Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.46.0-wmf.24
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Müəllif:Səməd Vurğun
102
13245
95610
95604
2026-04-20T05:21:23Z
Araz Yaquboglu
734
/* Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 */
95610
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Səməd Vurğun
|soyad =
|baş hərf = V
|doğum ili = 1906
|vəfat ili = 1956
|qeydlər =
|şəkil = Samad Vurgun (1942).jpg
|şəkil başlığı =
|vikipediya_keçidi = Səməd Vurğun
|vikisitat_keçidi = Səməd Vurğun
|commons_keçidi = Category:Samad Vurgun
}}
== Məqalələri ==
*[[Səhvlərimiz haqqında]]
== Tərcümələri ==
*[[Leyli və Məcnun (Nizami Gəncəvi)]]
== Əsərləri ==
=== Poemaları ===
* [[Komsomol poeması]]
* [[26lar poeması]]
*[[Azərbaycan (Səməd Vurğun)]]
*[[Azərbaycan Sovet Sosialist Respublikası himni]]
=== Dramları ===
* [[Vaqif]]
* [[Xanlar]]
* [[Fərhad və Şirin]]
* [[İnsan/Səməd Vurğun|İnsan]]
===Şeirləri===
* [[Azərbaycan (Səməd Vurğun)]]
* [[Dağlar (Binələri çadır-çadır)]]
== Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 ==
* [[Cavanlara xitab]]
* [[Maydan]]
* [[Göygöl (Səməd Vurğun)]]
* [[Şikəstəyə məktub]]
* [[Sızıltılarım]]
* [[Tərlanım (Səməd Vurğun)]]
* [[Bir gün məni lap boğurdu hicran]]
* [[Şuşa (Səməd Vurğun)]]
* [[Zeynal (Səməd Vurğun)]]
* [[Çiçək (Səməd Vurğun)]]
* [[Dan yıldızı]]
* [[Bir qətrə yaş]]
* [[Səyahət]]
* [[Sorma aqil kimsələrdən, sorma heç dünya nədir]]
* [[Dağlar (Səməd Vurğun)]]
* [[]]
* [[]]
* [[]]
<nowiki>
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh.
}}
<poem>
</poem>
[[Kateqoriya:XX əsrin şeirləri]]
</nowiki>
== Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 ==
* [[Aşıq qardaşıma]]
* [[Karyerist]]
* [[Çil toyuğun tək yumurtası]]
* [[Xeyrə-şərə yaramaz]]
* [[İncə xanım]]
* [[Azərbaycan (Gəlin sizə bir-bir danışım)]]
* [[Şadlıq]]
* [[Bizim gəncliyə]]
* [[Xəyal]]
* [[Qızcığaz]]
* [[Nizami (Səməd Vurğun)]]
* [[Fitnə]]
* [[Ürəyi xain adam]]
* [[Ləzgi qızı]]
* [[Sən utan]]
* [[Samur çayı]]
* [[Bir səs...]]
* [[20 bahar]]
* [[Ala gözlər]]
* [[Təzə il]]
* [[Şam]]
* [[Ananın öyüdü]]
* [[Şəfqət bacısı]]
* [[Qızıl şahinlər]]
* [[Qoca qəhrəmanın çıxışı]]
* [[Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdır]]
* [[Tarla nəğməsi]]
* [[Mıs-mıs]]
* [[Qəhrəmanın hünəri]]
* [[Sənəm qarının pıçıltıları]]
* [[Uşaq bağçası]]
* [[İgid şahin]]
* [[Məhəbbət (Səməd Vurğun)]]
* [[]]
* [[]]
* [[]]
<nowiki>
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
</poem>
[[Kateqoriya:XX əsrin şeirləri]]
</nowiki>
== Səməd Vurğuna məktublar ==
* [[İldırım təşkilatının Səməd Vurğuna məktubu]]
[[Kateqoriya:Azərbaycan şairləri]]
[[Kateqoriya:Azərbaycan tərcüməçiləri]]
[[Kateqoriya:1906-cı ildə doğulanlar]]
[[Kateqoriya:1956-cı ildə vəfat edənlər]]
[[Kateqoriya:Tənqidçilər]]
22mlzw10wrfr9pxkqdtz7eevehaqwt8
Məhəbbət (Mikayıl Müşfiq)
0
17671
95615
89125
2026-04-20T05:38:29Z
Araz Yaquboglu
734
Araz Yaquboglu [[Məhəbbət]] səhifəsinin adını [[Məhəbbət (Mikayıl Müşfiq)]] olaraq dəyişdi
89125
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Məhəbbət
| müəllif = Mikayıl Müşfiq
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>
Mən ki bilməz idim nədir məhəbbət,
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıxarıb oynatmadınmı?
Mən ki nəğmə deyib bənövşələrdən
Peşəm zövq almaqdı bir şux dilbərdən,
Məndən uzaq gəzib, dolanıb hərdən,
Qəlbimi sıxmağa can atmadınmı?!
Min hicran könlümü alanda ələ,
Zərrəcə halıma yanmadın belə.
Müşfiqin qəlbini tez alıb ələ
Onu röyalardan oyatmadınmı?!
</poem>
[[Kateqoriya:Şeirlər]]
[[Kateqoriya:Məhəbbət fəlsəfəsi]]
qito2i4iwiobo2zubbyajz8xqs9xna7
Müəllif:Hacı Kərim Sanılı
102
24353
95623
64279
2026-04-20T06:36:54Z
Rəcəb Yaxşı
5409
95623
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Hacı Kərim Sanılı
|soyad =
|baş hərf = K
|doğum ili = 1878
|vəfat ili = 1937
|qeydlər =
|şəkil =
|şəkil başlığı =
|vikipediya_keçidi = Hacı Kərim Sanılı
|vikisitat_keçidi =
|commons_keçidi =
}}
* [[Aran köçü]]
* [[Əvvəl Allah]]
* [[Qoyun yuyulma]]
* [[Uca dağlar]]
[[Kateqoriya:1878-ci ildə doğulanlar]]
[[Kateqoriya:1937-ci ildə doğulanlar]]
[[Kateqoriya:Azərbaycan şairləri]]
[[Kateqoriya:Azərbaycanlı şairlər]]
[[Kateqoriya:Repressiya qurbanları]]
pyts425iopj76w1gnyty3yunso8k0eh
Ayrılmam
0
33319
95619
95298
2026-04-20T06:26:40Z
Rəcəb Yaxşı
5409
95619
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Ayrılmam
| müəllif = Əli Yusif
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1923
| qeydlər =
| mənbə = Maarif və mədəniyyət, 1923, №3.
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Qayalar bir birindən ayrılsa,
Kürələr məhvərindən ayrılsa,
Bütün əşya yerindən ayrılsa,
Mən o dilbər məkandan ayrılmam!
Şanə tökdükcə tellər, ayrılınız!
Coşunuz, sellər, siz də sellər, ayrılınız!
Solunuz, cümlə güllər, ayrılınız!
Mən o solğun çiçəkdən ayrılmam!
Sellər alıb həp çiçəklər olsa xəzəl,
Yenə sönməz könüldə eşqi-əməl,
Bəni istərsə sevməsin o gözəl,
Mən ki, sevdim deməkdən ayrılmam.
</poem>
[[Kateqoriya:1923-cü ilin şeirləri]]
hrzn49liq7as0vl9efy5sum5x4kq3ig
Kateqoriya:1919-cu ildə musiqi
14
33442
95609
2026-04-20T05:17:41Z
Araz Yaquboglu
734
Səhifə "{{Vikianbar kateqoriyası|Music in 1919}} [[Kateqoriya:1919-cu ildə incəsənət|Musiqi]] [[Kateqoriya:İllərinə görə musiqi]] [[Kateqoriya:1910-cu illərdə musiqi]]" məzmunu ilə yaradıldı
95609
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|Music in 1919}}
[[Kateqoriya:1919-cu ildə incəsənət|Musiqi]]
[[Kateqoriya:İllərinə görə musiqi]]
[[Kateqoriya:1910-cu illərdə musiqi]]
p2s4ymk1x9zd1t7hubwc2ruik90worx
Uşaq bağçası
0
33443
95611
2026-04-20T05:25:41Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95611
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1941, 16 iyul
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
Yenə də al geyib qızarır göylər,
Əsir sərin-sərin dəniz küləyi,
Açır gözlərini yuxudan səhər.
Xoşdur təbiətin fikri, diləyi,
Əsir sərin-sərin dəniz küləyi…
Suyun sahilində bir bağçacıq var,
Çiçəkli, yarpaqlı, sarmaşıqlıdır.
Quş kimi dil açmış burda uşaqlar,
Bu bağça nə qədər yaraşıqlıdır,
Çiçəkli, yarpaqlı, sarmaşıqlıdır.
Sahili döydükcə bəzən ləpələr,
Şairin xəyalı uçub yüksələr.
Dənizin seyrinə çıxır körpələr,
Elə bil ulduzlar salama gəlir…
Şairin xəyalı uçub yüksəlir…
Burda dəstə-dəstə gəzən balalar
Əl-ələ tutuşub yallı gedirlər.
Çalır orkestro… Onun qəlbi var,
Verir körpələrə dünyadan xəbər,
Əl-ələ tutuşub yallı gedirlər.
Günəşli gündüzlər nəslidir bunlar,
Gözləri açıqdır, üzləri şaddır.
Bu gün hünər dərsi verir oyunlar.
Bizim körpələrin qəlbi azaddır;
Gözləri açıqdır, üzləri şaddır.
Siz ey cəbhələrdə vuruşan ərlər!
Günəşdən yarandı bizim nəslimiz.
Arxasız deyildir sizin körpələr.
Sinəmiz üstündə saxlayırıq biz;
Günəşdən yarandı bizim nəslimiz.
Burda bu bağçada hor oğlan, hər qız,
Böyüyüb bir igid, bir ər olacaq.
Onların nəsibi həyatdır yalnız,
Onların ilk dərsi hünər olacaq,
Hər biri bir igid, bir ər olacaq.
Gəlin, balalarım, öpüm sizi mən,
Bir duman görməsin xoş sifətiniz.
Oxuyun, zövq alın mənim şerimdən,
Var olsun qəlbiniz, məhəbbətiniz,
Bir duman görməsin xoş sifətiniz!..
</poem>
[[Kateqoriya:1941-ci ilin şeirləri]]
74aumo0viuqevpgkpfez9bhcvyw726j
95612
95611
2026-04-20T05:27:11Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Uşaqlar haqqında əsərlər]] əlavə olundu [[VM:HC|HotCat]]
95612
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1941, 16 iyul
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
Yenə də al geyib qızarır göylər,
Əsir sərin-sərin dəniz küləyi,
Açır gözlərini yuxudan səhər.
Xoşdur təbiətin fikri, diləyi,
Əsir sərin-sərin dəniz küləyi…
Suyun sahilində bir bağçacıq var,
Çiçəkli, yarpaqlı, sarmaşıqlıdır.
Quş kimi dil açmış burda uşaqlar,
Bu bağça nə qədər yaraşıqlıdır,
Çiçəkli, yarpaqlı, sarmaşıqlıdır.
Sahili döydükcə bəzən ləpələr,
Şairin xəyalı uçub yüksələr.
Dənizin seyrinə çıxır körpələr,
Elə bil ulduzlar salama gəlir…
Şairin xəyalı uçub yüksəlir…
Burda dəstə-dəstə gəzən balalar
Əl-ələ tutuşub yallı gedirlər.
Çalır orkestro… Onun qəlbi var,
Verir körpələrə dünyadan xəbər,
Əl-ələ tutuşub yallı gedirlər.
Günəşli gündüzlər nəslidir bunlar,
Gözləri açıqdır, üzləri şaddır.
Bu gün hünər dərsi verir oyunlar.
Bizim körpələrin qəlbi azaddır;
Gözləri açıqdır, üzləri şaddır.
Siz ey cəbhələrdə vuruşan ərlər!
Günəşdən yarandı bizim nəslimiz.
Arxasız deyildir sizin körpələr.
Sinəmiz üstündə saxlayırıq biz;
Günəşdən yarandı bizim nəslimiz.
Burda bu bağçada hor oğlan, hər qız,
Böyüyüb bir igid, bir ər olacaq.
Onların nəsibi həyatdır yalnız,
Onların ilk dərsi hünər olacaq,
Hər biri bir igid, bir ər olacaq.
Gəlin, balalarım, öpüm sizi mən,
Bir duman görməsin xoş sifətiniz.
Oxuyun, zövq alın mənim şerimdən,
Var olsun qəlbiniz, məhəbbətiniz,
Bir duman görməsin xoş sifətiniz!..
</poem>
[[Kateqoriya:1941-ci ilin şeirləri]]
[[Kateqoriya:Uşaqlar haqqında əsərlər]]
ex49wk9yvo0mgvj52ttkdl8jcjw23w7
İgid şahin
0
33444
95613
2026-04-20T05:32:24Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95613
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1941
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
<center>''Şerim qanadlanıb tez tapsın onu''
''Qardaşım Mazahir Hamid oğlunu''</center>
Qanad çalıb uçdu yenə körpə tərlan yuvadan,
Uçub getdi şimşək kimi göy dalğalı havadan.
O qıy vurub şığıdıqca səsindəki gücə bax,
Caynağında didim-didim parçalandı yapalaq.
Qırıb tökdü sərçə kimi göy üzündə düşmanı.
Tərlanıma salam verdi ulduzların karvanı…
Alovların qucağında o yol açdı mərdana,
Mərd oğula halal eylər öz südünü mərd ana.
Tərlanımın qumral gözü qamaşmadı küləkdən,
O hayqırıb maral kimi çıxdı min bir sürəkdən;
Sıx buludlar, boz dumanlar qaldı ayaq altında,
O düşmənə meydan açdı göyün yeddi qatında;
O tufanlar arasında çatdı qara qaşını,
Tezcə aldı qanadına yaralı yoldaşını.
Dayanmadı qəhrəmanım, yenə süzdü irəli,
Buludları parçaladı onun şahin gözləri.
Aha… Qaçır qabağından, qaçır düşmən dəstəsi,
Lakin ona "gəldim!" deyir tərlanımın nərəsi.
Bir də, bir də qıy vuraraq çatdı bizim qəhrəman,
İlişdirdi gülləsini quzğunların başından.
Yandı düşmən təyyarəsi, alışdı bu davada,
Alovlanıb duman kimi yanıb-söndü havada.
Endi körpə tərlanım da yavaş-yavaş dənizə.
Bir sərinlik gəldi o vaxt bizim də qəlbimizə.
Qanadını gərdi suya, meydan açdı dalğalar,
Tərlanımın göylərdə də, sularda da yurdu var.
Düşdü axşam… Gəldi gecə… Görünmədi sahillər.
Dəniz qara, gecə qara, işıqdan da yox əsər.
Soyuq kəsir qılınc kimi… Qəhrəmanım dardadır,
O danışır öz qəlbində: "Bizimkilər hardadır?"
Dəniz coşur, köpüklənir… O qışqırır, bağırır,
Sanki mənim tərlanıma kömək əli çağırır.
Daldı mənim tərlanımın uzaq görən gözləri,
Gəldi onun xatirinə atasının sözləri:
"Oğul, harda dara düşsən, arxalan hünərinə,
Sən ölümü bir an belə gətirmə gözlərinə…"
Qəhrəmanım gülümsədi, qüvvət gəldi qəlbinə,
Dalğalara sinə gərdi, meydan açdı o yenə.
Doğdu gül üzlü səhər
İşıqlandı üfüqlər…
Susdu dəniz bir anda.
Lap uzaqda o yanda
Zirvəsi al bayraqlı,
Tamam yarlı-yaraqlı
Bir gəmi görsəndi, bax,
Dalğalan yararaq,
Yaxınlaşdı bu yana,
Bizim körpə tərlana.
"Aha, bizimdir" — deyə,
Nərə çəkdi o göyə.
Gəlib dayandı gəmi,
Nə xoşdur vüsal dəmi.
Artıq görüşdü əllər…
Saf arzular əməllər.
Oturdular gəmiyə.
Günəş: "Yaxşı yol!" — deyə
Yola saldı onları,
Bizim qəhrəmanları.
Yetişdi sahilə körpə tərlanım,
Tarixdə ad qoydu o qəhrəmanım:
"Tapşınq görüldü, yoldaş komissar!
Mən yenə hazıram, nə əmriniz var?"
Komissar yaxına gələrək bu an,
Öpdü Məzahirin açıq alnından.
Dedi: "Doğrudan da sən bir igidsən,
Adınla fəxr etsin anamız Vətən".
Gəldi ana yurda bu gözəl xəbər,
Saz aldı söz qoşub, tərif deyənlər.
Bəzəndi şöhrətlə hər çöl, hər çəmən,
Nə qədər xoşbəxtəm bu dünyada mən.
Tarixdə ad qoyur qəhrəmanlarım,
Gündə min gül açır mənim baharım…
Uçun, tərlanlarım! öpürəm sizi,
Qəlbimdə döyünən saf qəlbinizi…
Sizindir ilhamım, şerim əzəldən,
Sizinçün yaşayıb, yaradıram mən.
</poem>
[[Kateqoriya:1941-ci ilin şeirləri]]
ib2tk1jqtjwlg1yqfg6ihohxjd2lh2b
Məhəbbət (Səməd Vurğun)
0
33445
95614
2026-04-20T05:38:10Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95614
wikitext
text/x-wiki
{{digər məna|Məhəbbət}}
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1941, 20 iyul
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
İztirab içində yatır qəhrəman,
Nə qədər solğundur onun bənizi.
Canında qalmamış artıq isti qan,
Doktor kömək üçün çağırır bizi:
"Gəlin, bu igidə qan verək bir az,
Yoxsa bu yaradan xəstə sağalmaz"
Odur, laçın gözlü bir qız gələrək
Açdı sağ əlilə öz sol qolunu.
"Tez ol, qan al! — dedi o gözəl mələk,
— Öz qanım sağaltsın vətən oğlunu".
Doktor sevinərək durmadı bir an,
Qan aldı o qızın şümşad qolundan.
Azacıq keçmədən tərpəndi xəstə,
Yenə də dünyaya baxdı gözləri.
Qız çiçək də verdi ona bir dəstə,
İnsanlıq böyükdür əzəldən bəri…
Xəstənin köksündə çırpındı ürək,
Baxdı gözəl qıza gülümsəyərək.
Dolandı həftələr… Qalxdı qəhrəman
Yenə xatirinə düşdü cəbhələr…
O ayrı düşmüşdür yoldaşlarından,
Qəfəsdə bağlanıb qalarmı hünər?
Alıb silahını düzəldi yola,
Dalınca qız dedi: — uğurlar ola!
O getdi şir kimi, toz qalxdı yerdən,
Baxdı arxasınca qızın gözləri;
De neçin qaşların çatıldı birdən?
Nə keçdi qəlbindən, ey gözəl pəri?
Gedən sevgilindir sənin, bəlkə də…
Onu çox görməsin sənə təbiət.
Qanlar qardaşlığı olan ölkədə
Dünya od tutsa da, ölməz məhəbbət!
</poem>
[[Kateqoriya:1941-ci ilin şeirləri]]
nxlf3g3n04qeym1ozxykq185jvx6iqp
Məhəbbət
0
33446
95616
2026-04-20T05:38:29Z
Araz Yaquboglu
734
Araz Yaquboglu [[Məhəbbət]] səhifəsinin adını [[Məhəbbət (Mikayıl Müşfiq)]] olaraq dəyişdi
95616
wikitext
text/x-wiki
#İSTİQAMƏTLƏNDİRMƏ [[Məhəbbət (Mikayıl Müşfiq)]]
ppp7bqpz1hvxuruazx3gh3k37kaddtn
95617
95616
2026-04-20T05:39:05Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95617
wikitext
text/x-wiki
* [[Məhəbbət (Mikayıl Müşfiq)]]
* [[Məhəbbət (Səməd Vurğun)]]
{{dəqiqləşdirmə}}
2t7xgovux5hhr9ahnv21c8gj7bvpm3b
Müəllif:Nemət Bəsir
102
33447
95618
2026-04-20T06:22:29Z
Rəcəb Yaxşı
5409
Səhifə "{{Müəllif |ad = Nemət Bəsir |soyad = |baş hərf = N |doğum ili = 1889 |vəfat ili = 1943 |qeydlər = |şəkil = |şəkil başlığı = |vikipediya_keçidi = Nemət Bəsir |vikisitat_keçidi = |commons_keçidi = }} == Şeirləri ==" məzmunu ilə yaradıldı
95618
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Nemət Bəsir
|soyad =
|baş hərf = N
|doğum ili = 1889
|vəfat ili = 1943
|qeydlər =
|şəkil =
|şəkil başlığı =
|vikipediya_keçidi = Nemət Bəsir
|vikisitat_keçidi =
|commons_keçidi =
}}
== Şeirləri ==
byeet6gneaf2jq5fql43rz7mvu5w6au
95621
95618
2026-04-20T06:28:12Z
Rəcəb Yaxşı
5409
95621
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Nemət Bəsir
|soyad =
|baş hərf = N
|doğum ili = 1889
|vəfat ili = 1943
|qeydlər =
|şəkil =
|şəkil başlığı =
|vikipediya_keçidi = Nemət Bəsir
|vikisitat_keçidi =
|commons_keçidi =
}}
== Şeirləri ==
*[[Qafqazlılar]]
f50ioxdunrn87yspqtkorgksj68a7l6
Qafqazlılar
0
33448
95620
2026-04-20T06:27:47Z
Rəcəb Yaxşı
5409
Səhifə "{{Başlıq | başlıq = Qafqazlılar | müəllif = Nemət Bəsir | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1919 | qeydlər = | mənbə = "Al bayraq", 1 mart 1919, N7 | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} <poem> Dur oyan, qafqaz..." məzmunu ilə yaradıldı
95620
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Qafqazlılar
| müəllif = Nemət Bəsir
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1919
| qeydlər =
| mənbə = "Al bayraq", 1 mart 1919, N7
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Dur oyan, qafqazlılar, imdi oyanmaq vaxtıdır,
Hər kəsə öz haqqını dünyada qanmaq vaxtıdır.
Qafqazın hər guşəsi viranəzar olmuş bu gün,
Hər tərəf məmur ikən həp xaksar olmuş bu gün,
Baq, dinlər əllərində, iştə, xar olmuş bu gün.
Dur oyan, qafqazlılar, imdi oyanmaq vaxtıdır,
Hər kəsə öz haqqını dünyada qanmaq vaxtıdır.
Göz açıb, qafqazlılar, Qafqaza qıl ətfi-nəzər:
Od tutub yanmış bütün, viranə dönmüş sərasər,
Gör vətən övladını düşmüş tamamən dərbədər.
Dur oyan, qafqazlılar, imdi oyanmaq vaxtıdır,
Hər kəsə öz haqqını dünyada qanmaq vaxtıdır.
Qırmızı baydaq açıb istər, gör, aləm ixtiyar,
Bilməzəm, böylə əsarət sevməyin nə sirri var.
Düşmüsən elm, ədəb, azadəlikdən sən kənar.
Dur oyan, qafqazlılar, imdi oyanmaq vaxtıdır,
Hər kəsə öz haqqını dünyada qanmaq vaxtıdır.
Vaxtdır kim, toplaşa cümlə cahan kasibləri,
Əl-ələ versin bu gün azadəlik talibləri,
İş başından rədd edə xainləri, qasibləri.
Dur oyan, qafqazlılar, imdi oyanmaq vaxtıdır,
Hər kəsə öz haqqını dünyada qanmaq vaxtıdır.
Köhnələr dövrünü yıq, zülmün evin bərbad qıl,
Yəni hürr ol, kəndini hər qeyddən azad qıl,
Müxtəsər, şurayi-ammə xalqını irşad qıl.
Dur oyan, qafqazlılar, imdi oyanmaq vaxtıdır,
Hər kəsə öz haqqını dünyada qanmaq vaxtıdır.
</poem>
[[Kateqoriya:1919-cu ilin şeirləri]]
s9a1yq6bbu52ucdhq9qt0w10gw2fjhj
Əvvəl Allah
0
33449
95622
2026-04-20T06:35:33Z
Rəcəb Yaxşı
5409
Səhifə "{{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Hacı Kərim Sanılı | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = “Qızıl tələbə”, aprel-may 1924, nömrə 2-3 }} <poem> Əvvəl Allah – imdi qüvvət Hind elinin saf ürəkli ərl..." məzmunu ilə yaradıldı
95622
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Hacı Kərim Sanılı
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = “Qızıl tələbə”, aprel-may 1924, nömrə 2-3
}}
<poem>
Əvvəl Allah – imdi qüvvət
Hind elinin saf ürəkli ərləri!
Kim göstərdi sizə yanar yerləri?
Uzaq eldən dağı-daşı aşdınız,
Qafqazdamı tanrınızı tapdınız?
Abşeronda xaliqiniz olduğun
Hansı şeydən eylədiniz siz yəqin?
Nağıldamı babalarınız söylədi,
O özümü sizə ilham eylədi?
Yoxsa Hinddən Rum elinə gedəndə
Görüb tacir söylədimi gələndə:
“Əcaiblər gördüm, əqlim şaşırdım,
Boz daşlara od vurub mən yandırdım.
Ondan sonra o od daha sönmədi,
Yağış, külək dəydi, amma sönmədi”.
Siz uşaqkən belə sözlər eşidib,
Gənc beyində gecə-gündüz fikr edib,
İnandınız oda, tanrı dediniz,
Uzun yolda acılıqlar yediniz.
Hindistandan Abşerona gəldiniz,
Bu odlara siz abid oldunuz.
Uzun illər dolandınız başına,
Diz çökdünüz, üz sürtdünüz daşına.
Dörd yanında pərvanə tək əsdiniz,
İnsanları buna qurban kəsdiniz.
Bunu xaliq, bunu siz haqq bildiniz,
Hər dəm düşüb alovuna yandınız.
Ey abidlər! İmdi dünya dəyişilib,
Siz görənlər keçib, ayrı gün gəlib.
İlahınız imdi özü qul olub,
Alçalıbdır, axıb göllərə dolub.
Siz məbədlər tikdiyiniz yerlərdə,
Gör təpələr düşübdürlər nə dərdə?!
Buruqlar deşibdir yerin köksünü,
Dumanlar bürüyüb göyün üzünü.
Oxşayır buruqlar qalın ormana,
Qalxıb tüstülüklər dəyir dumana.
İlan tək uzanıb yerə torbalar,
Gurtagurt neft çəkir hər gün zorbalar.
Buruq qazanları hər vaxt qaynanır,
Qayış xışıldanır, çarxlar fırlanır.
Ətrafa səs salır hər dəm düdüklər,
Dartırlar havanı dəmir körüklər.
Dərin quyularda nefti sıxırlar,
Bulaq tək portlayıb çayla axırlar.
Sirr verməyib tanrı olan sizlərə,
Ey abidlər, xidmət edir bizlərə:
O, at kibi dəmir yolda işləyir,
Avtomobil sürür, həm vapur çəkir.
Olub bizə dəyirmançı, taxtaçı,
Xırman döyən, taxıl biçən baftaçı.
Onu minib biz gəzirik göylərdə,
Qoşub xışa işlədirik köylərdə.
Buydumu sizlər tanrı sandığınız?!
Pərvanə tək alovunda yandığınız?!
Ey abidlər, bu zamanın insanı
Alıb ələ bütün qoca dünyanı.
Siz baş əyən ildırımı tutubdur,
Qab içinə onu yağ tək atıbdır.
İti uçan əyri-üyrü şimşəyi,
Eyləyibdir evlərinin bəzəyi.
Teleqrafa, telefona qoşubdur,
Zəngə basıb qapısına asıbdır.
Aparsın, gətirsin hər söylənəni,
Xəbər versin içəriyə gələni.
Məbudunuz böyük bir qüvvət imiş,
Tanrı deyil, insana himmət imiş.
Sizdən sonra bunun sirrin tapdılar,
Bunun ilə ali bina yapdılar.
</poem>
[[Kateqoriya:Şeirlər]]
936yvwxv0c48ett3txdyo6oaifvkndz