Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.46.0-wmf.24
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Həyat fəlsəfəsi
0
2514
95658
3707
2026-04-25T07:15:44Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95658
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1942
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
Quşlar qatar-qatar ellərdən keçər,
Bəşər nəsil-nəsil dünyadan köçər;
İnsanlıq gah zəhər, gah şərbət içər…
Əzəldən belədir hökmü zamanın
Düyündü bir sirri var asimanın!
Çarxını qurduqca dövranın əli
Bəzən ağlar olur, bəzən gülməli…
İnsanın ən böyük eşqi, əməli
Bəzən aslan kimi çırpınır darda,
Bəzən də qərq olur fırtınalarda…
Dəyişir səmtini daim sular,
Dəyişir fikirlər, dönür duyğular.
Kainat tutmayır bir yerdə qərar:
Çarpır sinəsini qayalıqlara
— O gah qışa çıxır, gah da bahara!
Dünya binasını qurandan bəri
Səadət adlanan o gözəl pəri gəl!
— deyə səsləmiş qərinələri;
Yazıqlar olsun ki, hələ insanlıq
Gəlib qovuşmamış ona bir anlıq.
Ey dünya gözəli, qaçma bəşərdən!
İnsandır ayıran xeyiri şərdən…
Gəl onun eşqini ucuz tutma sən,
— Qəlbi var, hissi var hər məhəbbətin,
Qaralmaz ulduzu əbədiyyətin!..
Ölüm bir iblisdir, həyat bir mələk!
Varlığı izləyir heçlik kölgə tək…
İşıq qaranlıqla pəncələşərək
Yaşatmaq istəyir cahanda bizi,
Günəş salamlayır iradəmizi!
Yamanlıq, yaxşılıq durmuş üz-üzə,
Dilsiz əsrlərdən mirasdır bizə.
Əsir bahar yeli qəlblərimizə,
Lakin arxasınca kəfən geyir qış,
Təbiət varlığa belə qarğamış.
Bir bayram sözü var, bir də ki, matəm,
Nəşə bir aləmdir, qüssə bir aləm.
Həyat öz atmı sürür dəmadəm;
Odlar içində də hər bir mənzərə
Yenə qanad verir düşüncələrə!
Yenə də insanın xəyal şəhpəri
Gəzir fəzaları, göy dənizləri.
Sən ey səadətin gözəl səhəri!
Alqışla insanın pak əməlini,
Uzat yer üzünə hünər əlini?
Zamandır, bəşərin imdadına gəl!
Xəstə bir gözəldir hünərsiz əməl…
Hünər söylədiyim o qüdrətli əl
Bütün kainata qoy qanad gərsin.
Bəşər karvanma o yol göstərsin.
Hünər qanad versin torpağa, daşa,
Dənizlər çatılıb gəlsin baş-başa…
Azadlıq ordusu varsın birbaşa.
Hər zəfər dastanı yadigar olsun,
ölüm təslim olsun, həyal var olsun!
Dünyaya bir şöhrət yaranmışıq biz.
Günəş çökməmişdir qaranlığa diz.
Qoy ölsün yamanlıq, o xain iblis!..
Yaxşılıq çağırsın hər qəlbin neyi.
Qurtaraq zəncirdən Prometeyi…
Fəlakət qocalmış… qandır o köpək.
Onun sümükləri tez çürüyəcək…
Səadət gənclikdir, adı gələcək!
Onun gözlərində həyat eşqi var
Var olsun gələcək! Var olsun bahar!
</poem>
[[Kateqoriya:1942-ci ilin şeirləri]]
d8f694cwlbm67iuiy0cqz1i7q57pfn2
Müəllif:Səməd Vurğun
102
13245
95655
95639
2026-04-25T06:58:38Z
Araz Yaquboglu
734
/* Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 */
95655
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Səməd Vurğun
|soyad =
|baş hərf = V
|doğum ili = 1906
|vəfat ili = 1956
|qeydlər =
|şəkil = Samad Vurgun (1942).jpg
|şəkil başlığı =
|vikipediya_keçidi = Səməd Vurğun
|vikisitat_keçidi = Səməd Vurğun
|commons_keçidi = Category:Samad Vurgun
}}
== Məqalələri ==
*[[Səhvlərimiz haqqında]]
== Tərcümələri ==
*[[Leyli və Məcnun (Nizami Gəncəvi)]]
== Əsərləri ==
=== Poemaları ===
* [[Komsomol poeması]]
* [[26lar poeması]]
*[[Azərbaycan (Səməd Vurğun)]]
*[[Azərbaycan Sovet Sosialist Respublikası himni]]
=== Dramları ===
* [[Vaqif]]
* [[Xanlar]]
* [[Fərhad və Şirin]]
* [[İnsan/Səməd Vurğun|İnsan]]
===Şeirləri===
* [[Azərbaycan (Səməd Vurğun)]]
* [[Dağlar (Binələri çadır-çadır)]]
== Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 ==
* [[Cavanlara xitab]]
* [[Maydan]]
* [[Göygöl (Səməd Vurğun)]]
* [[Şikəstəyə məktub]]
* [[Sızıltılarım]]
* [[Tərlanım (Səməd Vurğun)]]
* [[Bir gün məni lap boğurdu hicran]]
* [[Şuşa (Səməd Vurğun)]]
* [[Zeynal (Səməd Vurğun)]]
* [[Çiçək (Səməd Vurğun)]]
* [[Dan yıldızı]]
* [[Bir qətrə yaş]]
* [[Səyahət]]
* [[Sorma aqil kimsələrdən, sorma heç dünya nədir]]
* [[Dağlar (Səməd Vurğun)]]
* [[]]
* [[]]
* [[]]
<nowiki>
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh.
}}
<poem>
</poem>
[[Kateqoriya:XX əsrin şeirləri]]
</nowiki>
== Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 ==
* [[Aşıq qardaşıma]]
* [[Karyerist]]
* [[Çil toyuğun tək yumurtası]]
* [[Xeyrə-şərə yaramaz]]
* [[İncə xanım]]
* [[Azərbaycan (Gəlin sizə bir-bir danışım)]]
* [[Şadlıq]]
* [[Bizim gəncliyə]]
* [[Xəyal]]
* [[Qızcığaz]]
* [[Nizami (Səməd Vurğun)]]
* [[Fitnə]]
* [[Ürəyi xain adam]]
* [[Ləzgi qızı]]
* [[Sən utan]]
* [[Samur çayı]]
* [[Bir səs...]]
* [[20 bahar]]
* [[Ala gözlər]]
* [[Təzə il]]
* [[Şam]]
* [[Ananın öyüdü]]
* [[Şəfqət bacısı]]
* [[Qızıl şahinlər]]
* [[Qoca qəhrəmanın çıxışı]]
* [[Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdır]]
* [[Tarla nəğməsi]]
* [[Mıs-mıs]]
* [[Qəhrəmanın hünəri]]
* [[Sənəm qarının pıçıltıları]]
* [[Uşaq bağçası]]
* [[İgid şahin]]
* [[Məhəbbət (Səməd Vurğun)]]
* [[Sovqat]]
* [[Həyat eşqi]]
* [[Moskva (Səməd Vurğun)]]
* [[Oktyabr (Səməd Vurğun)]]
* [[Ukrayna partizanları]]
* [[Azərbaycan balası]]
* [[Salam, Moskva]]
* [[Həyat fəlsəfəsi]]
* [[Partizan Babaş]]
* [[]]
* [[]]
* [[]]
<nowiki>
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
</poem>
[[Kateqoriya:XX əsrin şeirləri]]
</nowiki>
== Səməd Vurğuna məktublar ==
* [[İldırım təşkilatının Səməd Vurğuna məktubu]]
[[Kateqoriya:Azərbaycan şairləri]]
[[Kateqoriya:Azərbaycan tərcüməçiləri]]
[[Kateqoriya:1906-cı ildə doğulanlar]]
[[Kateqoriya:1956-cı ildə vəfat edənlər]]
[[Kateqoriya:Tənqidçilər]]
bcmo4qia17b06lf017ggt2tqu3jbu74
Salam, Moskva
0
33461
95656
2026-04-25T07:04:38Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95656
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1942, 5 fevral
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
Başında tufanlar qopandan bəri
Səkkiz ay görmədim heç üzünü mən
Lakin əməl kimi, ellər şəhəri,
Bir an da getmədin nəzərlərimdən…
Sən açıq alnınla, gülər üzünlə,
Hər vaxt dayanırdın mənim qarşımda.
Çünki hər gecənlə, hər gündüzünlə
Həmsöhbət olmuşam gənclik yaşımda.
Quldurlar gecəni dəldiyi zaman,
Yollar bağlanarsa, uzaqlaşar səs…
Fəqət, bir qayda var ata-babadan,
Mənzil uzansa da, dostluq kəsilməz.
Biz yenə görüşdük! Qalmadı o qəm…
Keçdi o duyğumun hicran günləri;
Başma pərvanə olmuşdur bu dəm
Bir şair qəlbinin xəyal şəhpəri.
Yenə mən keçirəm küçələrindən,
Yenə qaynayırsan, qocaman şəhər!
Yenə hökm edirsən şüurlara sən,
Yenə də işlədir yaradan əllər!
Rast gəlir yenə də dostlar, tanışlar,
Görüşür əl verib öpüşürük biz.
Qaşlar çatılmışdır, sərtdir baxışlar
İndi müsəlləhdir bütün nəslimiz!..
Göylərə baş vuran qədim binalar
Dayanmış əvvəlki əzəmətiylə.
İldırım çaxsa da əyilməz vüqar;
Əyilməz insanlıq məhəbbətiylə!
Yenə Qızıl Meydan hər axşam, səhər
Açır sinəsini pəhləvan kimi.
Yenə də üstündən keçir nəsillər
Günəşə yol açan bir karvan kimi…
Yatmış günəş kimi sirri dərində
Mavzoley — Leninin böyük məzarı.
Parlayır onun da şəfəqlərində
Bəşər taleyinin bir ilk bahan.
Bayırda şaxtadır, buz bağlamış qar.
Deyirlər nıs qışı bərk gəlmiş bu il.
O, dünya görmüşdür… bilir, yağılar
Boransız, süngüsüz məhv olan deyil!
Budur, bir meydanda rast gəlir mənə
Tatyana Larina, dəyişmiş bütün.
Qızartı çökmüşdür yanaqlarına.
Solğun görünməyir bənizi bu gün.
Qapamış Tatyana öz romanını,
Örtmüş pəncərəni o nazlı mələk;
Seyr edir zamanın qəhrəmanını,
Əynində şinel var, çiynində tüfəng.
Küləklər döydükcə al yanağını,
Nədir gözlədiyin? — soruşuram mən.
Deyir: gözləyirəm eşqin bağını
Bu qopan çovğundan, əsən küləkdən!..
O yanda Puşkinin heykəlinə bax!
Dalğalı saçları ağarmış qarla;
Bir qaya başına qartal qonaraq,
Dayanmış yenə də sakit, vüqarla!
Görürəm dalğındır bu dahi şair,
Elə bil canlıdır onun nəfəsi.
O indi düşünür həyata dair,
Dinir qulağında topların səsi!
Yenə də hörmətlə dinləyir Vətən
İlhamın, sənətin xoş nəğməsini
O yenə dastanlar yaradır bilsən,
Ucaldır şairin Vətən səsini.
Sən ona diqqətlə bir də qulaq as!
Deyir bir qanunu xatirinə sal:
Odlar içində də yanıb qaralmaz,
Məhəbbət, sədaqət, həqiqət, kamal!..
</poem>
[[Kateqoriya:1942-ci ilin şeirləri]]
qittj1weno3vwxfg0xzqfgop8lj7cl2
95657
95656
2026-04-25T07:04:48Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Moskva]] əlavə olundu [[VM:HC|HotCat]]
95657
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1942, 5 fevral
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
Başında tufanlar qopandan bəri
Səkkiz ay görmədim heç üzünü mən
Lakin əməl kimi, ellər şəhəri,
Bir an da getmədin nəzərlərimdən…
Sən açıq alnınla, gülər üzünlə,
Hər vaxt dayanırdın mənim qarşımda.
Çünki hər gecənlə, hər gündüzünlə
Həmsöhbət olmuşam gənclik yaşımda.
Quldurlar gecəni dəldiyi zaman,
Yollar bağlanarsa, uzaqlaşar səs…
Fəqət, bir qayda var ata-babadan,
Mənzil uzansa da, dostluq kəsilməz.
Biz yenə görüşdük! Qalmadı o qəm…
Keçdi o duyğumun hicran günləri;
Başma pərvanə olmuşdur bu dəm
Bir şair qəlbinin xəyal şəhpəri.
Yenə mən keçirəm küçələrindən,
Yenə qaynayırsan, qocaman şəhər!
Yenə hökm edirsən şüurlara sən,
Yenə də işlədir yaradan əllər!
Rast gəlir yenə də dostlar, tanışlar,
Görüşür əl verib öpüşürük biz.
Qaşlar çatılmışdır, sərtdir baxışlar
İndi müsəlləhdir bütün nəslimiz!..
Göylərə baş vuran qədim binalar
Dayanmış əvvəlki əzəmətiylə.
İldırım çaxsa da əyilməz vüqar;
Əyilməz insanlıq məhəbbətiylə!
Yenə Qızıl Meydan hər axşam, səhər
Açır sinəsini pəhləvan kimi.
Yenə də üstündən keçir nəsillər
Günəşə yol açan bir karvan kimi…
Yatmış günəş kimi sirri dərində
Mavzoley — Leninin böyük məzarı.
Parlayır onun da şəfəqlərində
Bəşər taleyinin bir ilk bahan.
Bayırda şaxtadır, buz bağlamış qar.
Deyirlər nıs qışı bərk gəlmiş bu il.
O, dünya görmüşdür… bilir, yağılar
Boransız, süngüsüz məhv olan deyil!
Budur, bir meydanda rast gəlir mənə
Tatyana Larina, dəyişmiş bütün.
Qızartı çökmüşdür yanaqlarına.
Solğun görünməyir bənizi bu gün.
Qapamış Tatyana öz romanını,
Örtmüş pəncərəni o nazlı mələk;
Seyr edir zamanın qəhrəmanını,
Əynində şinel var, çiynində tüfəng.
Küləklər döydükcə al yanağını,
Nədir gözlədiyin? — soruşuram mən.
Deyir: gözləyirəm eşqin bağını
Bu qopan çovğundan, əsən küləkdən!..
O yanda Puşkinin heykəlinə bax!
Dalğalı saçları ağarmış qarla;
Bir qaya başına qartal qonaraq,
Dayanmış yenə də sakit, vüqarla!
Görürəm dalğındır bu dahi şair,
Elə bil canlıdır onun nəfəsi.
O indi düşünür həyata dair,
Dinir qulağında topların səsi!
Yenə də hörmətlə dinləyir Vətən
İlhamın, sənətin xoş nəğməsini
O yenə dastanlar yaradır bilsən,
Ucaldır şairin Vətən səsini.
Sən ona diqqətlə bir də qulaq as!
Deyir bir qanunu xatirinə sal:
Odlar içində də yanıb qaralmaz,
Məhəbbət, sədaqət, həqiqət, kamal!..
</poem>
[[Kateqoriya:1942-ci ilin şeirləri]]
[[Kateqoriya:Moskva]]
23lhxe6rm8carz5fhlfcodbujao9wou
Partizan Babaş
0
33462
95659
2026-04-25T07:25:54Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95659
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1942, 21 dekabr
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
Sorağını alsam belə bu gün sənin uzaqlardan,
Məhəbbətə hasar çəkməz nə ayrılıq, nə də zaman…
Deyirlər ki, partizansan, çöllər olmuş sənə məskən,
Deyirlər ki, qar əriyir, buz əriyir nəfəsindən.
Sən Belarus torpağına uzatdıqca qardaş əli
Səhər ilə salamlaşır qardaşlığın pak əməli.
Deyirlər ki, o yanlarda ağır gələn qışlar olur.
Deyirlər ki, döşəyin yer, yastığınsa daşlar olur!
Sən süngünlə, dırnağınla yer altına yol açırsan,
Sən qaranlıq gecələrə gözlərindən nur saçırsan.
Bəzən olur ağacların, yarpaqların söhbətindən
Dinləyirsən asta gələn quldurların səsini sən.
Bəzən olur bütün gecə yatmayırsan sən bir anlıq;
Əziyyətsiz qazanılmaz bu dünyada qəhrəmanlıq.
Bəzən olur ovçu kimi qar üstündə iz salırsan,
Kəsib karvan yollarını nişanını düz alırsan.
Sən düşməni sovurduqca göy üzünə küllər kimi.
Üzərinə qar tökülür ağ çiçəklər, güllər kimi.
Şaxta vurub buz donsa da sənin yaqut yanağında
El qeyrəti, vətən eşqi güllər açır dodağında…
Sən ayazh gecələrdə ulduzların sirdaşısan,
Boranların, çovğunların, dumanların qardaşısan.
Sarsıtmamış varlığını yağan yağış, əsən külək,
Açılmışdır qəlb evində əməllərin çiçək-çiçək.
Sən deyirsən: "Qəlbimizdə Koroğlunun qanı vardır".
Mən deyirəm: "Bu namusla yaşayanlar bəxtiyardır".
Sən deyirsən: "Misri qılınc! Leş bir yana, baş bir yana".
Mən deyirəm: "ölüm yoxdur od içində qəhrəmana".
Sən deyirsən: "Xoş yaşasın ana yurdun qız-gəlini".
Mən deyirəm: "Səhər yeli öpsün sənin mərd əlini".
Sən deyirsən: "Ayağa qalx!" — Azərbaycan torpağına.
Mən deyirəm: "Ana yurdun qəlbi dönür Qaf dağına".
Sən deyirsən: "Radiomu meşələrdə quranda mən,
Eşidirəm, zövq alıram ana yurdun nəğməsindən".
Mon dcyirom: "Qoy var olsun sinəndəki cl ürəyi,
Mərd oğullar ayaqlamaz and içdiyi duz-çörəyi".
Danışdıqca hünərindən bizim hava dalğaları.
Sənin anan, dünya görmüş, ağbirçəkli
Tamam qarı öz gəlinlik paltarını sandığından çıxardaraq,
Varaqlayır dastan kimi öz ömrünü varaq-varaq…
O şad olur, o sevinir balasının hünərindən,
Günəş qalxıb nur dağıdır ona vətən göylərindən.
Bir zamanlar tüfənginlə cəbhələrdən gələndə sən,
Ana qəlbi öpəcəkdir o üzündən, bu üzündən.
Namusunu gözlədiyin gözəllər də dəstə-dəstə,
Gül-çiçəklə çıxacaqdır sən gəldiyin yollar üstə.
Can qardaşım! Sən mənimsən, sən mənim partizanımsan,
Yeni günlər yaradanım, yeni tarix yazammsan.
Qoy ulduzlar dəstə-dəstə öpsün sənin mərd əlini,
Günəş yazsın üfüqlərə hər eşqini, əməlini!
</poem>
[[Kateqoriya:1942-ci ilin şeirləri]]
[[Kateqoriya:Partizanlar]]
hqfq931t4ehydt7i77lc5q8w1t19rmt
Kateqoriya:Partizanlar
14
33463
95660
2026-04-25T07:26:23Z
Araz Yaquboglu
734
Səhifə "{{Vikianbar kateqoriyası|Partisans}} [[Kateqoriya:Müharibə]] [[Kateqoriya:Partizan müharibəsi]] [[Kateqoriya:Məşğuliyyətlərinə görə şəxslər]] [[Kateqoriya:Partizan hərəkatları]]" məzmunu ilə yaradıldı
95660
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|Partisans}}
[[Kateqoriya:Müharibə]]
[[Kateqoriya:Partizan müharibəsi]]
[[Kateqoriya:Məşğuliyyətlərinə görə şəxslər]]
[[Kateqoriya:Partizan hərəkatları]]
go5x1zwjpzcn3ob2pbk97rdrtr0tdm7