Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.46.0-wmf.24 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Müəllif:Səməd Vurğun 102 13245 95595 95588 2026-04-17T06:05:46Z Araz Yaquboglu 734 /* Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 */ 95595 wikitext text/x-wiki {{Müəllif |ad = Səməd Vurğun |soyad = |baş hərf = V |doğum ili = 1906 |vəfat ili = 1956 |qeydlər = |şəkil = Samad Vurgun (1942).jpg |şəkil başlığı = |vikipediya_keçidi = Səməd Vurğun |vikisitat_keçidi = Səməd Vurğun |commons_keçidi = Category:Samad Vurgun }} == Məqalələri == *[[Səhvlərimiz haqqında]] == Tərcümələri == *[[Leyli və Məcnun (Nizami Gəncəvi)]] == Əsərləri == === Poemaları === * [[Komsomol poeması]] * [[26lar poeması]] *[[Azərbaycan (Səməd Vurğun)]] *[[Azərbaycan Sovet Sosialist Respublikası himni]] === Dramları === * [[Vaqif]] * [[Xanlar]] * [[Fərhad və Şirin]] * [[İnsan/Səməd Vurğun|İnsan]] ===Şeirləri=== * [[Azərbaycan (Səməd Vurğun)]] * [[Dağlar (Binələri çadır-çadır)]] == Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 == * [[Cavanlara xitab]] * [[Maydan]] * [[Göygöl (Səməd Vurğun)]] * [[Şikəstəyə məktub]] * [[Sızıltılarım]] * [[Tərlanım (Səməd Vurğun)]] * [[Bir gün məni lap boğurdu hicran]] * [[Şuşa (Səməd Vurğun)]] * [[Zeynal (Səməd Vurğun)]] * [[Çiçək (Səməd Vurğun)]] * [[Dan yıldızı]] * [[Bir qətrə yaş]] * [[Səyahət]] * [[Sorma aqil kimsələrdən, sorma heç dünya nədir]] * [[Dağlar (Səməd Vurğun)]] * [[]] * [[]] * [[]] <nowiki> {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh. }} <poem> </poem> [[Kateqoriya:XX əsrin şeirləri]] </nowiki> == Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 == * [[Aşıq qardaşıma]] * [[Karyerist]] * [[Çil toyuğun tək yumurtası]] * [[Xeyrə-şərə yaramaz]] * [[İncə xanım]] * [[Azərbaycan (Gəlin sizə bir-bir danışım)]] * [[Şadlıq]] * [[Bizim gəncliyə]] * [[Xəyal]] * [[Qızcığaz]] * [[Nizami (Səməd Vurğun)]] * [[Fitnə]] * [[Ürəyi xain adam]] * [[Ləzgi qızı]] * [[Sən utan]] * [[Samur çayı]] * [[Bir səs...]] * [[20 bahar]] * [[Ala gözlər]] * [[Təzə il]] * [[Şam]] * [[Ananın öyüdü]] * [[Şəfqət bacısı]] * [[Qızıl şahinlər]] * [[Qoca qəhrəmanın çıxışı]] * [[Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdır]] * [[Tarla nəğməsi]] * [[]] * [[]] * [[]] <nowiki> {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> </poem> [[Kateqoriya:XX əsrin şeirləri]] </nowiki> == Səməd Vurğuna məktublar == * [[İldırım təşkilatının Səməd Vurğuna məktubu]] [[Kateqoriya:Azərbaycan şairləri]] [[Kateqoriya:Azərbaycan tərcüməçiləri]] [[Kateqoriya:1906-cı ildə doğulanlar]] [[Kateqoriya:1956-cı ildə vəfat edənlər]] [[Kateqoriya:Tənqidçilər]] qhsnftbv5et06qzgjlkjjpvvqmczpne Şəfqət bacısı 0 33430 95602 95591 2026-04-17T09:19:11Z Araz Yaquboglu 734 [[Kateqoriya:Tibb bacıları]] əlavə olundu [[VM:HC|HotCat]] 95602 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1941, 24 iyun | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Gəl, ana yurdumun qızı, gəlini, İndi hünər vaxtı, qeyrət dəmidir. Sən də əsirgəmə kömək əlini, Hər sözün, söhbətin can məlhəmidir. Adın şərəflidir sənin, ey qadın! Dahilər anası çağrılır adın. Əlinlə qurduğun barlı bağçalar Tufanlar qopsa da saralıb-solmaz. Bizim bu yerlərdə bir məsəl də var: "Aslanın erkəyi, dişisi olmaz!" Cəbhələr çağırır… Gəl düşək yola. Zəfər bizimkidir, uğurlar ola!.. Əzəldən təmizdir, safdır ürəyin, Bir də şairanə təbiətin var. Həyat aşiqidir eşqin, diləyin, Dildə dastan olan məhəbbətin var. Var olsun cahanda eşqin, əməlin, Var olsun daim yaradan əlin! Gəl çıxaq cəbhəyə, əmr edir Vətən, Sən də bu meydanda kükrəyib çağla! Düşmənin gülləsi dəysə sinəmdən, Mehriban əlinlə yaramı bağla. Həyat verəcəkdir bizə dərmanın. Əlinlə yazılsın hökmü zamanın. Gəl, indi cəbhədə yoldaş olaq biz, Bir cüt aslan kimi vuruşaq qoşa; Zəfərlə qurtarsın mübarizəmiz, Sonra öz evində bəxtiyar yaşa. Vətənin gözləri indi bizdədir. Azadlıq çırağı əlimizdədir! Gəl, ay camalının saf şöləsindən Bir də işıqlansın sinəmdə ürək. Gəl, Vətən eşqinin yürüş səsindən Sel kimi kükrəyib hücuma keçək. Aşıb şiş dağlan, meşəlikləri Gündə bir zəfərlə gedək irəli. Gəl Qızıl Orduya! Sarıl bu günə! Parla yaz gününün səhəri kimi. Tutum üzəngini, qalx at üstünə, Sən Qaçaq Nəbinin Həcəri kimi. Hücuma keçdikcə nərə çəkib sən, Günəş nur tökəcək üstünə göydən. Əlinlə qurduğun barlı bağçalar Tufanlar qopsa da saralıb-solmaz. Bizim bu yerlərdə bir məsəl də var: "Aslanın erkəyi, dişisi olmaz!" Cəbhələr çağırır… Gəl düşək yola, Zəfər bizimkidir, uğurlar ola!.. </poem> [[Kateqoriya:1941-ci ilin şeirləri]] [[Kateqoriya:İkinci Dünya müharibəsi haqqında əsərlər]] [[Kateqoriya:Tibb bacıları]] g7cyysbestdbf3fk6xf3dzlzxqzbzyv Qızıl şahinlər 0 33432 95593 2026-04-17T05:47:28Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95593 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1941, 25 iyun | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Tərlan kimi qıy vuraraq buludlardan-buludlara, Uçub gedir şahinlərim dumanları yara-yara. Göyün qəlbi titrədikcə propellerin nərəsindən, Ana torpaq qüvvət alır igidlərin mərd səsindən. Açır qızıl şahinlərim göy üzündə qanadını, Yazır mavi üfüqlərə ana yurdun mərd adını. Qızıl pilot yaxşı bilir indi zaman nə zamandır, İndi tarix göstərəcək hansı oğul qəhrəmandır. Uçun, qızıl şahinlərim! Siz uçduqca hey ucalın, Quzğunların qanadını bir vuruşda yerə salın! Uçun, qızıl şahinlərim! Göylər olsun məskəniniz! Arxanızca göz dikmişdir sizin böyük Vətəniniz. Uçun düşmən torpağına, şəfəq kimi axın, keçin. Buludlardan-buludlara şimşək kimi çaxın, keçin! Qoy boğulsun göy üzündə düşmənlərin təyyarəsi, Quduz dişli Hitlerin də öz içində batsın səsi. Aslanların, pələnglərin ovlağıdır mənim yurdum. Ana Vətən, döşlərindən süd əmmişdir Qızıl Ordum. Gəlmə mənim göylərimə, qara bulud, çəkil geri! Qaniçici faşistlərin məzarlıqdır yalnız yeri. Yaxın gəlmə, qarı düşmən! Döyüşlərdə boy atdım mən. Ayaq basma torpağıma, od parıldar nəfəsimdən. Uçun, qızıl şahinlərim! Göylər olsun məskəniniz! Arxanızca göz dikmişdir sizin böyük Vətəniniz!.. </poem> [[Kateqoriya:XX əsrin şeirləri]] mlq2z9oky3wcsdinrsbj0ajl242cyww 95594 95593 2026-04-17T05:47:42Z Araz Yaquboglu 734 [[Kateqoriya:XX əsrin şeirləri]] silindi; [[Kateqoriya:1941-ci ilin şeirləri]] əlavə olundu [[VM:HC|HotCat]] 95594 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1941, 25 iyun | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Tərlan kimi qıy vuraraq buludlardan-buludlara, Uçub gedir şahinlərim dumanları yara-yara. Göyün qəlbi titrədikcə propellerin nərəsindən, Ana torpaq qüvvət alır igidlərin mərd səsindən. Açır qızıl şahinlərim göy üzündə qanadını, Yazır mavi üfüqlərə ana yurdun mərd adını. Qızıl pilot yaxşı bilir indi zaman nə zamandır, İndi tarix göstərəcək hansı oğul qəhrəmandır. Uçun, qızıl şahinlərim! Siz uçduqca hey ucalın, Quzğunların qanadını bir vuruşda yerə salın! Uçun, qızıl şahinlərim! Göylər olsun məskəniniz! Arxanızca göz dikmişdir sizin böyük Vətəniniz. Uçun düşmən torpağına, şəfəq kimi axın, keçin. Buludlardan-buludlara şimşək kimi çaxın, keçin! Qoy boğulsun göy üzündə düşmənlərin təyyarəsi, Quduz dişli Hitlerin də öz içində batsın səsi. Aslanların, pələnglərin ovlağıdır mənim yurdum. Ana Vətən, döşlərindən süd əmmişdir Qızıl Ordum. Gəlmə mənim göylərimə, qara bulud, çəkil geri! Qaniçici faşistlərin məzarlıqdır yalnız yeri. Yaxın gəlmə, qarı düşmən! Döyüşlərdə boy atdım mən. Ayaq basma torpağıma, od parıldar nəfəsimdən. Uçun, qızıl şahinlərim! Göylər olsun məskəniniz! Arxanızca göz dikmişdir sizin böyük Vətəniniz!.. </poem> [[Kateqoriya:1941-ci ilin şeirləri]] 1ylimvfn0oi0sv7tlo0tpjotxou1sxl Qoca qəhrəmanın çıxışı 0 33433 95596 2026-04-17T06:16:02Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95596 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1941, 26 iyun | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Bir şir kimi sinə gərdi o danışıq kürsüsünə, Bütün salon qulaq asdı bu qocanın gur səsinə. Dedi: "Yaşım ötsə belə, qulaq verin, söz mənimdir. Könlüm kimi qocalmayan al bayraqlı Vətənimdir. Deyirlər ki, casus girmiş Sovetlərin sərhəddinə, Deyirlər ki, o quldurlar öz həddini azmış yenə. Hər bir igid hazırlasın tüfəngini, yarağını, Mən dünəndən, doldurmuşam patronumun darağını. Görürsünüz tək əlliyəm, mənim bircə qolum vardır, Bu, vətəndaş hərbindəki gəncliyimdən yadigardır. Oğlum bu gün cəbhədədir nərə çəkir bir nər kimi, Mənim gənclik illərimdə göstərdiyim hünər kimi. Gözlərim də uzaq görür bir alıcı tərlan kimi, Döyüşməyə qüdrətim var cəbhələrdə aslan kimi. Yad əllərə vermərəm mən dəzgahımı, zindanımı, Lazım gəlsə bu uğurda verəcəyəm öz qanımı. Bir əllə də qılınc vurmaq mənim köhnə adətimdir, Buna şahid, qocalsam da, bükülməyən qamətimdir". O dedikcə bu sözləri od parladı gözlərindən, Həyəcandan tutularaq, nəfəs aldı o dərindən. Lakin onun ürəyini tamam dedi baxışları. Var ol! — dedi bu qocaya izdihamın alqışlan. Divarları titrədirdi birdən qopan "ura!" səsi, Nə gözəldir bu dünyada həqiqətin mənzərəsi. Nə gözəldir igid ölmək, mərd yaşamaq bu dünyada. Axar çaylar quruyaraq, dənizlər də getsə bada Ölüb getməz tarixlərdən göstərilən böyük hünər, O hünəri öz alnına ulduzlarla yazar göylər. </poem> [[Kateqoriya:1941-ci ilin şeirləri]] pgm72hurldjtcxrknuasb5b78bkafsi Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdır 0 33434 95597 2026-04-17T07:08:37Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95597 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1941, 29 iyun | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Avropanın küçələri qaranlıqdır yerdən göyə, Aclıq yağır baxışlardan, insanların batmış ordu. Qara geymiş başdan-başa polyakların ana yurdu, Hitler ona kəfən biçir "Sənin haqqın budur!" — deyə; Avropanın küçələri qaranlıqdır yerdən göyə. : Nə gündədir, görün polyak! : Sən zamanın hökmünə bax! : Fəqət tarix deyir bizə: : "İnsan bir qul olmayacaq!" Çex də görür taleyini — vətənində qul olmuşdur, Hər meydanda, meydançada dar ağacı qurulmuşdur. Hitler özü avtorudur qaniçici fərmanların, Qurşun tökür boğazına haqq danışan insanlann. : Hər tərəfdə aclıq, ölüm… : Ərşə çıxmış yenə zülüm. Yaman əsir Avropada ölümlərin pis ruzgarı; Ot otlayır, sümük yeyir orda insan övladları. Quşlar belə ürküb qaçır orda cəmdək qoxusundan, Ac topların nərəsindən torpaq qalxır yuxusundan, Döyür hər gün qapıları min ölümün qanlı əli, Qıfıllanır hər könüldə insanlığın pak əməli. Ayaqlarda tapdalanır hər igidin mərd vüqarı. Təpiklərdə uçub gedir mədəniyyət sarayları. İnsan ölür… ev bağlanır… tarla yanır… ocaq sönür, Sıx meşələr od tutaraq, qayalıqlar külə dönür. Yanğın qopur üfüqlərdə, dənizlərdə, adalarda, Körpələrin meyidləri kabab olur cidalarda… Yaxşı baxın, nəzər salın Bolqarıstan gözəlinə, Azadlığın bayrağını o da almış öz əlinə. Deyir: "Mənəm bolqar qızı, Bolqarıstan vətənimdir. Mədən mənim, torpaq mənim, qüvvət mənim, söz mənimdir. Mənim gözəl torpağıma qoy gəlməsin qəsbkarlar. Həг ananın ürəyində min aslanın qüvvəti var" Deyir: "Yaşıl tarlamızı düşmən əli qoy biçməsin, Mənim axar çaylarımdan alman atı su içməsin! Gəlin, dedi bolqar qızı, — bir son qoyaq biz bu dərdə", Odur, alman generalı murdar oldu təpiklərdə. Qılınc taxıb, silah tutub, min qəzəblə gəldi hamı, Axıb gəldi sellər kimi küçələrin izdihamı. Ac qalanlar göstərərək öz əlinin qabannı, Hər tərəfdən dağıtdılar bağlı taxıl anbarını; O yandan da məqam güdür talan olmuş fransızlar, Silah tutan mərd oğullar, dul gəlinlər, yaslı qızlar. Öz kinini dişlərilə kilidləmiş böyük torpaq Faşistlərin pəncəsində bir qul kimi qalmayacaq. Marat qalxıb məzarından soran zaman: "Hanı vətən?" Aslan kimi tərpənəcək hər fransız öz yerindən. Yerin qəlbi titrədikcə gecə-gündüz top səsindən Dənizlər də coşacaqdır igidlərin nərəsindən. Al bayraqlı kommunarlar keçəcəkdir dəstə-dəstə, Qadınlar da eyvanlardan gül səpəcək yollar üstə. Demək, tarix əyə bilməz cəlladlara öz başını, Qoca dünya tez qucaqlar öz ədalət qardaşını… </poem> [[Kateqoriya:1941-ci ilin şeirləri]] llvglan0e211loyitbhdu8nridq8l44 95598 95597 2026-04-17T07:08:56Z Araz Yaquboglu 734 [[Kateqoriya:İkinci Dünya müharibəsi haqqında əsərlər]] əlavə olundu [[VM:HC|HotCat]] 95598 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1941, 29 iyun | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Avropanın küçələri qaranlıqdır yerdən göyə, Aclıq yağır baxışlardan, insanların batmış ordu. Qara geymiş başdan-başa polyakların ana yurdu, Hitler ona kəfən biçir "Sənin haqqın budur!" — deyə; Avropanın küçələri qaranlıqdır yerdən göyə. : Nə gündədir, görün polyak! : Sən zamanın hökmünə bax! : Fəqət tarix deyir bizə: : "İnsan bir qul olmayacaq!" Çex də görür taleyini — vətənində qul olmuşdur, Hər meydanda, meydançada dar ağacı qurulmuşdur. Hitler özü avtorudur qaniçici fərmanların, Qurşun tökür boğazına haqq danışan insanlann. : Hər tərəfdə aclıq, ölüm… : Ərşə çıxmış yenə zülüm. Yaman əsir Avropada ölümlərin pis ruzgarı; Ot otlayır, sümük yeyir orda insan övladları. Quşlar belə ürküb qaçır orda cəmdək qoxusundan, Ac topların nərəsindən torpaq qalxır yuxusundan, Döyür hər gün qapıları min ölümün qanlı əli, Qıfıllanır hər könüldə insanlığın pak əməli. Ayaqlarda tapdalanır hər igidin mərd vüqarı. Təpiklərdə uçub gedir mədəniyyət sarayları. İnsan ölür… ev bağlanır… tarla yanır… ocaq sönür, Sıx meşələr od tutaraq, qayalıqlar külə dönür. Yanğın qopur üfüqlərdə, dənizlərdə, adalarda, Körpələrin meyidləri kabab olur cidalarda… Yaxşı baxın, nəzər salın Bolqarıstan gözəlinə, Azadlığın bayrağını o da almış öz əlinə. Deyir: "Mənəm bolqar qızı, Bolqarıstan vətənimdir. Mədən mənim, torpaq mənim, qüvvət mənim, söz mənimdir. Mənim gözəl torpağıma qoy gəlməsin qəsbkarlar. Həг ananın ürəyində min aslanın qüvvəti var" Deyir: "Yaşıl tarlamızı düşmən əli qoy biçməsin, Mənim axar çaylarımdan alman atı su içməsin! Gəlin, dedi bolqar qızı, — bir son qoyaq biz bu dərdə", Odur, alman generalı murdar oldu təpiklərdə. Qılınc taxıb, silah tutub, min qəzəblə gəldi hamı, Axıb gəldi sellər kimi küçələrin izdihamı. Ac qalanlar göstərərək öz əlinin qabannı, Hər tərəfdən dağıtdılar bağlı taxıl anbarını; O yandan da məqam güdür talan olmuş fransızlar, Silah tutan mərd oğullar, dul gəlinlər, yaslı qızlar. Öz kinini dişlərilə kilidləmiş böyük torpaq Faşistlərin pəncəsində bir qul kimi qalmayacaq. Marat qalxıb məzarından soran zaman: "Hanı vətən?" Aslan kimi tərpənəcək hər fransız öz yerindən. Yerin qəlbi titrədikcə gecə-gündüz top səsindən Dənizlər də coşacaqdır igidlərin nərəsindən. Al bayraqlı kommunarlar keçəcəkdir dəstə-dəstə, Qadınlar da eyvanlardan gül səpəcək yollar üstə. Demək, tarix əyə bilməz cəlladlara öz başını, Qoca dünya tez qucaqlar öz ədalət qardaşını… </poem> [[Kateqoriya:1941-ci ilin şeirləri]] [[Kateqoriya:İkinci Dünya müharibəsi haqqında əsərlər]] nppgarp5c1il5k8i1qcyye70jmmjt38 Tarla nəğməsi 0 33435 95599 2026-04-17T07:11:18Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95599 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1941 | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Üfüqlər qızarıb, güləndə səhər, Bülbül öpə-öpə oyatsın gülü. Çirməyib qolunu qızlar, gəlinlər, Yığsın qucağına sarı sünbülü. Torpağa düşməsin havayı bir dən, — Çörək bol olarsa, basılmaz Vətən! Muğan səhraları bir tamaşadır, Buğda zəmiləri qoşa-qoşadır. Hər insan oğlunu çörək yaşadır. Bol taxıl becərsə ana yurdumuz, Tüfəngi bərk tutar Qızıl Ordumuz. Tökülsün xırmana çöllərin varı, "Boşaldım" deməsin elin anban. Bu gün əsgər düşən mərd oğulları, Gəlin, duz-çörəklə yola salaq biz, Dildən-dilə düşsün tarla nəğməmiz. Üfüqlər qızarıb, güləndə səhər, Bülbül öpə-öpə oyatsın gülü. Çirməyib qolunu qızlar, gəlinlər, Yığsın qucağına sarı sünbülü. Torpağa düşməsin havayı bir dən, — Çörək bol olarsa, basılmaz Vətən! </poem> [[Kateqoriya:1941-ci ilin şeirləri]] 0p0szs7nc8d4tfk13sg8a7otu7ra4ic 95600 95599 2026-04-17T07:12:10Z Araz Yaquboglu 734 [[Kateqoriya:Buğda]] əlavə olundu [[VM:HC|HotCat]] 95600 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1941 | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Üfüqlər qızarıb, güləndə səhər, Bülbül öpə-öpə oyatsın gülü. Çirməyib qolunu qızlar, gəlinlər, Yığsın qucağına sarı sünbülü. Torpağa düşməsin havayı bir dən, — Çörək bol olarsa, basılmaz Vətən! Muğan səhraları bir tamaşadır, Buğda zəmiləri qoşa-qoşadır. Hər insan oğlunu çörək yaşadır. Bol taxıl becərsə ana yurdumuz, Tüfəngi bərk tutar Qızıl Ordumuz. Tökülsün xırmana çöllərin varı, "Boşaldım" deməsin elin anban. Bu gün əsgər düşən mərd oğulları, Gəlin, duz-çörəklə yola salaq biz, Dildən-dilə düşsün tarla nəğməmiz. Üfüqlər qızarıb, güləndə səhər, Bülbül öpə-öpə oyatsın gülü. Çirməyib qolunu qızlar, gəlinlər, Yığsın qucağına sarı sünbülü. Torpağa düşməsin havayı bir dən, — Çörək bol olarsa, basılmaz Vətən! </poem> [[Kateqoriya:1941-ci ilin şeirləri]] [[Kateqoriya:Buğda]] 3pusi2yqdp3ttk68wgwge7rv1f882hw Kateqoriya:1910-cu illərin musiqi əsərləri 14 33436 95601 2026-04-17T07:13:19Z Araz Yaquboglu 734 Səhifə "[[Kateqoriya:1910-cu illərdə musiqi|Əsərlər]] [[Kateqoriya:1910-cu illərin əsərləri|Musiqi]] [[Kateqoriya:XX əsrin musiqi əsərləri]] [[Kateqoriya:Onilliklərinə görə musiqi əsərləri]]" məzmunu ilə yaradıldı 95601 wikitext text/x-wiki [[Kateqoriya:1910-cu illərdə musiqi|Əsərlər]] [[Kateqoriya:1910-cu illərin əsərləri|Musiqi]] [[Kateqoriya:XX əsrin musiqi əsərləri]] [[Kateqoriya:Onilliklərinə görə musiqi əsərləri]] p9wf7lel6o4jk6ihbdnb4ia316ois24 Kateqoriya:Tibb bacıları 14 33437 95603 2026-04-17T09:19:30Z Araz Yaquboglu 734 Səhifə "{{Vikianbar kateqoriyası|Nurses}} [[Kateqoriya:Peşələrinə görə şəxslər]] [[Kateqoriya:Sağlamlıq sahəsində çalışan insanlar]] [[Kateqoriya:Qadın həkimlər]]" məzmunu ilə yaradıldı 95603 wikitext text/x-wiki {{Vikianbar kateqoriyası|Nurses}} [[Kateqoriya:Peşələrinə görə şəxslər]] [[Kateqoriya:Sağlamlıq sahəsində çalışan insanlar]] [[Kateqoriya:Qadın həkimlər]] femro2tx1zq6abzobxf19yvk0jz8c2w