Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.46.0-wmf.26
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Yanıltmaclar
0
12494
95693
95456
2026-04-29T16:11:38Z
~2026-26248-75
12622
/* Ç */
95693
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Yanıltmaclar
| müəllif =
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı]]
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə =
| vikipediya_keçidi = Yanıltmac
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
{{ABC}}
== A ==
* Acdım sac asdım, yadımdan çıxdı küllənməmiş asdım.
* Adəm mədənə getmiş. Adəm mədəndə badam yemiş. Madam ki Adəm mədəndə badam yemiş, niyə bizə gətirməmiş?
* Acmışam sac asmışam, bilməmişəm, küllənməmiş yaş asmışam.
* Axşam bozbaş asmışam, çaşıb qazanı boş asmışam.
* Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq.
* Ağ inək o tayda ayağın yalayır, nənəm də bu tayda ağın yamayır.
* Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min…..
* Aşpaz Abbas aş asmış, asmışsa da az asmış.
* Aşpaz Abbas bozbaş asar o başda, bu başda.
* Aşpaz Abbas bir tas daşma aş asmış, asmışsa da, amma bir az az asmış.
* Ay axır çərşənbə axşamı, gəlmişəm səninlə çərşənbələşəm, çərşənbələşsən də çərşənbələşəcəyəm, çərşənbələşməsən də çərşənbələşəcəyəm.
* Ay axsaq aşpaz Həsən şah, aşpazlar aş bişirir, sən də gəl aş bişir, ay axsaq aşpaz Həsən şah!
* Ay ağ qılquyruq qırqovul, qara qılquyruq qırqovulu gördünmü?
* Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul.
* Ay fatalı, huy fatalı, çatı gətir, çay içində tay çataq.
* Ay göy-ala qarğa qardaş, mənimlə qardaş olsan da səninlə qardaş olacağam, olmasan da səninlə göy-ala qarğa qardaş olacağam.
== B ==
* Bazarda nə ucuz? Mis ucuz, duz ucuz, kuncut ucuz.
* Bir bərbər bir bərbərə "Ey bərbər, gəl qardaş, biz birlikdə Bərbəristanda bir bərbər dükanı açaq." demiş.
* Bir bərbər o biri bərbərə dedi ki, bir bəri bax.
* Bir tarlaya iki kürkü cırıq keçəl kor kirpi dadanmış. Biri kürkü cırıq erkək keçəl kor kirpi digəri kürkü cırıq dişi keçəl kor kirpi. Kürkü cırıq kişi keçəl kor kirpinin kürkünü kürkü cırıq dişi keçəl kor kirpinin kürkünə; kürkü cırıq dişi keçəl kor kirpinin kürkünü də kürkü cırıq erkək keçəl kor kirpinin kürkünə əlavə etmişlər.
* Biz onlara dərs verək deyərkən onlar da bizə dərs vermişlər, indi gedib onlara bir dərs daha verək də biz onlara dərs verərkən gəlib bizə dərs vermək nəymiş görsünlər.
* Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.
* Bu qatığı sarımsaqlasaqmı saxlasaq, sarımsaqlamasaqdamı saxlasaq.
* Bu qılquyruq qırqovul qırxquyruq qırqovul imiş.
* Bu mis nə pis mis imiş; bu mis Kaşan misi imiş.
* Bu şorbanı nanələşdirməlimi də yeməli, nanələşdirməməli də yeməli?
* Bülbül gülə gül dedi gül gülmədi getdi bülbül gülə gül bülbülə yar olmadı getdi.
== C ==
* Cücüləri cücələrə tapşırdılar cücülər, Cücüləri bircə-bircə aşırdılar cücələr
* Cüt cücə, Cüt-cüt cücə, Üç cüt cücə
== Ç ==
* Çəpdgdhf keçi çəp keçidi çəpəki keçib çəpərə keçər.
* Çağatayda çarmıxa çaxılan çarın çavuşu, palçıqlı çamçağı çayda çalxalayarkən, çantasından paltarlarını oğurlatdı…
== D ==
* Dadaş dayı Dəmirin danalarını damın dalında döydü. Dadaş dayı, danaları damın dalında döymə. Dadaş dayı dedi: Dəmirin danaları damın dalındakı darıları dağıtdığıyçün danaları döyəcəyəm. Dadaş dayı danaları döydü.
* Dağdan dığırlanır dığır-dığır dığdığa.
* Dəyirmana girdi köpək, dəyirmançı vurdu kötək; həm kötək yedi köpək, həm kəpək yedi köpək.
* Dəmirçi Dadaş dayı, dədəm deyir ki, dəmiri daşa, daşı dəmirə döyməsin. Dəmiri daşa, daşı dəmirə döysə daş deşilər.
* Dilim-dilim olasan, ay dilim, dedim dinmə. Dilim dedi: dinməz idim, dindirdilər dindim mən.
* Dörd dəryanın dərəsini dörd dərgahın dərbəndinə təhvil versələr, dörd dəryadan dörd dərd, dörd dərgahdan dörd nəhəng çıxar.
== E ==
* El aləm al dana aldı, aladanalandı da biz bir ala dana alıb aladanalanamadıq.
* Ey dibi quru qabığı quru kobud qarağac, məni gördüncəmi qurudun ey dibi quru qabığı qara-qara ağac məni görmədinmi qurudun.
== G ==
* Getdim, gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Dişi kar, kor kürkü yırtıq kirpi erkək kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürkü yırtıq kirpi dişi kar, kor kürküyırtıq kirpinin kürkünü yamayır.
* Getdim, gördüm bir dərədə yeddi qara, qaşqa, təpəl, səkil keçi var. Dedim: — Ay yeddi qara, qaşqa, təpəl, səkil keçi, mənim yeddi qara, qaşqa, təpəl, səkil, keçimi gördünmü? Dedi: — Sənin o yeddi qara, qaşqa, təpəl, səkil keçin mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimin yeddi qara, qaşqa, təpəl, səkil balasıdı.
* Getdim, gördüm, bir dərədə bir bərbər bir bərbəri bər-bər bəyirdir. Dedim, ay bərbər, bu bərbəri nə üçün bər-bər bəyirdirsən? Dedi, bu bərbərin atası bərbər mən bərbərin atası bərbəri bər-bər bəyirtdiyi üçün mən bərbər də bu bərbəri bər-bər bəyirdirəm.
* Göy cöngə, gömgöy cöngə, dümgöy cöngə.
* Göydən bir damla düşdü, şıp mənim alnıma,
şıp anamın alnına, şıp mənim alnıma, şıp anamın alnına…
* Gül güllükdə, kül küllükdə, gül güllükdə, kül küllükdə.
== H ==
* Haqqı, haqqıya getmiş, Haqqı. haqqıdan haqqını istəmiş, Haqqı,
Haqqının haqqını verməyincə, Haqqı da Haqqının haqqından gəlmiş.
== İ ==
* İki keçəl kor kirpinin cırıq kürkünü dişi keçəl kor kirpinin cırıq kürkünə əlavə etmişlər.
* İt iti itələdi, bit iti itələdi, it biti itələdi. Bit getdi, it getdi. İtdi, bitdi, getdi.
* İynəni sarı sapla sapla, dümsarı sapla, sapsarı sapla sapla.
== K ==
* Keçilər köçürdülər, küçədən keçirdilər, küçük qaçdı küçəyə,
Keçilərin kiçiyi, keçi dedi küçüyə.
== Q ==
* Qalayçı Qasım qardaş qazanı qalaylaya-qalaylaya qaldırıb qoyur.
* Qara qaranı qarayla qaralayırdı,
Qaralanan qara qaradan qaralanırdı.
* Qartal qalxar dal sallanar, dal sallanar qartal qalxar.
* Qatığı sarımsaqlasan da yemək olar, sarımsaqlamasan da.
* Qığılcımı qıcıqlandırma qıcıqlandıracaqsansa qığılcımlanacaq.
* Qırx qazan qırx küp qulpu, xub qırx qazan qırx küp qulpu.
* Qırx küp, qırxının da qulpu qırıq küp.
* Qovlamalaşsan da qovlamalaşacağam, qovlamalaşmasan da qovlamalaşacağam.
== M ==
* Mollanı əmmamələməlimi, əmmamələməməlimi?
== O ==
* Ocağı qığılcımlandırma, qığılcımlandırsan da qığılcımlandıracağam, qığılcımlandırmasan da qığılcımlandıracağam.
== S ==
* Siz bizim Azərbaycanlaşdırdıqlarımızdansınızmı, yoxsa Azərbaycanlaşdırmadıqlarımızdansınızmı?
* Sizin allı ballı qapaqlı bayquşunuz bizim allı ballı qapaqlı bayquşumuza allı ballı qapaqlı bayquş demiş…
* Sizin damda var beş boz başlı beş boz ördək, bizim damda var beş boz başlı beş boz ördək. Sizin damdakı beş boz başlı beş boz ördək; bizim damdakı beş boz başlı beş boz ördəyə: "Siz də bizim kimi beş boz başlı beş boz ördəksiniz." demiş.
* Siz MollaNəsrəddinləşdirilmişlərdənsinizmi?
* Saatlıda saatlılıya saatsazın saatsıza satdığı saatımı satdım.
Siz də bizim elektirikləşdirdiklərimizdənsinizmi?
== Y ==
* Yarpağın üstündə bir tırtıl, yarpağı yeyir tikə-tikə, yarpağı yemə murdar xain tırtıl.
* Yat, yat, yat, qovun qarpızda yata-yata böyüyər…
* Yetişmiş yemişi yetim yemiş.
* Yorğana yoğrul yorğun.
[[Kateqoriya:Yanıltmaclar]]
n3chj3emcozuz3c8xgvj21t4ooqdch8
95694
95693
2026-04-29T16:13:57Z
NDG
12143
Reverted edits by [[Special:Contribs/~2026-26248-75|~2026-26248-75]] ([[User talk:~2026-26248-75|talk]]) to last version by ~2026-19652-20: test edits, please use the sandbox
95456
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Yanıltmaclar
| müəllif =
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı]]
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə =
| vikipediya_keçidi = Yanıltmac
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
{{ABC}}
== A ==
* Acdım sac asdım, yadımdan çıxdı küllənməmiş asdım.
* Adəm mədənə getmiş. Adəm mədəndə badam yemiş. Madam ki Adəm mədəndə badam yemiş, niyə bizə gətirməmiş?
* Acmışam sac asmışam, bilməmişəm, küllənməmiş yaş asmışam.
* Axşam bozbaş asmışam, çaşıb qazanı boş asmışam.
* Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq.
* Ağ inək o tayda ayağın yalayır, nənəm də bu tayda ağın yamayır.
* Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min…..
* Aşpaz Abbas aş asmış, asmışsa da az asmış.
* Aşpaz Abbas bozbaş asar o başda, bu başda.
* Aşpaz Abbas bir tas daşma aş asmış, asmışsa da, amma bir az az asmış.
* Ay axır çərşənbə axşamı, gəlmişəm səninlə çərşənbələşəm, çərşənbələşsən də çərşənbələşəcəyəm, çərşənbələşməsən də çərşənbələşəcəyəm.
* Ay axsaq aşpaz Həsən şah, aşpazlar aş bişirir, sən də gəl aş bişir, ay axsaq aşpaz Həsən şah!
* Ay ağ qılquyruq qırqovul, qara qılquyruq qırqovulu gördünmü?
* Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul.
* Ay fatalı, huy fatalı, çatı gətir, çay içində tay çataq.
* Ay göy-ala qarğa qardaş, mənimlə qardaş olsan da səninlə qardaş olacağam, olmasan da səninlə göy-ala qarğa qardaş olacağam.
== B ==
* Bazarda nə ucuz? Mis ucuz, duz ucuz, kuncut ucuz.
* Bir bərbər bir bərbərə "Ey bərbər, gəl qardaş, biz birlikdə Bərbəristanda bir bərbər dükanı açaq." demiş.
* Bir bərbər o biri bərbərə dedi ki, bir bəri bax.
* Bir tarlaya iki kürkü cırıq keçəl kor kirpi dadanmış. Biri kürkü cırıq erkək keçəl kor kirpi digəri kürkü cırıq dişi keçəl kor kirpi. Kürkü cırıq kişi keçəl kor kirpinin kürkünü kürkü cırıq dişi keçəl kor kirpinin kürkünə; kürkü cırıq dişi keçəl kor kirpinin kürkünü də kürkü cırıq erkək keçəl kor kirpinin kürkünə əlavə etmişlər.
* Biz onlara dərs verək deyərkən onlar da bizə dərs vermişlər, indi gedib onlara bir dərs daha verək də biz onlara dərs verərkən gəlib bizə dərs vermək nəymiş görsünlər.
* Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.
* Bu qatığı sarımsaqlasaqmı saxlasaq, sarımsaqlamasaqdamı saxlasaq.
* Bu qılquyruq qırqovul qırxquyruq qırqovul imiş.
* Bu mis nə pis mis imiş; bu mis Kaşan misi imiş.
* Bu şorbanı nanələşdirməlimi də yeməli, nanələşdirməməli də yeməli?
* Bülbül gülə gül dedi gül gülmədi getdi bülbül gülə gül bülbülə yar olmadı getdi.
== C ==
* Cücüləri cücələrə tapşırdılar cücülər, Cücüləri bircə-bircə aşırdılar cücələr
* Cüt cücə, Cüt-cüt cücə, Üç cüt cücə
== Ç ==
* Çəp keçi çəp keçidi çəpəki keçib çəpərə keçər.
* Çağatayda çarmıxa çaxılan çarın çavuşu, palçıqlı çamçağı çayda çalxalayarkən, çantasından paltarlarını oğurlatdı…
== D ==
* Dadaş dayı Dəmirin danalarını damın dalında döydü. Dadaş dayı, danaları damın dalında döymə. Dadaş dayı dedi: Dəmirin danaları damın dalındakı darıları dağıtdığıyçün danaları döyəcəyəm. Dadaş dayı danaları döydü.
* Dağdan dığırlanır dığır-dığır dığdığa.
* Dəyirmana girdi köpək, dəyirmançı vurdu kötək; həm kötək yedi köpək, həm kəpək yedi köpək.
* Dəmirçi Dadaş dayı, dədəm deyir ki, dəmiri daşa, daşı dəmirə döyməsin. Dəmiri daşa, daşı dəmirə döysə daş deşilər.
* Dilim-dilim olasan, ay dilim, dedim dinmə. Dilim dedi: dinməz idim, dindirdilər dindim mən.
* Dörd dəryanın dərəsini dörd dərgahın dərbəndinə təhvil versələr, dörd dəryadan dörd dərd, dörd dərgahdan dörd nəhəng çıxar.
== E ==
* El aləm al dana aldı, aladanalandı da biz bir ala dana alıb aladanalanamadıq.
* Ey dibi quru qabığı quru kobud qarağac, məni gördüncəmi qurudun ey dibi quru qabığı qara-qara ağac məni görmədinmi qurudun.
== G ==
* Getdim, gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Dişi kar, kor kürkü yırtıq kirpi erkək kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürkü yırtıq kirpi dişi kar, kor kürküyırtıq kirpinin kürkünü yamayır.
* Getdim, gördüm bir dərədə yeddi qara, qaşqa, təpəl, səkil keçi var. Dedim: — Ay yeddi qara, qaşqa, təpəl, səkil keçi, mənim yeddi qara, qaşqa, təpəl, səkil, keçimi gördünmü? Dedi: — Sənin o yeddi qara, qaşqa, təpəl, səkil keçin mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimin yeddi qara, qaşqa, təpəl, səkil balasıdı.
* Getdim, gördüm, bir dərədə bir bərbər bir bərbəri bər-bər bəyirdir. Dedim, ay bərbər, bu bərbəri nə üçün bər-bər bəyirdirsən? Dedi, bu bərbərin atası bərbər mən bərbərin atası bərbəri bər-bər bəyirtdiyi üçün mən bərbər də bu bərbəri bər-bər bəyirdirəm.
* Göy cöngə, gömgöy cöngə, dümgöy cöngə.
* Göydən bir damla düşdü, şıp mənim alnıma,
şıp anamın alnına, şıp mənim alnıma, şıp anamın alnına…
* Gül güllükdə, kül küllükdə, gül güllükdə, kül küllükdə.
== H ==
* Haqqı, haqqıya getmiş, Haqqı. haqqıdan haqqını istəmiş, Haqqı,
Haqqının haqqını verməyincə, Haqqı da Haqqının haqqından gəlmiş.
== İ ==
* İki keçəl kor kirpinin cırıq kürkünü dişi keçəl kor kirpinin cırıq kürkünə əlavə etmişlər.
* İt iti itələdi, bit iti itələdi, it biti itələdi. Bit getdi, it getdi. İtdi, bitdi, getdi.
* İynəni sarı sapla sapla, dümsarı sapla, sapsarı sapla sapla.
== K ==
* Keçilər köçürdülər, küçədən keçirdilər, küçük qaçdı küçəyə,
Keçilərin kiçiyi, keçi dedi küçüyə.
== Q ==
* Qalayçı Qasım qardaş qazanı qalaylaya-qalaylaya qaldırıb qoyur.
* Qara qaranı qarayla qaralayırdı,
Qaralanan qara qaradan qaralanırdı.
* Qartal qalxar dal sallanar, dal sallanar qartal qalxar.
* Qatığı sarımsaqlasan da yemək olar, sarımsaqlamasan da.
* Qığılcımı qıcıqlandırma qıcıqlandıracaqsansa qığılcımlanacaq.
* Qırx qazan qırx küp qulpu, xub qırx qazan qırx küp qulpu.
* Qırx küp, qırxının da qulpu qırıq küp.
* Qovlamalaşsan da qovlamalaşacağam, qovlamalaşmasan da qovlamalaşacağam.
== M ==
* Mollanı əmmamələməlimi, əmmamələməməlimi?
== O ==
* Ocağı qığılcımlandırma, qığılcımlandırsan da qığılcımlandıracağam, qığılcımlandırmasan da qığılcımlandıracağam.
== S ==
* Siz bizim Azərbaycanlaşdırdıqlarımızdansınızmı, yoxsa Azərbaycanlaşdırmadıqlarımızdansınızmı?
* Sizin allı ballı qapaqlı bayquşunuz bizim allı ballı qapaqlı bayquşumuza allı ballı qapaqlı bayquş demiş…
* Sizin damda var beş boz başlı beş boz ördək, bizim damda var beş boz başlı beş boz ördək. Sizin damdakı beş boz başlı beş boz ördək; bizim damdakı beş boz başlı beş boz ördəyə: "Siz də bizim kimi beş boz başlı beş boz ördəksiniz." demiş.
* Siz MollaNəsrəddinləşdirilmişlərdənsinizmi?
* Saatlıda saatlılıya saatsazın saatsıza satdığı saatımı satdım.
Siz də bizim elektirikləşdirdiklərimizdənsinizmi?
== Y ==
* Yarpağın üstündə bir tırtıl, yarpağı yeyir tikə-tikə, yarpağı yemə murdar xain tırtıl.
* Yat, yat, yat, qovun qarpızda yata-yata böyüyər…
* Yetişmiş yemişi yetim yemiş.
* Yorğana yoğrul yorğun.
[[Kateqoriya:Yanıltmaclar]]
8n2z6ihl8kqj9lnmdalc2h6k9osilxz
Müəllif:Səməd Vurğun
102
13245
95696
95689
2026-04-30T06:34:38Z
Araz Yaquboglu
734
/* Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 */
95696
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Səməd Vurğun
|soyad =
|baş hərf = V
|doğum ili = 1906
|vəfat ili = 1956
|qeydlər =
|şəkil = Samad Vurgun (1942).jpg
|şəkil başlığı =
|vikipediya_keçidi = Səməd Vurğun
|vikisitat_keçidi = Səməd Vurğun
|commons_keçidi = Category:Samad Vurgun
}}
== Məqalələri ==
*[[Səhvlərimiz haqqında]]
== Tərcümələri ==
*[[Leyli və Məcnun (Nizami Gəncəvi)]]
== Əsərləri ==
=== Poemaları ===
* [[Komsomol poeması]]
* [[26lar poeması]]
*[[Azərbaycan (Səməd Vurğun)]]
*[[Azərbaycan Sovet Sosialist Respublikası himni]]
=== Dramları ===
* [[Vaqif]]
* [[Xanlar]]
* [[Fərhad və Şirin]]
* [[İnsan/Səməd Vurğun|İnsan]]
===Şeirləri===
* [[Azərbaycan (Səməd Vurğun)]]
== Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 ==
* [[Cavanlara xitab]]
* [[Maydan]]
* [[Göygöl (Səməd Vurğun)]]
* [[Şikəstəyə məktub]]
* [[Sızıltılarım]]
* [[Tərlanım (Səməd Vurğun)]]
* [[Bir gün məni lap boğurdu hicran]]
* [[Şuşa (Səməd Vurğun)]]
* [[Zeynal (Səməd Vurğun)]]
* [[Çiçək (Səməd Vurğun)]]
* [[Dan yıldızı]]
* [[Bir qətrə yaş]]
* [[Səyahət]]
* [[Sorma aqil kimsələrdən, sorma heç dünya nədir]]
* [[Dağlar (Səməd Vurğun)]]
* [[]]
* [[]]
* [[]]
<nowiki>
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh.
}}
<poem>
</poem>
[[Kateqoriya:XX əsrin şeirləri]]
</nowiki>
== Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 ==
* [[Aşıq qardaşıma]]
* [[Karyerist]]
* [[Çil toyuğun tək yumurtası]]
* [[Xeyrə-şərə yaramaz]]
* [[İncə xanım]]
* [[Azərbaycan (Gəlin sizə bir-bir danışım)]]
* [[Şadlıq]]
* [[Bizim gəncliyə]]
* [[Xəyal]]
* [[Qızcığaz]]
* [[Nizami (Səməd Vurğun)]]
* [[Fitnə]]
* [[Ürəyi xain adam]]
* [[Ləzgi qızı]]
* [[Sən utan]]
* [[Samur çayı]]
* [[Bir səs...]]
* [[20 bahar]]
* [[Ala gözlər]]
* [[Təzə il]]
* [[Şam]]
* [[Ananın öyüdü]]
* [[Şəfqət bacısı]]
* [[Qızıl şahinlər]]
* [[Qoca qəhrəmanın çıxışı]]
* [[Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdır]]
* [[Tarla nəğməsi]]
* [[Mıs-mıs]]
* [[Qəhrəmanın hünəri]]
* [[Sənəm qarının pıçıltıları]]
* [[Uşaq bağçası]]
* [[İgid şahin]]
* [[Məhəbbət (Səməd Vurğun)]]
* [[Sovqat]]
* [[Həyat eşqi]]
* [[Moskva (Səməd Vurğun)]]
* [[Oktyabr (Səməd Vurğun)]]
* [[Ukrayna partizanları]]
* [[Azərbaycan balası]]
* [[Salam, Moskva]]
* [[Həyat fəlsəfəsi]]
* [[Partizan Babaş]]
* [[Göz aydınlığı]]
* [[Dağlar (Binələri çadır-çadır)]]
* [[Gülə-gülə (Səməd Vurğun)]]
* [[Qoca qartal]]
* [[Salam, dostum]]
* [[Gələcəyin toy-bayramı]]
* [[İlham pərisi]]
* [[Mənə belə söyləyirlər]]
* [[Bayraqdar]]
* [[]]
* [[]]
<nowiki>
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
</poem>
[[Kateqoriya:XX əsrin şeirləri]]
</nowiki>
== Səməd Vurğuna məktublar ==
* [[İldırım təşkilatının Səməd Vurğuna məktubu]]
[[Kateqoriya:Azərbaycan şairləri]]
[[Kateqoriya:Azərbaycan tərcüməçiləri]]
[[Kateqoriya:1906-cı ildə doğulanlar]]
[[Kateqoriya:1956-cı ildə vəfat edənlər]]
[[Kateqoriya:Tənqidçilər]]
3n7dihq8vyj5mfpcjpzri62aaux9pp3
İstifadəçi:James500
2
28333
95699
79659
2026-04-30T07:19:48Z
James500
10078
/* */ Remove template
95699
wikitext
text/x-wiki
{{Babel|en}}
[[en:User:James500]]
b167mzfa599c51y3hjzn4f18lk01tb1
Kateqoriya:Relyef formaları
14
33476
95695
2026-04-30T06:20:11Z
Araz Yaquboglu
734
Səhifə "{{Vikianbar kateqoriyası|Landforms}} [[Kateqoriya:Landşaft]] [[Kateqoriya:Növlərinə görə yerlər]] [[Kateqoriya:Fiziki-coğrafi regionlar]] [[Kateqoriya:Geomorfologiya]] [[Kateqoriya:Fiziki coğrafiya]] [[Kateqoriya:Yer]]" məzmunu ilə yaradıldı
95695
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|Landforms}}
[[Kateqoriya:Landşaft]]
[[Kateqoriya:Növlərinə görə yerlər]]
[[Kateqoriya:Fiziki-coğrafi regionlar]]
[[Kateqoriya:Geomorfologiya]]
[[Kateqoriya:Fiziki coğrafiya]]
[[Kateqoriya:Yer]]
jhfq3isnrybxd9lt8qzxyd0qez04cls
Mənə belə söyləyirlər
0
33477
95697
2026-04-30T06:40:16Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95697
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1943, 26 may
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
Görüb tanış olmadığım,
Qayğısına qalmadığım
Şeir dostu bir insandan
Bir xatirə söylədilər.
"Bizim elli bir qəhrəman -
Bir yaralı qızıl əsgər
Son nəfəsdə səni andı,
Dəniz kimi dalğalandı…
Dedi: "Doktor! Aman, doktor!
Sağlığıma güman yoxdur…
Bıçağını saxla bir dəm.
Bilirəm ki, öləcəyəm…
Gözüm yolda, könlüm səsdə,
Dinlə məni son nəfəsdə.
Qoy Vurğunun sözlərindən
Bir bənd deyim son dəfə mən;
Sən də eşit bu nəğməni,
Qoy dolaşsın o, aləmi:
"El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan! Azərbaycan!"
Deyib bu son sözlərini.
Yumdu qara gözlərini…"
Daha bəsdir, dayan bir az!
Yaman xəbər uzun olmaz…
Yaxşı bilir bunu aləm
Mən ağ günlər şairiyəm.
Ancaq yaman bir xəbərdən
Dəniz kimi bulannam mən…
Açılmayır qaş-qabağım
Ağır aylar, illər kimi;
Çiçək açmaz könül bağım
Susuz qalan çöllər kimi.
Aylar keçir bu söhbətdən,
Canımda bir külək əsir.
Düşündükcə, duyduqca mən
Bütün aləm qulaq asır…
Hara getsəm, nəyə baxsam,
Yerə baxsam, göyə baxsam.
Görmədiyim o qəhrəman
Gözlərimə baxır hər an…
O mənimlə qoşa gedir,
Nəsə məndən tələb edir…
***
Gözəl dost, dinləsin qoy məni aləm!
Bu şeir qəlbimdən qopan bir səsdir,
Sənin eşqin kimi bu müqəddəsdir.
Bəzən yaşa dönür gözlərimdə qəm…
Sən ki son nəfəsdə Vətəni andın,
Çayların axım dayandı bir an.
Sən ki, eşq oduna mərdanə yandın,
Simanı görürəm mən alovlardan…
Görürəm daim qartal sinəni,
Bir də o mehriban, o saf üzünü.
Qoynunda gəzdirsin ulduzlar səni,
Yazsın asimana ayaq izini…
Yox, yox! Ulduzlar da yerdən uzaqdır,
Adını göylərə yazmayacaqdır…
Yenə də insana yaraşır ilqar,
O məsum heykəlin qarşımızdadır.
Bizdən ayırdısa səni ruzigar,
Yenə hünər tacın başımızdadır!
Qardaşım! Görürəm dağlardan keçən
Yaşıl dolaylarda ayaq izini.
Görürəm eşqinlə gözü yol çəkən
Dağlar gözəlini, dağlar qızını.
Budur, dünya görmüş o qarıya bax,
Mənalı gözləri intizardadır.
Ağarmış saçları həsrətdən dümağ
Ömrü xəzəl kimi son bahardadır…
Lakin sinəsində döyünür ürək.
Hər şey öz suyunu ürəkdən içər…
Ana intizarla pəncələşərək.
Deyir: "Güləcəkdir üzümə səhər".
Ümid! Mehribandır o gözəl pəri,
O bizə dar günün kömək əlidir.
O insan qəlbində yanandan bəri.
Qaranlıq yolların bir məşəlidir!
Bu gün cəbhələrdən qayıdıb gələn
Bir vətən oğlunun sıxdım əlini.
Onun gözlərində seyr elədim mən
Sənin o müqəddəs, pak əməlini…
Bəzən axşam üstü gəlirəm evə.
Yalnız buraxmayır xəyalın məni,
öpdükcə oğlumu mən sevə-sevə.
Onun gözlərində görürəm səni…
İllər gəlib keçir, dövran xoş gəlir,
Ağ günə qovuşur yenə də Vətən.
Səadət eşqinə məclis düzəlir,
İnsanlar dil açıb danışır səndən.
Budur, gözlərimdə gülür gələcək,
Qarşımda möhtəşəm bir heykəl durur…
Ətrafı bağçadır, yeri gül-çiçək,
Yanında göylərə fəvvarə vurur,
Baxır dəstə-dəstə insanlar ona.
O kimdir? O adsız bir qəhrəmandır.
Onun ana qəlbi — indi zamandır!
Alqış zamanının əsil oğluna!
Sən öldün ömrünün gənclik yaşında,
Adın səadətə yazıldı sirdaş.
İndi heykəlinin mərmər daşında
Sənin son sözlərin yazılmış, qardaş:
"El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən,
Aynlarmı könül candan?
Azərbaycan! Azərbaycan!"
</poem>
[[Kateqoriya:1943-cü ilin şeirləri]]
ktsd1jkvyichukufi5nphand6gir4tp
Bayraqdar
0
33478
95698
2026-04-30T06:46:09Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95698
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1943
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
I
O zaman ki, insanların
Yurd-yuvası oda yandı,
Axıb gedən al qanların
İntiqamı alovlandı.
O zaman ki, qılınclar da
Sığışmadı öz qınına,
Biz and içdik ilk baharda
Gözəlliyin varlığına.
Biz and içdik gen dərələr,
Sıra dağlar qucağına;
Biz and içdik səhər-səhər
Babaların ocağına.
Alay-alay, qatar-qatar
Qəhrəmanlar çıxdı yola;
Torpaq dedi: sahibim var,
Göy kişnədi: uğur ola!
Axar çaylar öpdü o gün
Atlıların ayağından.
Bir zəlzələ qopdu o gün
Hər könülün otağından.
II
Yaraqlandın o gün sən də,
Səsin düşdü dağdan-dağa,
Boran qopub, yel əsəndə,
Göydən alov yağa-yağa,
Daşlarından tüstü qalxan
Cəbhələrə sən də vardın,
Azərbaycan torpağından
Hünər ilə ad apardın!
III
Gecə zülmət, üfüq qara,
Çatılmışdır alnı göyün.
Yerin bağrı düyün-düyün,
Meydan olmuş hücumlara,
Gecə zülmət, üfüq qara.
Nələr görür tarix, nələr!
Uçur tanklar, təyyarələr.
İgidlərin nərəsindən;
Yerin, göyün nəfəsindən
Bant yağır, tüstü yağır…
Bütün aləm üzür qanda.
O qocaman asiman da
Nəfəs alır ağır-ağır…
Zəncirlidir qoca qartal,
Qanadlan qəfəsdədir.
Qəmli gözlər yol üstədir.
"Gəl! Gəl! — deyir — intiqam al!
Gəl ki, ömrüm qaldı darda!
Rəngim solur intizarda;
Hanı mənim azadlığım?
O məclisim, o şadlığım?
Hanı dostlar, o həmdəmlər?
Gələcəkmi keçən dəmlər?
Gələcəkmi xilaskarlar?
Gələcəkdir! Ümidim var!"
IV
Yer tərpənir, göy çaxnaşır,
Hücum çəkmiş qəhrəmanlar.
Dəniz kimi coşub-daşır
Zirehlənmiş pəhləvanlar.
Zalım düşman! Zalım düşman!
Boz sifəti soyuq qışdır;
O kor kimi yapışmışdır,
Kor ölümün yaxasından.
Həmdəmidir fəlakətlər.
Bir ölümdür onun van,
Ondan qaçır səadətlər,
Həyat sevir canlılan…
Faşist gəlir donuz kimi,
Yaralanmış quduz kimi,
Dörd tərofı o dalayır,
Daşlar üstə qan yalayır.
Gəlir tanklar, təyyarələr,
Səsə düşür dar dərələr.
Qılınclar da üzür qanda,
ölən də var, yıxılan da.
Dəqiqələr tez ötüşür,
Yaxın dostlar ayrı düşür.
Biri deyir: — yaralandım.
Biri: — yardan aralandım.
Biri ölür ilk güllədən,
Yuvarlanır son pillədən.
Başqasının alnı qanlı,
Polad köksü üç nişanlı,
Meydan deyir qaranlığa,
Dayanmadan bir anlığa!
Deyir: "Yoldaş, qorxma məndən,
Qorxma, məni qan aparmaz.
Mən dayanıb dursam bir az
Ayaqlanar qarı düşmən.
Gəlin, dostlar, son hücuma
Şahin kimi cuma-cuma!.."
İsti qanlar yerə hopur.
Qılınclardan alov qopur.
Ac topların titrəməsi,
Mərmilərin qorxunc səsi
Lərzə salır dörd bir yana,
Oğul istər bir dayana,
Keçir dostlar son hücuma,
Şahin kimi cuma-cuma!..
V
Düşmən qaçır, yaman qaçır.
Ölən ölür, qaçan qaçır.
Dayan, cəllad! Yol bağlıdır.
Daş torpaq da yaraqlıdır.
Vaxtsız ölən ömrün kamı.
Anaların intiqamı
Bir ümmandır dalğalanır.
Hər könüldə bir dağ yanır…
Ancaq faşist duyğusuzdur,
İlan kimi canı buzdur;
O ölsə də son nəfəsdə
Gah qıvrılır, gah burulur,
O qaçdığı yollar üstdə
Hər yuvaya bir od vurur.
Yanır evlər, göylərə bax!
Tüstü qalxır qalaq-qalaq
Yanır anbar, yanır zəmi,
Çay üzündə süzən gəmi;
Yanır gözəl abidələr,
Min bir əməl, min bir əsər.
Min bir uşaq, qoca qarı
Ayrı düşür yuvasından…
Tez söndürün yanğınları!
Onların pis havasından
Saralmasın göy çəmənlər,
Qərənfillər, yasəmənlər.
VI
Aha, gəldi bizimkilər;
Gülür günəş, gülür səhər
Döyüşdükcə qoca qartal,
Qanadlan qüvvət alır
Zəncirləri qınb dərhal
Gövdəsindən yerə salır…
Əllərində gül-çiçəklə
Yol üstünə çıxır ellər.
Bir diləkli min ürəklə
Alqış deyir bütün dillər.
Keçir bizim qəhrəmanlar
Alay-alay, iftixarla,
Qoh-qəh çəkib gülür onlar
Dağlar boyda bir vüqarla…
VII
Qara gözlü, qara qaşlı,
Laçın boylu tankçıya bax!
Sevincindən gözü yaşlı,
Bir cv üstə dırmaşaraq,
Al bayrağı ora taxır,
Bütün şəhər ona baxır.
Qurtuluşun al səhəri,
Dan yerinin şəfəqləri
öpür onu ana kimi.
Azadlığın böyük qəlbi
Qartal kimi qanad açır,
Günəş kimi şəfəq saçır.
Kimdir həmin qara gözlü,
Laçın boylu, gülər üzlü,
Sevdiyimiz o qəhrəman?
Ad verdimi ona zaman?
O igidin tunc sinəsi
Bir Koroğlu qalasıdır.
Qulağıma gəlir səsi,
Azərbaycan balasıdır!
Sən müqəddəs bir diyarda
öz könlünü bəsləmişən…
Bizim yalçın qayalarda
Tərlanları səslomisən.
Sən bir eşqin, məhəbbətin
Çiçək açmış baharısan!
Sən ağ saçlı bir millətin
Şöhrətisən, vüqarısan!
Qocaman rus şəhərinə
Qardaş kimi ayaq basdın.
Azadlığın səhərinə,
Günəş rəngli bayraq asdın.
Qoy var olsun o mərd əlin!
O saf eşqin, saf əməlin.
Düşəcəkdir dildən-dilə,
Gəzəcəkdir əldən-ələ.
</poem>
[[Kateqoriya:1943-cü ilin şeirləri]]
n8h9slk20qja5dnbpccrgypr5yu9o3l