Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.46.0-wmf.24 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Ananın öyüdü 0 3964 95589 6049 2026-04-16T05:45:18Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95589 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1941, 23 iyun | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Geyib əsgər paltarını, silahlandı qəhrəman, Onun polad sinəsinə sığışmadı ürəyi. Dayan! — deyib, yaxın gəldi, öpdü onun alnından Yay gününün xoş səhəri, bir də dağlar küləyi. — Ana! Getdim, salamat qal! — deyib öpdü qarını, Ana igid balasına açdı öz qollarını. Üz-gözündən öpə-öpə bağrına basdı onu, Ana yurdun bu qəhrəman, bu namuslu oğlunu. Dedi: "oğlum, göz bəbəyim, sən ey ömür çiçəyim! Tarixlərin şahididir mənim bu ağ birçəyim. Görürəm ki, qəhrömansan, sənə halaldır südüm, Qulağında yaxşı qalsın mənim sənə öyüdüm: Biz sənsiz də dolanarıq, uğur olsun yoluna, Qılıncını çalan zaman qüvvət gəlsin qoluna! Sən düşmənin qabağında igid tərpən vüqarla. Tüfəngini təmiz saxla, atını da tumarla! Öz yerində olsun gərək igidin yar-yarağı, Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı. İgid balam! Hərçəndi ki, öz ananam mən sənin, Çörəyilə böyümüsən bizim ana Vətənin. Bizim ellər Koroğlular, Xətailər yurdudur, Hər nəfəri güllə batmaz, top dağıtmaz ordudur. Payız vaxtı bağçamızın heyvaları dəyəndə, Şaftalılar şirələnib budağını əyəndə. Göndərərəm sovqatını — sənin də öz payını, Sən də artır öz əlinlə zəfərlərin sayını. Get, düşmənin qabağında igid tərpən vüqarla, Tüfəngini təmiz saxla, atını da tumarla". Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən; Günəş yaydı şöləsini Vətənin göylərindən. Ana baxdı öz oğluna, su da səpdi dalınca… Şair qəlbi bu səhnədən ilhamını alınca: — Yaşa, — dedi, — ey qəhrəman! Yaşa, — dedi, — ey Vətən! Sonra şair dodaqları öpdü ana əlindən. </poem> [[Kateqoriya:1941-ci ilin şeirləri]] 5zh7n7d398hzy21ytz9zqmb8rp8iwzp Müəllif:Səməd Vurğun 102 13245 95588 95575 2026-04-16T05:40:59Z Araz Yaquboglu 734 /* Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 */ 95588 wikitext text/x-wiki {{Müəllif |ad = Səməd Vurğun |soyad = |baş hərf = V |doğum ili = 1906 |vəfat ili = 1956 |qeydlər = |şəkil = Samad Vurgun (1942).jpg |şəkil başlığı = |vikipediya_keçidi = Səməd Vurğun |vikisitat_keçidi = Səməd Vurğun |commons_keçidi = Category:Samad Vurgun }} == Məqalələri == *[[Səhvlərimiz haqqında]] == Tərcümələri == *[[Leyli və Məcnun (Nizami Gəncəvi)]] == Əsərləri == === Poemaları === * [[Komsomol poeması]] * [[26lar poeması]] *[[Azərbaycan (Səməd Vurğun)]] *[[Azərbaycan Sovet Sosialist Respublikası himni]] === Dramları === * [[Vaqif]] * [[Xanlar]] * [[Fərhad və Şirin]] * [[İnsan/Səməd Vurğun|İnsan]] ===Şeirləri=== * [[Azərbaycan (Səməd Vurğun)]] * [[Dağlar (Binələri çadır-çadır)]] == Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 == * [[Cavanlara xitab]] * [[Maydan]] * [[Göygöl (Səməd Vurğun)]] * [[Şikəstəyə məktub]] * [[Sızıltılarım]] * [[Tərlanım (Səməd Vurğun)]] * [[Bir gün məni lap boğurdu hicran]] * [[Şuşa (Səməd Vurğun)]] * [[Zeynal (Səməd Vurğun)]] * [[Çiçək (Səməd Vurğun)]] * [[Dan yıldızı]] * [[Bir qətrə yaş]] * [[Səyahət]] * [[Sorma aqil kimsələrdən, sorma heç dünya nədir]] * [[Dağlar (Səməd Vurğun)]] * [[]] * [[]] * [[]] <nowiki> {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh. }} <poem> </poem> [[Kateqoriya:XX əsrin şeirləri]] </nowiki> == Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 == * [[Aşıq qardaşıma]] * [[Karyerist]] * [[Çil toyuğun tək yumurtası]] * [[Xeyrə-şərə yaramaz]] * [[İncə xanım]] * [[Azərbaycan (Gəlin sizə bir-bir danışım)]] * [[Şadlıq]] * [[Bizim gəncliyə]] * [[Xəyal]] * [[Qızcığaz]] * [[Nizami (Səməd Vurğun)]] * [[Fitnə]] * [[Ürəyi xain adam]] * [[Ləzgi qızı]] * [[Sən utan]] * [[Samur çayı]] * [[Bir səs...]] * [[20 bahar]] * [[Ala gözlər]] * [[Təzə il]] * [[Şam]] * [[Ananın öyüdü]] * [[Şəfqət bacısı]] * [[Qızıl şahinlər]] * [[]] * [[]] * [[]] <nowiki> {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> </poem> [[Kateqoriya:XX əsrin şeirləri]] </nowiki> == Səməd Vurğuna məktublar == * [[İldırım təşkilatının Səməd Vurğuna məktubu]] [[Kateqoriya:Azərbaycan şairləri]] [[Kateqoriya:Azərbaycan tərcüməçiləri]] [[Kateqoriya:1906-cı ildə doğulanlar]] [[Kateqoriya:1956-cı ildə vəfat edənlər]] [[Kateqoriya:Tənqidçilər]] i3j87z8zit4xtjq34y5wyrlvhz65jak I İsmayılın Dizmar vilayətində ruhanilərin vergilərdən azad edilməsi haqqında hökmü 0 23076 95587 94944 2026-04-16T05:07:08Z ~2026-23452-47 12599 95587 wikitext text/x-wiki {{Başlıq | başlıq = I İsmayılın Dizmar vilayətində ruhanilərin vergilərdən azad edilməsi haqqında hökmü | müəllif = I Şah İsmayıl | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1502-ci ilin yanvar ayı | qeydlər = '''Mənbə:''' Azərbaycan tarixi üzrə qaynaqlar. Süleyman Əliyarlı. Bakı, 2007. səh 183-185. | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} Mehriban və bağışlayan Allahın adı ilə. Hökm Allahındır. Qalibiyyət atası şah İsmayıl Bahadur əl-Səfəvi sözümüz Dizmar vilayətinin divan istərinə vəzifədar olan və ən mühüm hökmranlıq vəzifələrini həyata keçirən əmirləri, hakimləri, darğaları, amilləri və mübaşirləri bilsinlər ki, [Quranda] dürr kimi düzülmüş - onlara deyin ki, sizdən, yaxın dostluqdan başqa heç bir sual etmir və heç bir mükafat istəmirik - sözünün tələb etdiyinə görə, böyük seyidləri möhkəmlətmək və himayə etmək ədalət şüarlı sultanlar və səma qüdrətli xaqanların vaciblər sırasında və zəruriyyət cümləsinde olan vəzifələrindəndir. Bu məsud saatlı vaxtlarda Şaha layiq sonsuz qayğı, şahlıq mərhəməti və mehribanlığı hörmət sahihləri olan əzəmətli və kəramətli seyyidlərin əhvalına şamil və arzularına öhdəçi olmuşdur. Peyğəmbərin - ona salam olsun - ən yaxşı övladının [hökmranlığı] günlərində əzəmətli seyyidlər və nəciblərin xəlifələri, Seyyid Ziyaəddin Rza, Seyyid Məhəmməd, Seyyid Cəfər, Seyyid Amir və qardaşlarına xeyirxahlıq niyyəti buyurub, onları malucəhət və divan hüququndan düşüncəli surətdə, bütünlüklə azad etdik və bağışladıq, vergilərdən və yazılı göstərişlərdən kənar edilməyə layiq buyurduq. Lazımdır hökmə müvafiq surətdə rəftar edərək malucəhat, ixracat, xariciyyət, hökmlü və hökmsüz ləvazirət adı ilə ələfə, ulufə, qonılqa, ulağ, ulam, bigar, şikar, tərh, dəstəndaz, əydi novruzi, zərparəyi pişkəş, savarı, çərik, ona yarım, məlikanə, mühəssilanə, yüzə dörd, sədrlik haqqı, vəzirlik haqqı, amillərin çalışma haqqı, darğalıq haqları, yetişdirilmiş məhsulun qiymətini müəyyənləşdirmək və torpaq sahəsini müəyyən etmək haqqı, vərilmiş vədi yerinə yetirmək haqqı, qala və keşikçixana ixracatı, yüzə bir, yüzə iki və malu-xaricə aid oluna biləsi diğər divan mükəlləfiyyətləri və şahlıq tələbatından hər ad və qayda ilə olursa-olsun, əziyyət verməsinlər və təcavüz etməsinlər. İstər azacıq, istərsə də çoxlu tamah və təvəqqə etməsinlər. Hökmü dəyişmək və əvəz etmək niyyətindən mühafızə olunan və qorunan hesab etsinlər. Ötən göstəriş və davam edən qanun mövcibincə bağışlanmış və azad olunmuş bilərək, heç bir həvalə və tələb etməsinlər. Qeyd olunanları əzizləməyi və hörmətləndirməyi lazım bilsinlər. Onların minnətdar və [ya] şikayətliliyinin təsirli olmasını bilsinlər. Mübarək fərmanın tələbatından yayınmasınlar. Həmin qayda ilə rəftar etsinlər və bu mövzular üçün hər il yeni qeyd və əmr tələb etməsinlər. [Hökm] bütün dünyanın tabe olduğu yüksək şöhrətli itaət olunmanın yüksək və kaşarlı möhürü ilə zinətləndikdə, aydınlaşdıqda və cilalandıqda, etimad etsinlər. Yüksəyin əmri ilə yazıldı, Yüksək Allah onu yüksəltsin, nüfuzunu əbədi etsin. O, yüksəyə tabeçiliyi və itaətkarlığı ötəri etməsin. 907-ci ilin cümada-as-sani ayının 25-də. [[Kateqoriya:Fərmanlar]] [[Kateqoriya:Hökmlər]] [[Kateqoriya:1502]] 4lmje3e3fi2fhu05rb5581gz24uzwy1 Füzuliyə bənzətmə ("Məndə ar olsaydı ölmək ixtiyar etməzmidim?") 0 30520 95586 87565 2026-04-16T04:49:05Z Abbaslı Nihad 11503 95586 wikitext text/x-wiki {{Başlıq | başlıq = Füzuliyə bənzətmə | müəllif = Mirzə Ələkbər Sabir | tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1906 | qeydlər = }} <poem> Məndə ar оlsaydı, ölmək ixtiyar еtməzmidim? Abrunun nоlduğun bilsəydim, ar еtməzmidim? Gər şüurum оlsa idi, dustü düşmən bilməyə, Şapşalı, Fəzlüllahı işdən kənar еtməzmidim? Anlasaydım Əsədin fikrin, Sipəhdarın işin, Оnları məqtuli-tiği-canşikar еtməzmidim? Xaki-İranın mənə bir guşəsin vеrsəydilər, Kəndimi Əbdülhəmidtək bəxtiyar еtməzmidim? Bilsə idim еl məni axir bеlə müflis qоvar, Var-yоxu dərcib еdib əvvəl fərar еtməzmidim? Mülki-İranın düşünsəydim əlimdən gеtməyin, Var ikən fürsət о mülkü tarümar еtməzmidim? Ah, оl dəm ki Təqizadə mənə əl vеrmədi, Mümkün оlsaydı, başın təndən kənar еtməzmidim? Qоy dеsinlər, Mə’dəli düşdü Adеs sövdasına, Məncili vеrsəydilər, оrda qərar еtməzmidim?.. </poem> * '''Mirzə Ələkbər Sabir. Hоphоpnamə. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2004, 233 səh. ''' [[Kateqoriya:Şeirlər]] agat8kp074qdpas7telqocadtoonvkw Şəfqət bacısı 0 33430 95590 2026-04-16T05:49:41Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95590 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1941, 24 iyun | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Gəl, ana yurdumun qızı, gəlini, İndi hünər vaxtı, qeyrət dəmidir. Sən də əsirgəmə kömək əlini, Hər sözün, söhbətin can məlhəmidir. Adın şərəflidir sənin, ey qadın! Dahilər anası çağrılır adın. Əlinlə qurduğun barlı bağçalar Tufanlar qopsa da saralıb-solmaz. Bizim bu yerlərdə bir məsəl də var: "Aslanın erkəyi, dişisi olmaz!" Cəbhələr çağırır… Gəl düşək yola. Zəfər bizimkidir, uğurlar ola!.. Əzəldən təmizdir, safdır ürəyin, Bir də şairanə təbiətin var. Həyat aşiqidir eşqin, diləyin, Dildə dastan olan məhəbbətin var. Var olsun cahanda eşqin, əməlin, Var olsun daim yaradan əlin! Gəl çıxaq cəbhəyə, əmr edir Vətən, Sən də bu meydanda kükrəyib çağla! Düşmənin gülləsi dəysə sinəmdən, Mehriban əlinlə yaramı bağla. Həyat verəcəkdir bizə dərmanın. Əlinlə yazılsın hökmü zamanın. Gəl, indi cəbhədə yoldaş olaq biz, Bir cüt aslan kimi vuruşaq qoşa; Zəfərlə qurtarsın mübarizəmiz, Sonra öz evində bəxtiyar yaşa. Vətənin gözləri indi bizdədir. Azadlıq çırağı əlimizdədir! Gəl, ay camalının saf şöləsindən Bir də işıqlansın sinəmdə ürək. Gəl, Vətən eşqinin yürüş səsindən Sel kimi kükrəyib hücuma keçək. Aşıb şiş dağlan, meşəlikləri Gündə bir zəfərlə gedək irəli. Gəl Qızıl Orduya! Sarıl bu günə! Parla yaz gününün səhəri kimi. Tutum üzəngini, qalx at üstünə, Sən Qaçaq Nəbinin Həcəri kimi. Hücuma keçdikcə nərə çəkib sən, Günəş nur tökəcək üstünə göydən. Əlinlə qurduğun barlı bağçalar Tufanlar qopsa da saralıb-solmaz. Bizim bu yerlərdə bir məsəl də var: "Aslanın erkəyi, dişisi olmaz!" Cəbhələr çağırır… Gəl düşək yola, Zəfər bizimkidir, uğurlar ola!.. </poem> [[Kateqoriya:1941-ci ilin şeirləri]] 030d0t5sfrv1hchx5xmm08pjse4tp2q 95591 95590 2026-04-16T05:50:29Z Araz Yaquboglu 734 [[Kateqoriya:İkinci Dünya müharibəsi haqqında əsərlər]] əlavə olundu [[VM:HC|HotCat]] 95591 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1941, 24 iyun | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Gəl, ana yurdumun qızı, gəlini, İndi hünər vaxtı, qeyrət dəmidir. Sən də əsirgəmə kömək əlini, Hər sözün, söhbətin can məlhəmidir. Adın şərəflidir sənin, ey qadın! Dahilər anası çağrılır adın. Əlinlə qurduğun barlı bağçalar Tufanlar qopsa da saralıb-solmaz. Bizim bu yerlərdə bir məsəl də var: "Aslanın erkəyi, dişisi olmaz!" Cəbhələr çağırır… Gəl düşək yola. Zəfər bizimkidir, uğurlar ola!.. Əzəldən təmizdir, safdır ürəyin, Bir də şairanə təbiətin var. Həyat aşiqidir eşqin, diləyin, Dildə dastan olan məhəbbətin var. Var olsun cahanda eşqin, əməlin, Var olsun daim yaradan əlin! Gəl çıxaq cəbhəyə, əmr edir Vətən, Sən də bu meydanda kükrəyib çağla! Düşmənin gülləsi dəysə sinəmdən, Mehriban əlinlə yaramı bağla. Həyat verəcəkdir bizə dərmanın. Əlinlə yazılsın hökmü zamanın. Gəl, indi cəbhədə yoldaş olaq biz, Bir cüt aslan kimi vuruşaq qoşa; Zəfərlə qurtarsın mübarizəmiz, Sonra öz evində bəxtiyar yaşa. Vətənin gözləri indi bizdədir. Azadlıq çırağı əlimizdədir! Gəl, ay camalının saf şöləsindən Bir də işıqlansın sinəmdə ürək. Gəl, Vətən eşqinin yürüş səsindən Sel kimi kükrəyib hücuma keçək. Aşıb şiş dağlan, meşəlikləri Gündə bir zəfərlə gedək irəli. Gəl Qızıl Orduya! Sarıl bu günə! Parla yaz gününün səhəri kimi. Tutum üzəngini, qalx at üstünə, Sən Qaçaq Nəbinin Həcəri kimi. Hücuma keçdikcə nərə çəkib sən, Günəş nur tökəcək üstünə göydən. Əlinlə qurduğun barlı bağçalar Tufanlar qopsa da saralıb-solmaz. Bizim bu yerlərdə bir məsəl də var: "Aslanın erkəyi, dişisi olmaz!" Cəbhələr çağırır… Gəl düşək yola, Zəfər bizimkidir, uğurlar ola!.. </poem> [[Kateqoriya:1941-ci ilin şeirləri]] [[Kateqoriya:İkinci Dünya müharibəsi haqqında əsərlər]] nofw2enc4rivc74cd8btqp46uo6ucel Kateqoriya:1910-cu illərdə musiqi 14 33431 95592 2026-04-16T05:51:17Z Araz Yaquboglu 734 Səhifə "{{Vikianbar kateqoriyası|1910s music}} [[Kateqoriya:1910-cu illər|Musiqi]] [[Kateqoriya:XX əsrdə musiqi]] [[Kateqoriya:Onilliklərə görə musiqi]]" məzmunu ilə yaradıldı 95592 wikitext text/x-wiki {{Vikianbar kateqoriyası|1910s music}} [[Kateqoriya:1910-cu illər|Musiqi]] [[Kateqoriya:XX əsrdə musiqi]] [[Kateqoriya:Onilliklərə görə musiqi]] teop1tpi0bpkjm5trh7od3she04dwqs