Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.46.0-wmf.24
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Dağlar (Aşıq Ələsgər)
0
2356
95684
94915
2026-04-28T05:06:42Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Dağlar]] əlavə olundu [[VM:HC|HotCat]]
95684
wikitext
text/x-wiki
{{Aydınlaşdırma|Dağlar (dəqiqləşdirmə)}}
{{Başlıq
| başlıq = Dağlar 1
| müəllif = Aşıq Ələsgər
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1905
| qeydlər = Mənbə: "Daşkənd və daşkəndlilər", Bakı, "Hərbi Nəşriyyat", 2012.
}}
<poem>
Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar,
Yoxsulu, ərbabı, şahı, gədanı,
Tutmaz bir-birindən aralı dağlar.
Xəstə üçün təpəsində qar olur,
Hər cür çiçək açır, laləzar olur,
Çeşməsindən abi-həyat car olur,
Dağıdır möhnəti, məlalı dağlar.
Yazın bir ayıdı çox yaxşı çağın,
Kəsilməz çeşməndən gözəl yığnağın,
Axtarma motalın, yağın, qaymağın...
Zənbur çiçəyindən bal alı, dağlar!
Yayın əvvəlində dönərsən xana,
Son ayda bənzərsən yetkin bostana,
Payızın zəhməri qoyur virana,
Dağıdar üstündən calalı, dağlar!
Gahdan çiskin tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.
Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.
Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı,
Ələsgər Məcnuntək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar!
</poem>
* '''Ərbab''' - ''burada:'' varlı, dövlətli.
* '''Gəda''' - fəqir, dilənçi.
* '''Abi-həyat''' - dirilik suyu.
* '''Möhnət''' - ''burada:'' həsrət.
* '''Məlal''' - kədər, qəm.
* '''Zənbur''' - arı.
* '''Zəhmər''' - şaxta, ''burada:'' dəhşət.
* '''Qeyz''' - acıq, hirs, qəzəb, hiddət.
* '''Dinşəməz''' - ayırmaz, fərq qoymaz.
* '''Zərnişan''' - zərlə işlənmiş (parça)
* '''Firqət''' - ayrılıq.
[[Kateqoriya:Qoşmalar]]
[[Kateqoriya:Təbiət haqqında əsərlər]]
[[Kateqoriya:Dağlar]]
pp79fv28ozf390ob22s0yaj3tfmekn8
Yada düşdü
0
3531
95675
48882
2026-04-27T13:05:27Z
~2026-25617-54
12620
95675
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Yada düşdü
| müəllif = Cəfər Cabbarlı
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Gördüm üzünü, bağçada laləm yada düşdü;
Xxxxx dodağın bal kimi, ağzım dada düşdü.
Bir lalə yetişmişdi bu viranə çəməndə,
Bad əsdi, xəzan vurdu da, laləm bada düşdü.
Bir qönçə yetirdim, bəzədim, nazını çəkdim;
Aldı fələk əldən onu, yanın yada düşdü.
Bağlandı könül bir gülə, səs tutdu mahalı;
Guya ki, bu dünyada qan oldu, qada düşdü.
Söz verdi, sözün tutmadı, and içdi, unutdu;
Bəlkə, deyirəm, yar usanıb innada düşdü?
Bəxt onda ki, paylandı, biri çatmadı payə,
Dünyada o bədbəxt də bizim bərbada düşdü.
Bir ovçu kimi göldə gözəl bir sona vurdum,
Çaldı qanadın göydə, gedib dəryada düşdü.
</poem>
[[Kateqoriya:Şeirlər]]
ooav3td2zkx909mdhusjnwmmhxqody8
95676
95675
2026-04-27T13:05:54Z
Quinlan83
9138
Restored revision 48882 by [[Special:Contributions/Araz Yaquboglu|Araz Yaquboglu]] ([[User talk:Araz Yaquboglu|talk]]): Restore (TwinkleGlobal)
95676
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Yada düşdü
| müəllif = Cəfər Cabbarlı
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Gördüm üzünü, bağçada laləm yada düşdü;
Əmdim dodağın bal kimi, ağzım dada düşdü.
Bir lalə yetişmişdi bu viranə çəməndə,
Bad əsdi, xəzan vurdu da, laləm bada düşdü.
Bir qönçə yetirdim, bəzədim, nazını çəkdim;
Aldı fələk əldən onu, yanın yada düşdü.
Bağlandı könül bir gülə, səs tutdu mahalı;
Guya ki, bu dünyada qan oldu, qada düşdü.
Söz verdi, sözün tutmadı, and içdi, unutdu;
Bəlkə, deyirəm, yar usanıb innada düşdü?
Bəxt onda ki, paylandı, biri çatmadı payə,
Dünyada o bədbəxt də bizim bərbada düşdü.
Bir ovçu kimi göldə gözəl bir sona vurdum,
Çaldı qanadın göydə, gedib dəryada düşdü.
</poem>
[[Kateqoriya:Şeirlər]]
22bz9tq4pvbwj8e7fpw8ygzvkarspto
Dağlar (Binələri çadır-çadır)
0
11086
95681
95668
2026-04-28T05:06:05Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Dağlar]] əlavə olundu [[VM:HC|HotCat]]
95681
wikitext
text/x-wiki
{{digər məna|Dağlar}}
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1943
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
Binələri çadır-çadır
Çox gəzmişəm özüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!
Maral gəzər asta – asta,
Enib gələr çeşmə üstə.
Gözüm yolda, könlüm səsdə,
Deyin, necə dözüm, dağlar?
Hər obanın bir yaylağı,
Hər tərlanın öz oylağı;
Dolaylarda bahar çağı:
Bir doyunca gəzim, dağlar!
Qayaları baş – başadır,
Güneyləri tamaşadır.
Gödək ömrü çox yaşadır,
Canım dağlar, gözüm dağlar!
Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada;
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar.
</poem>
[[Kateqoriya:1943-cü ilin gəraylıları]]
[[Kateqoriya:Dağlar]]
85j5p2fkzk486ihj08yif944opveg1j
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)
0
11136
95677
58488
2026-04-28T04:53:06Z
Araz Yaquboglu
734
95677
wikitext
text/x-wiki
{{aydınlaşdırma|Quran}}
{{Başlıq
| başlıq = [[Quran]]
| müəllif =
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi = [[Müəllif:Vasim Məmmədəliyev|Vasim Məmmədəliyev]] və [[Müəllif:Ziya Bünyadov|Ziya Bünyadov]]
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1992
| qeydlər =
}}
*Ön söz
{{Siyahı sütunlarla|5|
# [[/Əl-Fatihə surəsi]]
# [[/Əl-Bəqərə surəsi]]
# [[/Ali-İmran surəsi]]
# [[/Ən-Nisa surəsi]]
# [[/Əl-Maidə surəsi]]
# [[/Əl-Ənam surəsi]]
# [[/Əl-Əraf surəsi]]
# [[/Əl-Ənfal surəsi]]
# [[/Ət-Tövbə surəsi]]
# [[/Yunus surəsi]]
# [[/Hud surəsi]]
# [[/Yusif surəsi]]
# [[/Ər-Rəd surəsi]]
# [[/İbrahim surəsi]]
# [[/Əl-Hicr surəsi]]
# [[/Ən-Nəhl surəsi]]
# [[/Əl-İsra surəsi]]
# [[/Əl-Kəhf surəsi]]
# [[/Məryəm surəsi]]
# [[/Taha surəsi]]
# [[/Əl-Ənbiya surəsi]]
# [[/Əl-Həcc surəsi]]
# [[/Əl-Muminun surəsi]]
# [[/Ən-Nur surəsi]]
# [[/Əl-Furqan surəsi]]
# [[/Əş-Şuəra surəsi]]
# [[/Ən-Nəml surəsi]]
# [[/Əl-Qəsəs surəsi]]
# [[/Əl-Ənkəbut surəsi]]
# [[/Ər-Rum surəsi]]
# [[/Loğman surəsi]]
# [[/Əs-Səcdə surəsi]]
# [[/Əl-Əhzab surəsi]]
# [[/Səba surəsi]]
# [[/Fatir surəsi]]
# [[/Yasin surəsi]]
# [[/Əs-Saffat surəsi]]
# [[/Sad surəsi]]
# [[/Əz-Zumər surəsi]]
# [[/Əl-Mumin surəsi]]
# [[/Fussilət surəsi]]
# [[/Əş-Şura surəsi]]
# [[/Əz-Zuxruf surəsi]]
# [[/Əd-Duxan surəsi]]
# [[/Əl-Casiyə surəsi]]
# [[/Əl-Əhqaf surəsi]]
# [[/Məhəmməd surəsi]]
# [[/Əl-Fəth surəsi]]
# [[/Əl-Hucurat surəsi ]]
# [[/Qaf surəsi]]
# [[/Əz-Zariyat surəsi]]
# [[/Ət-Tur surəsi]]
# [[/Ən-Nəcm surəsi]]
# [[/Əl-Qəmər surəsi]]
# [[/Ər-Rəhman surəsi ]]
# [[/Əl-Vaqiə surəsi]]
# [[/Əl-Hədid surəsi]]
# [[/Əl-Mucadələ surəsi]]
# [[/Əl-Həşr surəsi]]
# [[/Əl-Mumtəhinə surəsi]]
# [[/Əs-Səff surəsi]]
# [[/Əl-Cumuə surəsi]]
# [[/Əl-Munafiqun surəsi]]
# [[/Ət-Təğabun surəsi]]
# [[/Ət-Talaq surəsi]]
# [[/Ət-Təhrim surəsi]]
# [[/Əl-Mulk surəsi]]
# [[/Nun surəsi]]
# [[/Əl-Haqqə surəsi]]
# [[/Əl-Məaric surəsi]]
# [[/Nuh surəsi]]
# [[/Əl-Cinn surəsi ]]
# [[/Əl-Muzzəmmil surəsi]]
# [[/Əl-Muddəssir surəsi]]
# [[/Əl-Qiyamə surəsi]]
# [[/Əl-İnsan surəsi]]
# [[/Əl-Mursəlat surəsi]]
# [[/Ən-Nəbə surəsi]]
# [[/Ən-Naziat surəsi]]
# [[/Əbəsə surəsi]]
# [[/Ət-Təkvir surəsi]]
# [[/Əl-İnfitar surəsi]]
# [[/Əl-Mutəffifin surəsi]]
# [[/Əl-İnşiqaq surəsi]]
# [[/Əl-Buruc surəsi]]
# [[/Ət-Tariq surəsi]]
# [[/Əl-Əla surəsi]]
# [[/Əl-Ğaşiyə surəsi]]
# [[/Əl-Fəcr surəsi]]
# [[/Əl-Bələd surəsi]]
# [[/Əş-Şəms surəsi]]
# [[/Əl-Leyl surəsi]]
# [[/Əz-Zuha surəsi]]
# [[/Əl-İnşirah surəsi]]
# [[/Ət-Tin surəsi]]
# [[/Əl-Ələq surəsi]]
# [[/Əl-Qədr surəsi]]
# [[/Əl-Bəyyinə surəsi]]
# [[/Əz-Zilzal surəsi]]
# [[/Əl-Adiyat surəsi]]
# [[/Əl-Qariə surəsi]]
# [[/Ət-Təkasur surəsi]]
# [[/Əl-Əsr surəsi]]
# [[/Əl-Huməzə surəsi]]
# [[/Əl-Fil surəsi]]
# [[/Əl-Qureyş surəsi]]
# [[/Əl-Maun surəsi]]
# [[/Əl-Kovsər surəsi]]
# [[/Əl-Kafirun surəsi]]
# [[/Ən-Nəsr surəsi]]
# [[/Əbu Ləhəb surəsi]]
# [[/Əl-İxlas surəsi]]
# [[/Əl-Fələq surəsi]]
# [[/Ən-Nas surəsi]]}}
* [[/Şərhlər]]
[[Kateqoriya:Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)| ]]
8hngngfkzx7jqbp7d11ts2w3hszc516
Müəllif:Səməd Vurğun
102
13245
95678
95669
2026-04-28T04:58:04Z
Araz Yaquboglu
734
/* Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 */
95678
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Səməd Vurğun
|soyad =
|baş hərf = V
|doğum ili = 1906
|vəfat ili = 1956
|qeydlər =
|şəkil = Samad Vurgun (1942).jpg
|şəkil başlığı =
|vikipediya_keçidi = Səməd Vurğun
|vikisitat_keçidi = Səməd Vurğun
|commons_keçidi = Category:Samad Vurgun
}}
== Məqalələri ==
*[[Səhvlərimiz haqqında]]
== Tərcümələri ==
*[[Leyli və Məcnun (Nizami Gəncəvi)]]
== Əsərləri ==
=== Poemaları ===
* [[Komsomol poeması]]
* [[26lar poeması]]
*[[Azərbaycan (Səməd Vurğun)]]
*[[Azərbaycan Sovet Sosialist Respublikası himni]]
=== Dramları ===
* [[Vaqif]]
* [[Xanlar]]
* [[Fərhad və Şirin]]
* [[İnsan/Səməd Vurğun|İnsan]]
===Şeirləri===
* [[Azərbaycan (Səməd Vurğun)]]
== Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 ==
* [[Cavanlara xitab]]
* [[Maydan]]
* [[Göygöl (Səməd Vurğun)]]
* [[Şikəstəyə məktub]]
* [[Sızıltılarım]]
* [[Tərlanım (Səməd Vurğun)]]
* [[Bir gün məni lap boğurdu hicran]]
* [[Şuşa (Səməd Vurğun)]]
* [[Zeynal (Səməd Vurğun)]]
* [[Çiçək (Səməd Vurğun)]]
* [[Dan yıldızı]]
* [[Bir qətrə yaş]]
* [[Səyahət]]
* [[Sorma aqil kimsələrdən, sorma heç dünya nədir]]
* [[Dağlar (Səməd Vurğun)]]
* [[]]
* [[]]
* [[]]
<nowiki>
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh.
}}
<poem>
</poem>
[[Kateqoriya:XX əsrin şeirləri]]
</nowiki>
== Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 ==
* [[Aşıq qardaşıma]]
* [[Karyerist]]
* [[Çil toyuğun tək yumurtası]]
* [[Xeyrə-şərə yaramaz]]
* [[İncə xanım]]
* [[Azərbaycan (Gəlin sizə bir-bir danışım)]]
* [[Şadlıq]]
* [[Bizim gəncliyə]]
* [[Xəyal]]
* [[Qızcığaz]]
* [[Nizami (Səməd Vurğun)]]
* [[Fitnə]]
* [[Ürəyi xain adam]]
* [[Ləzgi qızı]]
* [[Sən utan]]
* [[Samur çayı]]
* [[Bir səs...]]
* [[20 bahar]]
* [[Ala gözlər]]
* [[Təzə il]]
* [[Şam]]
* [[Ananın öyüdü]]
* [[Şəfqət bacısı]]
* [[Qızıl şahinlər]]
* [[Qoca qəhrəmanın çıxışı]]
* [[Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdır]]
* [[Tarla nəğməsi]]
* [[Mıs-mıs]]
* [[Qəhrəmanın hünəri]]
* [[Sənəm qarının pıçıltıları]]
* [[Uşaq bağçası]]
* [[İgid şahin]]
* [[Məhəbbət (Səməd Vurğun)]]
* [[Sovqat]]
* [[Həyat eşqi]]
* [[Moskva (Səməd Vurğun)]]
* [[Oktyabr (Səməd Vurğun)]]
* [[Ukrayna partizanları]]
* [[Azərbaycan balası]]
* [[Salam, Moskva]]
* [[Həyat fəlsəfəsi]]
* [[Partizan Babaş]]
* [[Göz aydınlığı]]
* [[Dağlar (Binələri çadır-çadır)]]
* [[Gülə-gülə (Səməd Vurğun)]]
* [[Qoca qartal]]
* [[Salam, dostum]]
* [[]]
* [[]]
<nowiki>
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
</poem>
[[Kateqoriya:XX əsrin şeirləri]]
</nowiki>
== Səməd Vurğuna məktublar ==
* [[İldırım təşkilatının Səməd Vurğuna məktubu]]
[[Kateqoriya:Azərbaycan şairləri]]
[[Kateqoriya:Azərbaycan tərcüməçiləri]]
[[Kateqoriya:1906-cı ildə doğulanlar]]
[[Kateqoriya:1956-cı ildə vəfat edənlər]]
[[Kateqoriya:Tənqidçilər]]
l1y5d3o75xz6ee18eev0k48nd76ld9a
Dağlar (Bir ay yarım nobahardan keçəndə)
0
16776
95683
80488
2026-04-28T05:06:30Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Dağlar]] əlavə olundu [[VM:HC|HotCat]]
95683
wikitext
text/x-wiki
{{Aydınlaşdırma|Dağlar (dəqiqləşdirmə)}}
{{Başlıq
| başlıq = Dağlar
| müəllif = Aşıq Ələsgər
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1905
| qeydlər = '''Mənbə:''' Qara Namazov, [http://elibrary.bsu.az/kis/1603.pdf "El çələngi" (xalq şeirindən seçmələr)], Bakı, 2004.
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Bir ay yarım nobahardan keçəndə,
Car olur köksündən sellərin, dağlar!
Çalxanır sonalar, çığrışır qazlar,
Zəm-zəm zümzüməli göllərin, dağlar!
Hanı mən gördüyüm qurğu-büsatlar!?
Dərdməndlər görsə, tez bağrı çatlar;
Mələşmir sürülər, kişnəşmir atlar,
Niyə pərişandı halların, dağlar?!
Hanı bu yaylaqda yaylayan ellər!?
Görəndə gözümdən car oldu sellər.
Seyr etmir köksündə türfə gözəllər,
Sancılmır buxağa gullərin, dağlar!
Hanı mərd iyidlər, boş qalıb yurdu!?'
Səxavətdə Eldar nur-alə-nurdu.
Erkək kəsib, ağır məclis qururdu,
Şülən çəkilirdi malların, dağlar!
Gözəllər çeşməndən götürmür abı,
Dad verə dəhanda Kövsər şərabı.
Xaçpərəstlə düşdü Bund inqilabı,
Onunçün bağlandı yolların, dağlar!
Sarınərdən top-tüfəngin atılı(r),
Qısır Murğuz Şah-dağına çatılı(r).
Bir əmliyin bir tümənə satılı(r),
Xəzəl olu(r) yenə pülların, dağlar!
Kəpəz, Murov, Qonur - gör neçə dağ var…
Üstünə nur yağsın, ay dəli Qoşqar!
Yayın ort(a) ayında yağdırırsan qar,
Səf çəkib üstündə salların, dağlar!
Elə ki, şər gəldi, qaraltdı qaşı,
Dumana qərq olur dağların başı.
Düşəndə gürg ilə kəlbin savaşı,
Uzun çəkir qi(y)lü-qalların, dağlar!
Halıyam Eldarın var cümləsindən,
Gecə yatmır bir-birinin bəhsindən.
İyid nə'rəsindən, güllə səsindən
Dəyməmiş tökülür kalların, dağlar!
Həsənnənə, Həsənbaba qoşadı,
Xaşbulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!
</poem>
[[Kateqoriya:1905-ci ilin qoşmaları]]
[[Kateqoriya:Dağlar]]
ks794htxfb0tp9e271e688ts2t66q9n
Qafqaz
0
17666
95686
82169
2026-04-28T05:09:40Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Dağlar]] əlavə olundu [[VM:HC|HotCat]]
95686
wikitext
text/x-wiki
{{aydınlaşdırma|Qafqaz (dəqiqləşdirmə)}}
{{Başlıq
| başlıq = Qafqaz
| müəllif = Mikayıl Müşfiq
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>
Bu dağlar, göylərdə oynayan bu dağlar,
Bağrında filizlər qaynayan bu dağlar...
Buludlar rəqs еdər bunların başında,
Döşündə guruldar çayların nərəsi;
Hər zümrüd yamacı, hər yaşıl dərəsi,
Min cövhər gizləmiş ən kiçik daşında.
Həp sənsin dеyilmi olanım, olmazım,
Qafqazım, Qafqazım, qazanclı Qafqazım.
Bu yüksək dağların nöqsan var nəsində
Qaynarkən mədənlər atəşli köksündə.
Nеfti var, qazı var, boranı, qarı var,
Şənlədir zavodda, fabrikdə hər kəsi,
Bakının buхtası, Tiflisin Zagеsi.
Sabunçu uğuldar, Riyongеs guruldar,
Istərim bunlarla çınlasın avazım,
Qafqazım, Qafqazım, qazanclı Qafqazım.
Mеşələr, o ləpir görməyən mеşələr,
kimsəyə könlünü vеrməyən mеşələr...
Çəlikdən mişarlar gözləyir, dеyilmi?!.
Al kəmər taхalım bunların bеlinə,
Gürcüstan söyləyir: hər daşqın sеlimi,
Alınız, vеriniz çarхların əlinə.
Olmasın kimsədən minnətim, niyazım,
Qafqazım, Qafqazım, qazanclı Qafqazım.
Sardıqca dağları voltlarla günəşlər,
Altında хalqımız bir yеyər, bir işlər.
Bir zaman gələcək, hər yеrin olacaq
Aləmə хoş gələn rəngbərəng bir dеkor.
Haçadil atların dəmirdən olacaq,
kolхozun sürdükcə zəmidə traktor,
Şişəcək kür çayım, coşacaq Arazım,
Qafqazım, Qafqazım, qazanclı Qafqazım.
Еy bu gənc dağların biqərar yolçusu,
Qanadlan! Çalındı yüksəliş borusu.
Еy cənub tərlanı, döyünsün ürəyin,
Yılmadan <ref>Bu tarix səhvdir. Ağa Məhəmməd şah 1797-ci ilin baharında yenidən Azərbaycana hücum etmişdir</ref> havalan bu alı dağlara,
Dərəsi, təpəsi bahalı dağlara.
Bir sabah olarkən qızıldan dirəyin,
Səslənib duracaq əlində şən sazım,
Qafqazım, Qafqazım, qazanclı Qafqazım.
</poem>
== Qeydlər ==
[[Kateqoriya:Şeirlər]]
[[Kateqoriya:Dağlar]]
5vrzeock8tnin4exo66hxz72btxc8oq
Qafqaz (A.Puşkin)
0
19533
95687
95327
2026-04-28T05:09:57Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Dağlar]] əlavə olundu [[VM:HC|HotCat]]
95687
wikitext
text/x-wiki
{{aydınlaşdırma|Qafqaz (dəqiqləşdirmə)}}
{{Başlıq
| başlıq = Qafqaz
| müəllif = Aleksandr Puşkin
| keçidsiz müəllif =
| tərcüməçi = Abbas Səhhət
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1829
| qeydlər =
}}
<poem>
Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən
Tutmuşam tək uçurum qarlı dağ üstündə qərar,
Qara quş uçmağa qalxarsa uzaq bir təpədən,
Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar.
Buradan mən görürəm çeşmələri, qaynamada,
Şübhəli, qorxulu uçurumları ilk oynamada.
Burda məndən aşağı göydə bulud oynaqlar,
Arasından buludun dağda su qaynar, çağlar,
Görünür onların altında böyük daz qayalar,
Onun altında zəif çığ, qurumuş kol-kos var.
Daha ondan aşağı rəngi yaşıl ormanlar,
Orda quşlar ötər, ətrafı gəzər ceyranlar...
</poem>
[[Kateqoriya:1829-cu ilin şeirləri]]
[[Kateqoriya:Tərcümələr]]
[[Kateqoriya:Dağlar]]
bcw2mzdjivkgaaf5ryajdc1c483eizc
Dağlar (Səməd Vurğun)
0
33405
95682
95523
2026-04-28T05:06:20Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Dağlar]] əlavə olundu [[VM:HC|HotCat]]
95682
wikitext
text/x-wiki
{{digər məna|Dağlar}}
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1927
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh.33
}}
<poem>
Yenə nə durursan pəhləvan kimi,
Çirməyib qolunu mərdanə, dağlar!
Könül yenə bəhri-bipayan kimi
Səslənir çalxana-çalxana, dağlar!
Mən çox istərdim ki, sənin heç zaman
Örtməsin o dilbər hüsnünü duman.
Elin zərərindən mənfəət uman
Boyansın, demişəm, al qana, dağlar!
Zirvəndəki söyüd göylərə çatır,
Kölgəsində yorğun yolçular yatır;
Maralın, ceyranın min işvə satır,
Su göndər bu yerdə yanana, dağlar!
Çox gözəl olursan ellər köçəndə,
Suyundan gəlinlər, qızlar içəndə;
Qıy vurub tərlanın yel tək keçəndə,
Bir vəlvələ düşər hər yana, dağlar!
</poem>
[[Kateqoriya:1927-ci ilin şeirləri]]
[[Kateqoriya:Dağlar]]
ifxxqhasfuu262sus94n9uu034drqko
Qoca qartal
0
33470
95679
2026-04-28T05:01:02Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95679
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1943
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
Dağ döşündən qoca qartal,
Göy üzünə nəzər saldı.
Onun qanı coşdu dərhal,
Bir qıy vurub qanad çaldı.
Uçdu qartal iftixarla,
Bir ox kimi süzüb getdi.
Göydən yerə o vüqarla,
Baxıb-baxıb gözdən itdi.
Hava döndü, qopdu külək.
Göyün üzü lap qaraldı.
Qartal göylə əlləşərək
Qanadından lələk saldı.
Əl çəkmədi dəli rüzgar.
Qamçıladı o qartalı.
Çaxnaşdıqca ağ buludlar,
Guruldadı göy qavalı.
Çox əlləşdi o bir zaman,
Buludlan aşsın deyə.
Sinəsindən açıldı qan,
Son dəfəcik mavi göyə.
O həsrətlə baxıb yenə.
Bir daş kimi yerə düşdü.
Qurban oldu öz eşqinə,
Nəcib ruhu göyə uçdu.
</poem>
[[Kateqoriya:1943-cü ilin şeirləri]]
nnc9f1ne4fda88t07s4tfnsfifoqh6f
Salam, dostum
0
33471
95680
2026-04-28T05:05:40Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95680
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1943
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
Nə qədər şirindir ömrün günləri,
İnsan yaşadıqca yaşamaq istər.
Vətən torpağında doğan hər səhər —
O dağ lalələri, səhra gülləri
Yaşamaq şirindir deyir hər zaman;
Yaşamaq eşqilə yaradır insan!
Ancaq zaman-zaman vaxtsız ölümlər
Döyür qapıları qurban istəyir.
Bəzən açılmadan solur min hünər,
Ölüm qəh-qəh çəkir, "güclüyəm" — deyir!
Ölüm söylədiyim o xain iblis
Bir düşmən yaranmış gözəl varlığa;
Ölümü öldürsün qoy əllərimiz,
O, qılınc çəkməsin bəxtiyarlığa!
Sən həyat dostusan, ellər zinəti!
İnsanlıq eşqidir sinəndə yanan.
O saf qəlbindəki pak məhəbbəti
Bir vaxt laylasında çalmışdır anan!
Açıq alnındakı o sadə vüqar
Bizim babalardan bir yadigardır.
Doğru söz, düz ilqar, bir də etibar —
Qəlbində müqəddəs bir dünya vardır.
Yuxusuz gecələr çox keçirmisən,
Üzündən şövq almış xəstəxanalar.
Ölümdən insanı qaytardıqca sən,
Gözünün yaşını silən analar
Xeyir-dua demiş sənə hər zaman.
Yaxşılıq çıxmayır dünyada yaddan!
Eşqin şərbətini hələ içmədən
Ölüm yatağına düşən bir pəri
Şikayət etdikcə öz taleyindən,
Səndəki o həssas Loğman əlləri
Ona can vermişdir, ey mahir ustad!
Yaşasın məhəbbət, yaşasın həyat!..
Sənin hünərinlə ncço qəhrəman
Əsgər paltarını geymiş yenidən.
Qılınc qurşamışdır neçə pəhləvan,
Baxıb öz oğluna sevinmiş Vətən.
Sevinmiş anamız — Odlar ölkəsi,
Səni alqışlamış min qəlbin səsi!..
Dostum! Şöhrətinlə fəxr edirik biz,
Bizə çox görməsin səni təbiət!
Yaşasın, yaratsın nəsillərimiz…
Elmin şərəfinə yazılan qüdrət
Vətən torpağında bir çıraq olsun,
Yaradan insanın üzü ağ olsun!
Sən də bilirsən ki. əzəldən bəri
Dahilər yurdudur ana Vətənim.
Safdır, müqəddəsdir pak əməllərin;
Bu böyük səadət haqqımdır mənim!
Bizə döşlərindən süd verən ana
Bizi tapşırmışdır Azərbaycana!
Yarış meydanıdır əzəldən aləm,
Görüm büdrəməsin sürdüyümüz at…
Bir ölməz şölırətdir cahanda qələm.
Qələmlə qurulur ən böyük büsat!
Diləyim budur ki, hər gecə, hər gün.
Sənin qələmindən inci tökülsün!
Bir şair sözünü yadında saxla.
Bil ki, bu dünyada hünər qalacaq…
Elmin qüdrətilə yüz kitab bağla!
Ellər öz dərsini ondan alacaq…
Var olsun kamalın, bir də qüdrətin.
Gül açsın daim saf məhəbbətin!
</poem>
[[Kateqoriya:1943-cü ilin şeirləri]]
qsl8a3v28bz9hvkr0oxxndhnf0r7d3o
Kateqoriya:Dağlar
14
33472
95685
2026-04-28T05:08:10Z
Araz Yaquboglu
734
Səhifə "{{Vikianbar kateqoriyası|Mountains}} [[Kateqoriya:Relyef formaları]] [[Kateqoriya:Təbii coğrafi obyektlər]]" məzmunu ilə yaradıldı
95685
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|Mountains}}
[[Kateqoriya:Relyef formaları]]
[[Kateqoriya:Təbii coğrafi obyektlər]]
mbbpqw6vn3ta14lyhphczi86c2tn3rb