Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.46.0-wmf.24
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Ay ilə gün sücud edər surəti-canfəzayinə
0
10100
95649
89014
2026-04-22T18:58:29Z
Abbaslı Nihad
11503
95649
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Ay ilə gün sücud edər surəti-canfəzayinə
| müəllif = İmadəddin Nəsimi
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>Ay ilə gün sücud edər surəti-canfəzayinə,
Ay ilə gün nədir kim, ol düşməyə xaki-payinə.
Cami-cahannümadur ol, səndə iki cahanı gör,
Çün görəsən sən olmusan cani-cahanə ayinə.
Faili-mütləqi-yəqin kim ki dilər görə bu gün,
Baxsın anın camalına, həqqi görər bu ayinə.
Aşiqi-sadiq oldurur həq yoluna şəhid ola,
Həq deyəni alır anun durmuş anun bəhayinə.
Yusifi-Misri canü dil, yə’ni ki Fəzli-zülcəlal,
Gəldi səfavü zövq ilə şəhri-bədən sərayinə.
Qıldı fəna vücudumu küll kərim ilə kəlam,
Zərqi-həsən budur ki, şah sandı bu gün gədayinə.
Hər ki Nəsimitək sücud Fəzli-ilahə qılmadı,
Div kimi bu gün anı, bəlkə, bu yolda dayinə.</poem>
[[Kateqoriya:Qəzəllər]]
ccvu5d0auvs9561u23cxum014z4h3h9
Aləmdə bu gün əhdi bütün yar ələ girməz
0
10135
95648
89114
2026-04-22T18:56:09Z
Abbaslı Nihad
11503
95648
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Aləmdə bu gün əhdi bütün yar ələ girməz
| müəllif = İmadəddin Nəsimi
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>Aləmdə bu gün əhdi bütün yar ələ girməz,
Yandırdı tikən bağrımı, gülzar ələ girməz.
Ey xəstə könül, gör nə derəm, məndən eşit pənd,
Dildarə həris olma ki, dildar ələ girməz.
Naqis məhək oldu, qamunun qəlbi dəğəldir,
Bir sikkə dürüst, aricə dinar ələ girməz.
Timarə könül verməgil, ey sayru, həkim ol,
Dərmanını dərd eylə ki, timar ələ girməz.
Ey aşiq, anın zülfünə yapış bu cahanda,
Bir ancalıyın dilbəri-əyyar ələ girməz.
Çün qəm yeyirəm qəm degil, ey aşiq, əgər kim
Qəm yürəgə kar eylədi, qəmxar ələ girməz.
Gəl çöhrəsinin şəminə pərvanə kimi yan,
Anın kimi can yandırıcı nar ələ girməz.
Səyyarə kimi seyr edərəm daim anınla,
Şol seyr edici kovkəbi-səyyar ələ girməz.
Musa kimi gər aşiq isən, könlünü arıt,
Saf olmayacaq ayinə, didar ələ girməz.
Ey axirətin darinə aşiq, bu səradən
Keç kim, bu keçər ərsədə şol dar ələ girməz.
Əlfazi-Nəsimi bu gün ol möcüzədir kim,
Bənzər ana bir lölöi-şəhvar ələ girməz.</poem>
[[Kateqoriya:Qəzəllər]]
[[Kateqoriya:Orta dövr əsərləri]]
70dhzbcca2nnvq083ngbm6r6wro3tfa
Afitabın tələtindən mahi-taban ru tutar
0
23114
95647
89089
2026-04-22T18:53:38Z
Abbaslı Nihad
11503
95647
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Afitabın tələtindən mahi-taban ru tutar
| müəllif = İmadəddin Nəsimi
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = [http://anl.az/el/n/inesimi_e1.pdf İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.196.]
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Afitabın tələtindən mahi-taban ru tutar,
Çini-zülfündən Xətada nafeyi-ahu tutar.
Bilmənəm hurimisən, yoxsa məlaik, ya pəri,
Kim ki gördü ay üzün şərməndə oldu, xu tutar.
Bər-kənari-çeşmimə basğıl qədəm, ey sərvinaz,
Sərvə adətdir ki, məskən bər-kənari-cu tutar.
Görmüşəm, həm qanda kim, aslan qılır ahu şikar,
Mən əcaib qalmışam, aslanları ahu tutar.
Çeşmimə dedim fərağından anın çox ağlama,
Nagəhan tufan qopar, mülki-cahanı su tutar.
Mərg aman versə, əlindən qoyma dilbər damənin,
Tutmasan, bilgil, əcəl ol xud səni niku tutar.
Qeyrət iltürmən ki, hindu bərgi-nəsrin yastanur,
Xublara adət nədən, lələ müdam hindu tutar.
Müshəf açdım, falıma gəldi camalın ayəti,
Əhli-tövhidin kəlamı falımı niku tutar.
Ləblərinin şərbətindən bir qədəh sun, saqiya,
Ləlini içdi Nəsimi, hər zaman bir ku tutar.</poem>
[[Kateqoriya:Qəzəllər]]
77ammg0t647fylpcgp54d6tl7qmrf5z
Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
0
33458
95650
2026-04-22T22:35:27Z
Arçil xan Günəşsoylu
4001
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95650
wikitext
text/x-wiki
Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı Möminə xatun türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biridir. XII əsrin görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin dühası ilə yaradılmış bu nadir və monumental sənət nümunəsi öz kompozisiya həllinə, kamilliyinə və zərifliyinə görə bütövlükdə İslam aləminin şah əsərləri sırasında fəxri yer tutur. Misilsiz gözəlliyə malik türbə Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür. Möminə xatun türbəsi xalqımızın milli sərvəti kimi dövlət səviyyəsində mühafizə olunan dünya əhəmiyyətli mədəni irs nümunələri siyahısına salınmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Möminə xatun türbəsinin özünəməxsus tarixi görkəminin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədilə qərara alıram:
1. Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix memarlıq abidəsində bərpa və konservasiya işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 (bir) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini növbəti illərdə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2025-ci il
7gwvk8tvs4vbk91xmayaqotzmbv4xtv
95651
95650
2026-04-22T22:36:22Z
Arçil xan Günəşsoylu
4001
95651
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
| müəllif = İlham Əliyev
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə =
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı Möminə xatun türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biridir. XII əsrin görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin dühası ilə yaradılmış bu nadir və monumental sənət nümunəsi öz kompozisiya həllinə, kamilliyinə və zərifliyinə görə bütövlükdə İslam aləminin şah əsərləri sırasında fəxri yer tutur. Misilsiz gözəlliyə malik türbə Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür. Möminə xatun türbəsi xalqımızın milli sərvəti kimi dövlət səviyyəsində mühafizə olunan dünya əhəmiyyətli mədəni irs nümunələri siyahısına salınmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Möminə xatun türbəsinin özünəməxsus tarixi görkəminin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədilə qərara alıram:
1. Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix memarlıq abidəsində bərpa və konservasiya işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 (bir) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini növbəti illərdə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2025-ci il
[[Kateqoriya:Sərəncamlar]]
34yzy9we9zc0rr1lc260787nn42jqfa