dan yıldızı
0
33399
95511
2026-04-09T05:28:36Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95511
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1927, yanvar
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh.29
}}
<poem>
Öpərkən gecələr dəsti-səbahi
Duyurdum hərəkət namütənahi…
Çəməndə bir gözəl xeyli ilahi,
Üzündə zülfünü tarimar gördüm.
Titrəyirdi çəmən, titrəyirdi gül,
Oxurdu nəğmələr sabaha bülbül,
Bükmüşdü boynunu saralmış sünbül,
Qoxladım o yeri, laləzar gordüm.
Uçurdu dağlara quş kimi ceyran,
Boylana-boylana səmada tərlan,
Oxurdu türkülər səmiə‡ pünhan,
Birləşin! — dedilər, bir şüar gördüm.
Buludlar dağılıb doğdu bir pəri,
O sevda yerinin doğma dilbəri,
Göz atdım gözünə, himlədim bəri,
Dayandı şir kimi, pürvüqar gördüm
Əsirdi durmadan birbaşa yellər,
Döyürdü bağrını dağ-daşa sellər…
Gülürdü al geyib, ağlayan ellər,
Bu haqqı danamam, aşikar gördüm.
</poem>
[[Kateqoriya:1927-ci ilin şeirləri]]
auhuhyyzsrg78td1iyqki1z6to13k7v
Bir qətrə yaş
0
33400
95512
2026-04-09T05:29:59Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95512
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1927
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh.30
}}
<poem>
Saqiya! Saqiya! Gətir gizlicə,
Görənlər olmasın divanələr var.
Nəşələr əməyim bu qəmli gecə,
Bağrına od basan pərvanələr var.
Həyatin sonuymuş bir solğun çiçək,
Qəmləri öldürən qəm olsa gərək,
Açmadı ağlayan üzləri fələk,
Cahanda göz yaşı, qəmxanələr var.
Saqiya! Dustağam zindan görməmiş
Vüsalın dadı yox, hicran görməmiş,
Bir mömin babayam quran görməmiş,
Onda da şübhələr, əfsanələr var.
Nəsibim oldusa bu ahu-vaylar,
Dün gecə əl verib bahara yaylar,
Ucaldı göylərə şanli saraylar,
Düşünməz nerədə viranələr var.
Saqiya! Saqiya! Yetir özünü,
Cahanı görməyim, bağla gözümü.
Şərqə söyləyirəm bu son sözümü:
Yavrusuz üşüyən boş lanələr var.
</poem>
[[Kateqoriya:1927-ci ilin şeirləri]]
54fu1r6xazm26ynsxk82wfv1wf56sa8
Çiçək
0
33401
95514
2026-04-09T05:30:29Z
Araz Yaquboglu
734
Araz Yaquboglu [[Çiçək]] səhifəsinin adını [[Çiçək (Mirzə Əli Möcüz)]] olaraq dəyişdi
95514
wikitext
text/x-wiki
#İSTİQAMƏTLƏNDİRMƏ [[Çiçək (Mirzə Əli Möcüz)]]
3mic6vaccqcgdfddnaho7pqrkgbrprl
95516
95514
2026-04-09T05:31:16Z
Araz Yaquboglu
734
[[Çiçək (Mirzə Əli Möcüz)]] yönləndirməsi silindi
95516
wikitext
text/x-wiki
* [[Çiçək (Mirzə Əli Möcüz)]]
* [[Çiçək (Səməd Vurğun)]]
{{dəqiqləşdirmə}}
1u0ldiocw6c857qqwn2059z9xa5rmn6
Çiçək (dəqiqləşdirmə)
0
33402
95517
2026-04-09T05:35:59Z
Araz Yaquboglu
734
[[Çiçək]] səhifəsinə istiqamətləndirilir
95517
wikitext
text/x-wiki
#redirect[[Çiçək]]
8it0ux5bflcixtq3jwwi8u75o13141r