Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.46.0-wmf.23 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Müəllif:Səməd Vurğun 102 13245 95532 95529 2026-04-11T05:43:39Z Araz Yaquboglu 734 /* Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 */ 95532 wikitext text/x-wiki {{Müəllif |ad = Səməd Vurğun |soyad = |baş hərf = V |doğum ili = 1906 |vəfat ili = 1956 |qeydlər = |şəkil = Samad Vurgun (1942).jpg |şəkil başlığı = |vikipediya_keçidi = Səməd Vurğun |vikisitat_keçidi = Səməd Vurğun |commons_keçidi = Category:Samad Vurgun }} == Məqalələri == *[[Səhvlərimiz haqqında]] == Tərcümələri == *[[Leyli və Məcnun (Nizami Gəncəvi)]] == Əsərləri == === Poemaları === * [[Komsomol poeması]] * [[26lar poeması]] *[[Azərbaycan (Səməd Vurğun)]] *[[Azərbaycan Sovet Sosialist Respublikası himni]] === Dramları === * [[Vaqif]] * [[Xanlar]] * [[Fərhad və Şirin]] * [[İnsan/Səməd Vurğun|İnsan]] ===Şeirləri=== * [[Azərbaycan (Səməd Vurğun)]] * [[Dağlar (Binələri çadır-çadır)]] == Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 == * [[Cavanlara xitab]] * [[Maydan]] * [[Göygöl (Səməd Vurğun)]] * [[Şikəstəyə məktub]] * [[Sızıltılarım]] * [[Tərlanım (Səməd Vurğun)]] * [[Bir gün məni lap boğurdu hicran]] * [[Şuşa (Səməd Vurğun)]] * [[Zeynal (Səməd Vurğun)]] * [[Çiçək (Səməd Vurğun)]] * [[Dan yıldızı]] * [[Bir qətrə yaş]] * [[Səyahət]] * [[Sorma aqil kimsələrdən, sorma heç dünya nədir]] * [[Dağlar (Səməd Vurğun)]] * [[]] * [[]] * [[]] <nowiki> {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh. }} <poem> </poem> [[Kateqoriya:XX əsrin şeirləri]] </nowiki> == Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 == * [[Aşıq qardaşıma]] * [[Karyerist]] * [[Çil toyuğun tək yumurtası]] * [[Xeyrə-şərə yaramaz]] * [[İncə xanım]] * [[Azərbaycan (Gəlin sizə bir-bir danışım)]] * [[Şadlıq]] * [[Bizim gəncliyə]] * [[Xəyal]] * [[]] * [[]] <nowiki> {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> </poem> [[Kateqoriya:XX əsrin şeirləri]] </nowiki> == Səməd Vurğuna məktublar == * [[İldırım təşkilatının Səməd Vurğuna məktubu]] [[Kateqoriya:Azərbaycan şairləri]] [[Kateqoriya:Azərbaycan tərcüməçiləri]] [[Kateqoriya:1906-cı ildə doğulanlar]] [[Kateqoriya:1956-cı ildə vəfat edənlər]] [[Kateqoriya:Tənqidçilər]] 2ujo9jx79bdc7wxoc46310ojg8d2lk1 Yağış yağarkən 0 17668 95536 93910 2026-04-11T07:47:29Z ~2026-22147-70 12592 95536 wikitext text/x-wiki {{Başlıq | başlıq = Yağış yağarkən | müəllif = Mikayıl Müşfiq | keçidsiz müəllif = | | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = }} <poem> Yağış yağır, rəqs eyləyir gur damlalar, Sıra-sıra, inci-inci nur damlalar. Göydə iki qara bulud toqquşaraq, İldırımlar şaqqıldayır şaraq-şaraq. Quşlar uçur yuvasına pırıl-pırıl, Şırıldayır navalçalar şırıl-şırıl. Çaxnaşmada göy üzündə ildırımlar, Bir-birinə dəydi, baxın, qaldırımlar. Dönmələrdə durana bax, qaçana baх! Qaldırımda o balaca oğlana baх! Öz döşündən yeni sözlər toxuyaraq, Ayağını şappıldadır oxuyaraq. Gülə-gülə bir qız qaçır o səkidən, Ürəkciyi xali deyil səksəkidən, Yanında bir gənc də qaçır, Yağış yağır, onu açır. Ey gənc, durma, qoltuqlamaq zamanıdır, Təbiətin ən şux, çaqraq zamanıdır. Yağ, yağışım, yağ sel ol, yağ! Sırma-sırma, tel-tel ol, yağ! Çözül, sən ki kölgəli bir yar saçısan, Bağrıyanıq səhraların əlacısan. Yağ, yağışım, sellənərək Sırmalanıb tellənərək! Zümzümənlə şirin-şirin dillən, yağış. Küçələrdə uşaq kimi vellən, yağış! Bunlar keçər, çarpsın, səma, köksüm kimi, Ey ildırım, səs ver mənə, səsim kimi! Yağ, ey yağış, fikrim kimi, hissim kimi, Uzaq, yaxın çöllərə yağ, Ölkələrə, ellərə yağ! Yağış yağır, rəqs eyləyir gur damlalar, Sıra-sıra, inci-inci nur damlalar. </poem> [[Kateqoriya:Şeirlər]] bdd9clea001ujqfqyw2zchpwfzy9sq3 Şadlıq 0 33408 95533 2026-04-11T05:47:05Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95533 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Bu gün qonaq düşdüm Kükəl kəndinə, Könlümün bülbülü dil açdı yenə. Üzümə güldükcə hər gül, hər çiçək, Ucaldı dağ kimi sinəmdə ürək. Bilirəm ellərin düz vəfası var, Burda keçən ömrün min səfası var. Qəlbə mehribandır bu daş, bu torpaq, Bülbüllər yuvası hər yaşıl yarpaq. Çiçəklər içində gülür yamaclar, Göylərə baş vurur hündür ağaclar. Bu yerdə hər quşun bir nəvası var, Səhərin, axşamın öz havası var. Çayların üstündə süzür sonalar, Qəfəsdən çıxmışdır bizim analar. Məni qarşılayır bu azad ellər, Bizim mərd ürəkli qəlbi şad ellər. Bu açıq alınlar, gülər baxışlar, Bu saysız "ura"lar, sonsuz alqışlar Mənə mehribandır öz anam qədər; Hələ yazılmamış böylə bir əsər. Hələ divarlara, ağaclara bax, Asılmış hər yerdən bizim al bayraq. Bəzəmiş yolları xalı-xalçalar, Kəndistan yerinin öz rəssamı var. Bayram içindədir nazlı kəndimiz, Bizim bu söhbətli, sazlı kəndimiz. Qoruyaq bağları düşmən küləkdən… Ellər yaxşı bilir deməsəm də mən. Bu xoşbəxt kəndimiz görüm var olsun, Düşmənin başına dünya dar olsun! Qardaşlar! Bacılar! Sizinləyəm mən, Duz-çörək almışam dost əlinizdən. Mən ki, çox razıyam doğma elimdən, Bu ad düşməyəcək mənim dilimdən. </poem> [[Kateqoriya:XX əsrin şeirləri]] hs9k2r1ly9yr5rn6vljp8lmotflh3ya Bizim gəncliyə 0 33409 95534 2026-04-11T05:56:05Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95534 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1939, fevral | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Bizim gənclik bəsləmişdir, böyütmüşdür aslanları. Bu gəncliyin gözlərindən oxuyuruq ilk baharı: Bu gün könlüm dərdə düşdü, könül dedi: noldu şair, Qurtarmadı gəncliyimin qəhrəmanlıq dastanları? Bu gəncliyin ağ alnında açılmışdır ay qabağı, Bu gəncliyin əlləriylə qurulmuşdur sənət bağı; Nə xoşbəxtdir vətən oğlu, nə xoşbəxtdir vətən qızı, Bu gəncliyin sinəsinə çəkilməmiş hicran dağı… Salam sizə azad eşqin, azad qəlbin yolçuları. Məhəbbətdir bu dünyanın tükənilməz böyük varı, Sevin, gülün, xoşbəxt olun diləyimdir gözəl dostlar! — Mən də yazım dəftərimə eşqə sadiq olanları. Mən qəlbimlə, ilhamımla öpməkdəyəm bu gün sizi, Əzbər deyin şerimizi, təmiz bilin dilimizi. Bizim gənclik qaldıracaq ulduzların qucağına "Vaqif"lərə ilham vermiş şeir, sənət elimizi. İndi mənim bir sözüm var kəndimizin qızlarına. Ceyran çıxar dəstə-dəstə bizim Muğan düzlərinə; Böyük rəssam təbiətdir, o çəkmişdir sürməsini Bizim duma gözəllərin qaşlarına, gözlərinə. Mən gözəllik aşiqiyəm yarandığım gündən bəri, Bizim qızlar nə mələkdir, nə huridir, nə də pəri. Onlar geyib bəzənəndə, kəklik kimi gülüşəndə, Söhbət açır, saza tutur bizim gözəl məclisləri. Bizim böyük dünyamız da gözəlliklər dünyasıdır, Hər könülün sığıncağı bir məhəbbət dəryasıdır. Daşa dönsün bu dünyada məhəbbəti ucuz tutan, Mən təzədən yazacağam hələ bunlar harasıdır! Bizim qızlar sığal versin lalə rəngli yanaqlara. Qoy oxşasın ağ bənizlər quzeydəki təmiz qara. Sən ey şair ilhamımın ilk anası, ilk bacısı, Səhər-səhər bax günəşə, saçlarını təmiz dara! Sən ey insan qüdrətinin ilk beşiyi böyük ana! Pərvanələr dolanmışdır ətrafına yana-yana. Qoy düşməsin əllərindən o kitablar, o dəftərlər. Taleyimiz, tərbiyəmiz tapşırılır bu gün sana. Elmin gücü yol açmışdır kilidlənmiş dənizlərə, Mədəniyyət işıq verdi sarı solğun bənizlərə. İnsan oğlu öz elmilə səmaları seyr edəcək, Göydə yanan ulduzları çiçək kimi dərə-dərə. Lakin elmin bacısı var — o da təmiz bir ürəkdir, Saf ürəkli insanlardan tarix xeyir görəcəkdir. Biz qururuq, yaradırıq bu sədaqət dünyasını. Bizim gənclik nə büsatlar nə dövranlar sürəcəkdir… İnsan oğlu unutmamış düz salamı, düz ilqan; Deyən qalmış orda-burda yenə vicdan oğruları. Onlar elin əllərilə qulağından mıxlanacaq, Müqəddəsdir əzəl gündən elin haqqı, elin varı. Əziz tutaq, yaxşı bilək yoldaşlığın qədrini biz, Can yandıraq bu dostluğa, qardaşlığa hər birimiz. Qoy utansın dünyamızdan hünərsizlər, dar gözlülər. Qəhrəmanlar ömür sürər qəlbi təmiz, hissi təmiz. Ürək təmiz olmalıdır bulaqların suyu kimi. Bəzisinin vicdanısa qaranlıqdır quyu kimi. Bu dünyadan payı yoxdur bu qeyrətsiz paxılların, Ömrü günü gəlib keçir tox qarına yuxu kimi. Bir çoxu da ömrü boyu başqasına böhtan atar. Şöhrət üçün, mənsəb üçün, vicdan alıb vicdan satar. Lakin hünər meydanında, salağanta başı batmış, Kötrüm düşən öküz kimi samanlıqda yeyib yatar. Boz qarğalar qarışmasın bülbüllərin xoş səsinə, Bizim gənclik yaranmışdır qəhrəmanlıq həvəsinə. Qoy anlasın birdəfəlik lağlağılar, boşboğazlar; Yalnız hünər yaraşmışdır bizim Odlar ölkəsinə. Qoy var olsun bu dövranlar, bu dil açıb ötən sazlar, Bülbülləri cəh-cəh vuran bu çiçəkli güllü yazlar. Zaman keçir, həyat gülür, uşaqlar da alim olur, Daha bəsdir, adam olsun xeyrə-şərə yaramazlar. Yoxsa gedir karvanımız aya san, günə san, Tarix durub gözləməyir öz yerində sayanları. İlham bizim, sevgi bizim, Vətən bizim, hünər bizim, Qoy var olsun bizim gənclik, bu gəncliyin ilk bahan. </poem> [[Kateqoriya:1939-cu ilin şeirləri]] tbx918s7gzhmhu8zphqrgbt7d6lbxwp Xəyal 0 33410 95535 2026-04-11T05:58:49Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95535 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1939, 12 avqust | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Bir axşam dırmandım bir dağ başına, Vuruldum dünyanın bahar yaşına. Çəmən xalısını sərmişdi döşə, Seyrəngah olmuşdu nazlı günəşə. Görürdüm o dağda ayaq izləri… Dünya qurğusunu qurandan bəri Min rəngə düşmüşdü hər ot, hər çiçək. İlham deyirdi ki, gəl bir də keçək Bu ceyran talası, xəlvət dərədən, Bir dastan yaradaq bu mənzərədən Ah, gözəl təbiət! Mehriban ana! Əzəldən bağlıdır varlığım sana. Səndə gözəllərin ilk andı vardır, Nə alnın qırışıq, nə qəlbin dardır… Al məni, yenə al qoynuna bu gün, Dola qollarımı boynuna bu gün. Bir öpüm doyunca o saf üzündən, Keçim xəyalımın ceyran düzündən. Mən bu düşüncəylə gəzirdim dağı, Yanımca gedirdi təbin ayağı… Bu zaman bir bulud qalxdı üfüqdən, Gördüm xəyalımı o buludda mən. O uçdu… uçduqca yüksəldi yenə, Yol aldı göylərin dərinliyinə… O, göylər mülkünü salama gəldi, Getdikcə incəldi… Yenə incəldi. Sonra nöqtə kimi bulud daraldı, Gözümdən yox oldu, hava qaraldı. Mən bir də görmədim, görmədim onu, Dedim ki, varımdır xəyahn sonu? </poem> [[Kateqoriya:1939-cu ilin şeirləri]] lz1npl1elyk8urmwo2tzs4ga74primq