Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.47.0-wmf.2 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Müəllif:Səməd Vurğun 102 13245 95803 95764 2026-05-15T05:45:52Z Araz Yaquboglu 734 /* Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 */ 95803 wikitext text/x-wiki {{Müəllif |ad = Səməd Vurğun |soyad = |baş hərf = V |doğum ili = 1906 |vəfat ili = 1956 |qeydlər = |şəkil = Samad Vurgun (1942).jpg |şəkil başlığı = |vikipediya_keçidi = Səməd Vurğun |vikisitat_keçidi = Səməd Vurğun |commons_keçidi = Category:Samad Vurgun }} == Məqalələri == *[[Səhvlərimiz haqqında]] == Tərcümələri == *[[Leyli və Məcnun (Nizami Gəncəvi)]] == Əsərləri == === Poemaları === * [[Komsomol poeması]] * [[26lar poeması]] *[[Azərbaycan (Səməd Vurğun)]] *[[Azərbaycan Sovet Sosialist Respublikası himni]] === Dramları === * [[Vaqif]] * [[Xanlar]] * [[Fərhad və Şirin]] * [[İnsan/Səməd Vurğun|İnsan]] ===Şeirləri=== * [[Azərbaycan (Səməd Vurğun)]] == Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 == * [[Cavanlara xitab]] * [[Maydan]] * [[Göygöl (Səməd Vurğun)]] * [[Şikəstəyə məktub]] * [[Sızıltılarım]] * [[Tərlanım (Səməd Vurğun)]] * [[Bir gün məni lap boğurdu hicran]] * [[Şuşa (Səməd Vurğun)]] * [[Zeynal (Səməd Vurğun)]] * [[Çiçək (Səməd Vurğun)]] * [[Dan yıldızı]] * [[Bir qətrə yaş]] * [[Səyahət]] * [[Sorma aqil kimsələrdən, sorma heç dünya nədir]] * [[Dağlar (Səməd Vurğun)]] * [[]] * [[]] * [[]] <nowiki> {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh. }} <poem> </poem> [[Kateqoriya:XX əsrin şeirləri]] </nowiki> == Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 == * [[Aşıq qardaşıma]] * [[Karyerist]] * [[Çil toyuğun tək yumurtası]] * [[Xeyrə-şərə yaramaz]] * [[İncə xanım]] * [[Azərbaycan (Gəlin sizə bir-bir danışım)]] * [[Şadlıq]] * [[Bizim gəncliyə]] * [[Xəyal]] * [[Qızcığaz]] * [[Nizami (Səməd Vurğun)]] * [[Fitnə]] * [[Ürəyi xain adam]] * [[Ləzgi qızı]] * [[Sən utan]] * [[Samur çayı]] * [[Bir səs...]] * [[20 bahar]] * [[Ala gözlər]] * [[Təzə il]] * [[Şam]] * [[Ananın öyüdü]] * [[Şəfqət bacısı]] * [[Qızıl şahinlər]] * [[Qoca qəhrəmanın çıxışı]] * [[Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdır]] * [[Tarla nəğməsi]] * [[Mıs-mıs]] * [[Qəhrəmanın hünəri]] * [[Sənəm qarının pıçıltıları]] * [[Uşaq bağçası]] * [[İgid şahin]] * [[Məhəbbət (Səməd Vurğun)]] * [[Sovqat]] * [[Həyat eşqi]] * [[Moskva (Səməd Vurğun)]] * [[Oktyabr (Səməd Vurğun)]] * [[Ukrayna partizanları]] * [[Azərbaycan balası]] * [[Salam, Moskva]] * [[Həyat fəlsəfəsi]] * [[Partizan Babaş]] * [[Göz aydınlığı]] * [[Dağlar (Binələri çadır-çadır)]] * [[Gülə-gülə (Səməd Vurğun)]] * [[Qoca qartal]] * [[Salam, dostum]] * [[Gələcəyin toy-bayramı]] * [[İlham pərisi]] * [[Mənə belə söyləyirlər]] * [[Bayraqdar]] * [[Göyərçin (Səməd Vurğun)]] * [[Adsız qəhrəman]] * [[Ey könül! Min namə yaz bir gülüzarın eşqinə]] * [[Ürək (Səməd Vurğun)]] * [[]] * [[]] * [[A "Dostlar"]] * [[Bahar düşüncələri]] * [[Neftin qüdrəti]] * [[Lalə (Səməd Vurğun)]] * [[Musa Cəlilə]] * [[Mən tələsmirəm]] * [[Gödəkcə]] * [[Yada sal məni (Səməd Vurğun)]] * [[Qürbət eldə]] * [[Dostluq hədiyyəsi]] <nowiki> {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> </poem> [[Kateqoriya:XX əsrin şeirləri]] </nowiki> == Səməd Vurğuna məktublar == * [[İldırım təşkilatının Səməd Vurğuna məktubu]] [[Kateqoriya:Azərbaycan şairləri]] [[Kateqoriya:Azərbaycan tərcüməçiləri]] [[Kateqoriya:1906-cı ildə doğulanlar]] [[Kateqoriya:1956-cı ildə vəfat edənlər]] [[Kateqoriya:Tənqidçilər]] qxf9rgcr9391hvekfs5qgbmcitj417o Dostluğun sınağı 0 17204 95809 44685 2026-05-15T06:00:06Z Araz Yaquboglu 734 [[Kateqoriya:Dostluq haqqında əsərlər]] əlavə olundu [[VM:HC|HotCat]] 95809 wikitext text/x-wiki {{Başlıq | başlıq = Dostluğun sınağı | müəllif = | keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]] | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} Deyirlər ki, çoxdan lap çoxdan bir şahlıqda bir qarı yaşayırdı. Onun Ələsgər adında yeganə oğlu vardı. Ələsgər böyüdü, boylu-buxunlu, güclü bir gənc oldu. Bir gün anası ona dedi: -Sən indi yekə kişisən. Öz çörəyini özün qazanan vaxtındır. Qazanc dalınca get! Səhər qarı evdə olan axırıncı undan oğlu üçün iki lavaş bişirib, ona verdi. -Bax ha, oğul, - deyə qarı yolqabağı oğluna öyüd verdi, - yolda özündən böyüyə rast gəlsən, onu “ağa” adlandır. Öz yaşına uyğun adamla rastlaşsan, onu özünə qardaş bil. Yol getdiyin adama deyərsən: “Mən çox istəyirəm ki, səninlə birgə yol gedim. Ancaq mən bir saatlıq yaxınlıqdakı kəndə dəyməliyəm. Məni gözləyə bilərsənmi? Birgə yol gedəndə adamın ürəyi açılır”. Əgər o, səni gözləsə deməli, yaxşı yoldaşdır. Sonra, bir xeyli yol getdikdən sonra belə deyərsən: “Mən çox yorulmuşam. Artıq yemək vaxtıdır. Gəl istirahət edək!” Və sən öz yol yoldaşına lavaşı uzat. Əgər o, lavaşı iki yerə bölsə, deməli, sənin sadiq dostun olacaq. Əgər sizin qarşınıza çay çıxsa, sən dərhal ayağını soyun. O, sənsiz suya girməyib, desə ki: “Niyə biz ikimiz də, ayaqlarımızı suya salaq? Gəl mən səni belimdə o tərəfə keçirim”, bil, bu yoldaş həyatın boyu sənin dostun və qardaşın olacaq. Qarı oğluna öz öyüdlərini verdi və gənc yola düzəldi. Ələsgər az getdi, çox getdi, nəhayət, yaşlı bir adama rast gəldi. Həmin adamla bir az yol getdikdən sonra, o, anası öyrətdiyi kimi dedi: -Ağa, məni bir az gözləyə bilərsənmi? Mən qonşu kəndə dəyib, qayıdıram. O, bir az aralanıb yoldakı kolun dalında gizləndi. Gördü ki, qoca bir az gözləyib, çıxıb getdi. Ələsgər yoluna davam etdi. Ertəsi gün səhər o, bir gəncə rast gəldi, həmin adam ondan bir az böyük idi. O, bildirdi ki, adı Əlağadır. Onlar tanış olub, birlikdə yol getdilər. Bir az gedəndən sonra Ələsgər dedi: -Qardaş, məni bir az gözləyə bilərsənmi? Burada otur, mən yaxınlıqdakı kəndə dəyib gəlirəm. O, yolun kənarındakı daşın dalında gizləndi.Ələsgər gördü ki, yol yoldaşı sakitcə oturub, onu gözləyir.Ələsgər sevindi və öz-özünə dedi: “Bax, məhz bu, mənim yoldaşım olacaq!” Yoldaşlar yollarına davam elədilər və nahar vaxtı çatanda, Ələsgər Əlağaya lavaş uzatdı. O, lavaşı iki yerə böldü, hər kəsə eyni bərabərdə pay düşdü. “Əlağa mənim əsl dostum olacaq!” – deyə Ələsgər fikirləşdi. Onlar az getdilər, çox getdilər, qarşılarına iti axan gur çay çıxdı. Ələsgər başladı ayağını soyunmağa. Əlağa dedi: “Niyə biz ikimiz də ayaqlarımızı soyunaq və suya girək? Sən mənim belimə min və mən səni çaydan keçirim”. Ələsgər sevindi. O, yəqin etdi ki. Əlağa əsl dost və yoldaşdır. Onlar yenə xeyli yol getdilər və dərin bir mağaraya rast gəldilər. Dostlar bura daxil oldular və gördülər ki, mağara ləl-cavahiratla doludur. Dostlar buradakı var-dövlətə əməlli – başlı baxmamış, birdən səslər eşitdilər. Bunlar bir dəstə quldur idi. Quldurlar şahın xəzinəsini qarət etmişdilər, indi də qəniməti bölməyə hazırlaşırdılar. Onlar hər şeyi böldülər, növbə qızıl tutacağı olan qılınca çatanda möhkəm mübahisə başladı və yumruqlar işə düşdü. Mübahisənin qızğın çağında Ələsgər bir daş götürüb onlara tərəf atdı. Qorxmuş quldurlar fikirləşdilər ki,mağarada kabus var və buradan qaçdılar. Ələsgər isə onları qovanda dərin bir dərəyə düşdü. “Əgər Əlağa məni burdan çıxarsa, o, mənim əsl dostum və qardaşım olacaq, - deyə Ələsgər fikirləşdi. - Əgər, məni çıxarmasa, mənim axırım çatıb.” Bu vaxt o, eşitdi: -Ey, Ələsgər, mən sənə kəndir atıram! Əlağa Ələsgəri dərədən çıxardı. -Sağ ol, qardaş, - deyə Ələsgər onu qucaqladı: - Ömür boyu sənin yaxşılığını unutmaram. -Sən niyə mənə öz minnətdarlığını bildirərsən? – deyə Əlağa təccübləndi. -Düzdür, burada qızıl, qiymətli daşlar və başqa var- dövlət istənilən qədərdir. Əgər mən bunlara sahib olsaydım, şah kimi əzəmətli,varlı olardım. Lakim mənə var- dövlət lazım deyil, mənə təmiz vicdanım vacibdir. Çörəyini və yolunu mənimlə bölüşəni köməksiz qoyub gedə bilərdimmi? Gənclər var- dövlətlə Ələsgərin anasının yanına qayıtdılar. Qarı çox sevindi ki, onun öyüdləri oğlu Ələsgərə kömək edib və o, özünə əsl dost tapıb. == Mənbə == *Dağıstan xalqlarının nağılları, Bakı, 2013. [[Kateqoriya:Dünya xalqlarının nağılları]] [[Kateqoriya:Ləzgi xalq nağılları]] [[Kateqoriya:Dostluq haqqında əsərlər]] 3k7lxx4nn6bvbbk2znt9upyru81fvqn Molla Nəsrəddin (Firidun bəy Köçərli) 0 19354 95795 95783 2026-05-15T05:27:38Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95795 wikitext text/x-wiki {{aydınlaşdırma|Molla Nəsrəddin}} {{Başlıq | başlıq = "Molla Nəsrəddin" | müəllif = Firudin bəy Köçərli | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | mənbə = [http://anl.az/el/k/fk_s.e.php Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.] | əvvəlki = | növbəti = | il = 1906 | qeydlər = }} <poem> Bu ilin aprel ayından Tiflisdə çıxan yumoristik "Molla Nəsrəddin" jurnalı ilk nömrələrindən başlayaraq bizim ölkənin müsəlmanları arasında canlı maraq oyatmışdır. Məlumdur ki, Şərq xalqları, xüsusilə azərbaycanlılar öz danışıqlarını məsəllər, atalar sözləri və Şərqin müdrik məzhəkəçisi olan Molla Nəsrəddinin lətifələri ilə bəzəməyi sevirlər. Bu əfsanəvi Molla xalq müdrikliyinin və hazırcavablığının ifadəçisidir. Onun lətifələri o qədər həyati və məzəlidir ki, bu lətifələrdə o qədər səmimi bir yumor vardır ki, hamı onlarla maraqlanır və azərbaycanlıların arasında həmin lətifələri bilməyən və yeri gələndə bu və ya digər bir lətifəni danışmayan adam çox nadir tapılar. Hətta Azərbaycan dilində danışa bilən ermənilər və gürcülər də Molla Nəsrəddinin lətifələri ilə maraqlanırlar. Bu lətifələrdən çoxu isə müxtəlif müəlliflər tərəfindən rus dilinə tərcümə olunub "Sbornik materialov dlya opisaniya plemen i mestnostey Kavkaza"nın müxtəlif buraxılışlarında çap edilmişdir. Jurnalı bir qrup ziyalı müsəlmanların əməkdaşlığı ilə savadlı və mədəni azərbaycanlı — Mirzə Cəlil Məmmədquluzadə nəşr edir. İndiyə qədər çapdan çıxmış nömrələrə əsasən deyə bilərik ki, "Molla Nəsrəddin", nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir. Belə nöqsanlar və mövhumat isə bir neçə əsr qaranlıq və cəhalət içərisində yatıb qalmış bizim cəmiyyətimizdə o qədər çoxalmış və o qədər dərin kök salmışdır ki, tənqidə onların hansından başlamağı təyin etmək belə çətindir. İlk zamanlar jurnal, hər şeydən əvvəl, müsəlmanların bu cəhalət yuxusundakı vəziyyətinə diqqət yetirmişdir. Jurnalın 1-ci nömrəsinin birinci səhifəsindəki şəkildə cəhalət yuxusunda yatanların səltənəti təsvir olunmuşdur. Jurnalın bütün nömrələrində eyni qaydada təsvir olunan Molla Nəsrəddin isə əlinin hərəkəti və istehzalı bir heyrət ifadə edən baxışı ilə bu mənzərəni seyr edir və görür ki, bütün mömin müsəlmanlar müxtəlif vəziyyətlərdə və paltarlarda yuxu allahı Morfeyin ağuşundadırlar. Gecə keçmiş, səhər açılmışdır. Pəncərədən düşən ziyalar bu yuxu səltənətini işıqlandırmışdır. Lakin heç kəs və heç bir şey bu möhkəm yatmış müsəlmanları oyatmağa qadir deyildir: qocalar və cavanlar, orta yaşlı kişilər — hamısı yatmışlar, bu aləmdəki hər şeyi unudub yuxuya getmişlər, sükunəti bütün dünyadan üstün tutmuşlar. Uzaqda cavan bir oğlan, deyəsən, qüvvəsini toplayıb oyanmaq istəyir, lakin ağır yuxu ona da gözlərini açmağa imkan vermir. Molla öz oxucularına müraciət edərək deyir: "Ey mənim müsəlman qardaşlarım! Zamani ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər "xa … xa! …" edib güldünüz … o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsüz…. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz … o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza". Jurnal hər şeydən çox müsəlmanlar arasındakı mövhumata, cəhalətə və fanatizmə gülür. Çünki bunlar müsəlmanların həyatında böyük bir maneəyə çevrilib və onların geri qalmağına səbəb olubdur. Məsələn, müsəlmanlardakı mövhumatı göstərmək üçün Molla onlara məsləhət görür ki, hər ayın üçündə, beşində, on üç, on altı, iyirmi bir, iyirmi dörd və iyirmi beşində, həftənin bazar və bazar ertəsi günlərində, habelə hər ayın 28 və 29-da jurnala abunə yazılmasınlar. Çünki bu günlər ağır və nəhs günlər hesab olunur. Həmçinin Molla məsləhət görür ki, redaksiyaya göndərilən məktublarda gərək metal pero ilə yox, mütləq qamış qələmlə, özü də elə dəbdəbəli və ibarəli bir dillə yazsınlar ki, orada bir kəlmə də Azərbaycan sözü işlənməsin. Çünki Azərbaycan sözlərini işlətmək şəxsin elminin azlığına dəlalət edir. Susmaq müdrikliyin ən yüksək dərəcəsi hesab olunur. Əgər həzrət Süleyman danışmağı gümüş, susmağı qızıl adlandırıbsa, "Molla Nəsrəddin"ә görə, susmaq lap brilyantdır. Buna görə də o, öz həmməzhəblərinə məsləhət görür ki, bu qiymətli cəvahiri göz bəbəkləri kimi qoruyub saxlasınlar və hər hansı bir həyati məsələdən söhbət düşəndə danışmayıb sussunlar. Xüsusilə, yaşadığımız indiki həyəcanlı zəmanədə susmaq daha çox lazımdır. Yoxsa bir kəlmə artıq söz üçün ictimai qayda-qanunu və ümumun sükutunu qoruyanların tələsinə asanlıqla düşmək olar. Susmağın əhəmiyyətinə dair jurnalda gözəl bir şer dərc olunmuşdur ki, həmin şerdə belə deyilir: "Əgər qonşuların səni döyüb incitsələr, sənə gülsələr, var-yoxunu əlindən alsalar, acıqlanma, başını aşağı sal və lal ol. Çünki sənin xeyrin və qurtuluşun susmaqdadır". Molla Nəsrəddin müsəlmanlar arasından dövlət dumasına üzv seçilmiş adamlara da məsləhət görür ki, öz nüfuzlarını saxlamaq üçün özlərini mənasız hay-küy salanlara oxşatmasınlar. Müsəlmanlara məxsus səbir və dərin sükutla öz ağıl və ləyaqətlərini büruzə versinlər. Jurnalın beşinci nömrəsində dərc olunmuş "Məclisi-ədəb" şəkli müsəlmanlarda susmağın, mütiliyin və tam sükutun nə qədər uca bir mərtəbədə tutulduğunu göstərən ən yaxşı illüstrasiyadır. Molla heç özünün mənsub olduğu təbəqəyə də rəhm etmir. Öz kəskin istehzalı və kəsərli sözləri ilə o, müsəlman ruhanilərinə tez-tez sataşır. Ruhanilərə hücumu əsaslı olsa da, bizim fikrimizcə, həddindən çox kəskin və bir qədər də tendensiyalıdır. Bizim ruhanilərin başlıca qüsuru onların cahilliyində və məhdud düşünmələrindədir. Ruhanilərin əksəriyyətinin əqidəsinə və anlayışına görə, dinin mənası yalnız zahiri xarakter daşıyan bəzi dini ayinlərin icrasındadır; dinin daxili mənası, onun əsas məğzi, əxlaq təlimi isə ya mollaların özlərinin başa düşməməsi, ya da şəxsi mənfəətləri üzündən şüurlu surətdə nəzərdən qaçırılır. Jurnalın üçüncü nömrəsində (Hacı Seyid Əzim Şirvaniyə təqlid yolu ilə) dərc olunmuş "Keçmişi yad" şerində müəllif mollanın dili ilə keçmiş əyyamı xatırlayıb deyir ki, keçmiş zamanlarda mömin müsəlman bəndələrin hamısı cəhalət içində idi. Heç nəyi bilmir, heç nəyi anlamırdılar; mollanı hər yerdə alim və müqəddəs bir insan sayırdılar; onu plova, çaya qonaq edirdilər. Vəz edib hamının canına qorxu salanda hər yerdən ona pul və xələt verilirdi. Onda ki, övladi-vətən xam idi, kef çəkməli əyyam idi. O gözəl əyyam keçmişdir, onu geri qaytarmaq mümkün deyildir. Müsəlman arvadlarının ağır və kölə vəziyyəti də jurnalın diqqətindən kənarda qalmamışdır. "Molla Nəsrəddin"in həmin nömrəsində belə bir şəkil verilmişdir: Evin başçısı taxtda döşəkçənin üzərində uzanıb fikirli halda qəlyan çəkir; onun qabağında oturan kiçik bir oğlan uşağı qışqırıb ağlayır. Qəlyanı çəkən kişinin arvadı otağa daxil olur, onun paltarı köhnə, ayaqları yalındır. Əlində sənək var, bir uşağı da arxasına almışdır. Ər onu görən kimi qəzəbli halda deyir: "Ay arvad, allah sənə lənət eləsin, bu uşaq mənim başımı apardı, gəl bunu da götür al dalına!" Hər şeyi bilməyə çalışan kiçik bir qız nənəsindən soruşur ki, nə üçün onun sifəti saralmış və qırışlarla örtülmüşdür. (Pozdnyakovun bu şeri tərcümə olunub "Dəbistan" jurnalında çap edilmişdir). Molla nənənin əvəzinə qıza cavab verib, onun gözlərini açaraq deyir ki, hər bir Azərbaycan qızının taleyi belədir və həmin kiçik qızın özünü də belə bir tale gözləyir. O da vaxtından əvvəl solub saralacaq, sifəti qırışlarla örtüləcək, qoca bir nənə olacaqdır. Mərhəmətsiz və qəzəbli atası 8–10 yaşlı bu kiçik qızı 40 yaşında dəvə boyda və kütbeyin bir kişiyə ərə verəcəkdir. O zamandan qızın həyatında qara günlər başlanacaqdır. O bir daha ömründə ağ gün görməyəcək, sevincə həsrət qalacaq və heç kəsdən təsəlli ala bilməyəcəkdir. Molla həmin kiçik qıza müraciət edib deyir: "Qızım, bu elə bir dərddir ki, əlacı yoxdur. Ərin tez-tez səni döyüb, söyəcək, heç bir günahın olmadan səni təhqir edib alçaldacaqdır. Günlərin birində sənin ərin başqa bir arvad alacaq və səni həmişəlik unudacaqdır. Çox çəkməyəcək ki, ərin üçüncü bir arvad alacaq, sonra sizin aranızda həmişə dava-dalaş hökm sürəcəkdir. Dərd və kədər səni yandıracaqdır. İstər təqsiriniz olsun, istər olmasın əriniz gündə birinizi döyəcəkdir. Yaxın gələcəkdə səni də belə bir həyat gözləyir. O zaman sən də tezliklə qocalarsan, nənən kimi sənin də alnın qırışlarla örtülər". Qonşu dövlətin — "Qızıl İranın" həyatı jurnala zəngin və çox maraqlı material verir. Hələ beş-altı il bundan əvvəl çapdan çıxmış olan məşhur "Səyahətnaməyi-İbrahimbəy" bizi İran həyatı ilə yaxşı tanış edir. Budur, qarşımızda belə bir şəkil vardır: İrandan bizə "əziz qonaqlar" kimi gələn, əslində isə cəhalət, zülmət, mövhumat və fanatizm carçıları olan dərvişlər, ilan oynadanlar, meymun oynadanlar, cadugərlər, gözbağlıcalar, nağıl deyənlər, fala baxanlar, cindarlar, mollalar, yuxu təbir edənlər, tiryək satanlar və asan qazanc əldə etmək üçün macəra axtaran digər fırıldaqçılar əl-ələ verib, cərgə ilə Araz çayından bu tərəfə keçirlər. Onlar hər il Zaqafqaziyaya yüzlərlə və minlərlə gəlir. Ölkədəki cahil əhalini istismar edir, onların əxlaqını pozur, camaat arasında fanatizm toxumu yayır, özləri də bizim pulumuzu ciblərinə doldururlar. Budur, "Qızıl İranın" həyatından verilmiş başqa bir şəkil (№ 9). İran şəhərlərindən birinin küçəsində örtülü karetada tanınmış bir şəxs öz xanımı ilə gedir; xanım tülə və çadraya bürünmüşdür. Fərraşlar qabaqda gedərək qışqırırlar: "Çəkil, yol ver, gözlərini yum, kor ol!" Onlar təsadüfən həmin küçədə qarşılarına çıxan iranlıların kürəyinə və peysərinə zərbələr endirirlər, küçədəki iranlılar fərraşların əmrinə tabe olub, üzlərini divara çevirir və gözlərini yumurlar ki, karetada gedən mötəbər şəxsləri görməyə cəsarət etməsinlər. Bütün bu hadisələr XX əsrdə baş verir. "Molla Nəsrəddin" uşaqların ev və məktəb tərbiyəsi məsələsinə böyük diqqət edir, müsəlmanlarda uşaqların ev tərbiyəsinin nə qədər acınacaqlı bir vəziyyətdə olduğunu və bu məsələnin, ümumiyyətlə, necə yanlış qoyulduğunu göstərən kəskin qeydə jurnalın demək olar ki, hər nömrəsində təsadüf edə bilərsiniz. Jurnalın altıncı nömrəsində dərc olunmuş "Laylay"dan görünür ki, müsəlman anaları uşaqlara hələ beşikdə ikən necə müdhiş mətləb və fikirlər aşılayırlar. Hazırcavablıqla yazılmış bir sıra məqalələrdə, məsələn, "Niyə mən dərsdən qaçdım?" adlı məqalədə "Hop-hop" adlı bir nəfər bizim məktəblərin nöqsanlarını çox aydın göstərib deyir ki, bu məktəblər uşaqların mənəvi keyfiyyətlərini və zehni qabiliyyətlərini artırmaq əvəzinə, onların əxlaqi cəhətdən korlanıb şikəst olmalarına kömək edir. Jurnalda verilən məktublar çox bacarıqla tərtib olunur. Onlarda Qafqazın müxtəlif yerlərindəki sakinlərin adətləri və ənənələri göstərilir. Xüsusilə İrandan və Turkiyədən verilən teleqramlar da maraqlı olurlar. Onlardan bəzilərini misal çəkək: "Təbriz. 30 mart. Hacı Qurbanın şəkər zavodu yandı və iki milyon zərər mülahizə olunur". "Tehran, Tehrandan Bəndər-buşirə kimi telsiz teleqraf işləməyə başladı". "German-Şiraz dəmir yollarının tətilləri gözlənir". "İstanbul. 29 mart. Küçə gedən vaxt öskürməyi Osmanlı hökuməti əhaliyə qadağan edibdir" və ilaxir. İran təqvimindən alınan və jurnalda verilən məlumat da çox maraqlıdır. Həmin məlumatda, məsələn, deyilir: Bu il həmişəki kimi çox toz olacaqdır. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək…. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Osmanlı ilə Bolqariya ya dava edəcək, ya etməyəcək. Dava etsə, ya Osmanlı basılacaq ya Bolqariya. Ulduzların vəziyyəti üləmalar üçün saatın xoş olduğunu xəbər verir. Üləmalar "İrşad" qəzetini və "Molla Nəsrəddin" jurnalını lənətləyəcək və bütün yeni elmlərin hamısını baykot edəcəkdir. Jurnalın şəkillərinə gəldikdə, demək olar ki, onun rəssamı (O. Ş.-linq) yerli əhalinin məişətini, adət və ənənələrini gözəlcə öyrənmişdir. Onun bəzi şəkilləri bilavasitə həyatdan alınmış lövhələri bütün dolğunluğu ilə oxucuya göstərir. "Qoç döyüşdürmək", "Qəzet satan və dövlətli tacir", "Ədalət" (qalaq vermək əhvalatı), "Əziz qonaqlar", "Məclisi-ədəb", "İyirminci əsr", "Cümə. Dükanlar bağlı", "Qrammatika mübahisələri", "Vəqf", "Şəriət dərsindən imtahan", "Tacir Xoncaxani" və başqa şəkillər belədir. Ümumiyyətlə, "Molla Nəsrəddin" çox yaxşı təsir bağışlayır və öz çətin vəzifəsini hələlik müvəffəqiyyətlə yerinə yetirir. Yəni azərbaycanlıların vaxtı keçmiş, köhnəlmiş görüşlərini, anlayış və adətlərini gülüş yolu ilə aradan qaldırmağa, onların adətlərini islah etməyə və özlərini də oyadıb, yeni, nəcib və ciddi fəaliyyətə sövq etməyə çalışır. Biz C. Məmmədquluzadəyə səmimi-qəlbdən müvəffəqiyyətlər arzu edirik və ümidvarıq ki, müsəlman cəmiyyəti bu faydalı və yeganə jurnalın nəşrinə kömək göstərəcəkdir. </poem> [[Kateqoriya:1906-cı ilin məqalələri]] 2mo5kb4qfmkjfptsbb09k0usbce5xml 95797 95795 2026-05-15T05:29:41Z Araz Yaquboglu 734 95797 wikitext text/x-wiki {{aydınlaşdırma}} {{Başlıq | başlıq = "Molla Nəsrəddin" | müəllif = Firudin bəy Köçərli | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | mənbə = [http://anl.az/el/k/fk_s.e.php Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.] | əvvəlki = | növbəti = | il = 1906 | qeydlər = }} <poem> Bu ilin aprel ayından Tiflisdə çıxan yumoristik "Molla Nəsrəddin" jurnalı ilk nömrələrindən başlayaraq bizim ölkənin müsəlmanları arasında canlı maraq oyatmışdır. Məlumdur ki, Şərq xalqları, xüsusilə azərbaycanlılar öz danışıqlarını məsəllər, atalar sözləri və Şərqin müdrik məzhəkəçisi olan Molla Nəsrəddinin lətifələri ilə bəzəməyi sevirlər. Bu əfsanəvi Molla xalq müdrikliyinin və hazırcavablığının ifadəçisidir. Onun lətifələri o qədər həyati və məzəlidir ki, bu lətifələrdə o qədər səmimi bir yumor vardır ki, hamı onlarla maraqlanır və azərbaycanlıların arasında həmin lətifələri bilməyən və yeri gələndə bu və ya digər bir lətifəni danışmayan adam çox nadir tapılar. Hətta Azərbaycan dilində danışa bilən ermənilər və gürcülər də Molla Nəsrəddinin lətifələri ilə maraqlanırlar. Bu lətifələrdən çoxu isə müxtəlif müəlliflər tərəfindən rus dilinə tərcümə olunub "Sbornik materialov dlya opisaniya plemen i mestnostey Kavkaza"nın müxtəlif buraxılışlarında çap edilmişdir. Jurnalı bir qrup ziyalı müsəlmanların əməkdaşlığı ilə savadlı və mədəni azərbaycanlı — Mirzə Cəlil Məmmədquluzadə nəşr edir. İndiyə qədər çapdan çıxmış nömrələrə əsasən deyə bilərik ki, "Molla Nəsrəddin", nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir. Belə nöqsanlar və mövhumat isə bir neçə əsr qaranlıq və cəhalət içərisində yatıb qalmış bizim cəmiyyətimizdə o qədər çoxalmış və o qədər dərin kök salmışdır ki, tənqidə onların hansından başlamağı təyin etmək belə çətindir. İlk zamanlar jurnal, hər şeydən əvvəl, müsəlmanların bu cəhalət yuxusundakı vəziyyətinə diqqət yetirmişdir. Jurnalın 1-ci nömrəsinin birinci səhifəsindəki şəkildə cəhalət yuxusunda yatanların səltənəti təsvir olunmuşdur. Jurnalın bütün nömrələrində eyni qaydada təsvir olunan Molla Nəsrəddin isə əlinin hərəkəti və istehzalı bir heyrət ifadə edən baxışı ilə bu mənzərəni seyr edir və görür ki, bütün mömin müsəlmanlar müxtəlif vəziyyətlərdə və paltarlarda yuxu allahı Morfeyin ağuşundadırlar. Gecə keçmiş, səhər açılmışdır. Pəncərədən düşən ziyalar bu yuxu səltənətini işıqlandırmışdır. Lakin heç kəs və heç bir şey bu möhkəm yatmış müsəlmanları oyatmağa qadir deyildir: qocalar və cavanlar, orta yaşlı kişilər — hamısı yatmışlar, bu aləmdəki hər şeyi unudub yuxuya getmişlər, sükunəti bütün dünyadan üstün tutmuşlar. Uzaqda cavan bir oğlan, deyəsən, qüvvəsini toplayıb oyanmaq istəyir, lakin ağır yuxu ona da gözlərini açmağa imkan vermir. Molla öz oxucularına müraciət edərək deyir: "Ey mənim müsəlman qardaşlarım! Zamani ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər "xa … xa! …" edib güldünüz … o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsüz…. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz … o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza". Jurnal hər şeydən çox müsəlmanlar arasındakı mövhumata, cəhalətə və fanatizmə gülür. Çünki bunlar müsəlmanların həyatında böyük bir maneəyə çevrilib və onların geri qalmağına səbəb olubdur. Məsələn, müsəlmanlardakı mövhumatı göstərmək üçün Molla onlara məsləhət görür ki, hər ayın üçündə, beşində, on üç, on altı, iyirmi bir, iyirmi dörd və iyirmi beşində, həftənin bazar və bazar ertəsi günlərində, habelə hər ayın 28 və 29-da jurnala abunə yazılmasınlar. Çünki bu günlər ağır və nəhs günlər hesab olunur. Həmçinin Molla məsləhət görür ki, redaksiyaya göndərilən məktublarda gərək metal pero ilə yox, mütləq qamış qələmlə, özü də elə dəbdəbəli və ibarəli bir dillə yazsınlar ki, orada bir kəlmə də Azərbaycan sözü işlənməsin. Çünki Azərbaycan sözlərini işlətmək şəxsin elminin azlığına dəlalət edir. Susmaq müdrikliyin ən yüksək dərəcəsi hesab olunur. Əgər həzrət Süleyman danışmağı gümüş, susmağı qızıl adlandırıbsa, "Molla Nəsrəddin"ә görə, susmaq lap brilyantdır. Buna görə də o, öz həmməzhəblərinə məsləhət görür ki, bu qiymətli cəvahiri göz bəbəkləri kimi qoruyub saxlasınlar və hər hansı bir həyati məsələdən söhbət düşəndə danışmayıb sussunlar. Xüsusilə, yaşadığımız indiki həyəcanlı zəmanədə susmaq daha çox lazımdır. Yoxsa bir kəlmə artıq söz üçün ictimai qayda-qanunu və ümumun sükutunu qoruyanların tələsinə asanlıqla düşmək olar. Susmağın əhəmiyyətinə dair jurnalda gözəl bir şer dərc olunmuşdur ki, həmin şerdə belə deyilir: "Əgər qonşuların səni döyüb incitsələr, sənə gülsələr, var-yoxunu əlindən alsalar, acıqlanma, başını aşağı sal və lal ol. Çünki sənin xeyrin və qurtuluşun susmaqdadır". Molla Nəsrəddin müsəlmanlar arasından dövlət dumasına üzv seçilmiş adamlara da məsləhət görür ki, öz nüfuzlarını saxlamaq üçün özlərini mənasız hay-küy salanlara oxşatmasınlar. Müsəlmanlara məxsus səbir və dərin sükutla öz ağıl və ləyaqətlərini büruzə versinlər. Jurnalın beşinci nömrəsində dərc olunmuş "Məclisi-ədəb" şəkli müsəlmanlarda susmağın, mütiliyin və tam sükutun nə qədər uca bir mərtəbədə tutulduğunu göstərən ən yaxşı illüstrasiyadır. Molla heç özünün mənsub olduğu təbəqəyə də rəhm etmir. Öz kəskin istehzalı və kəsərli sözləri ilə o, müsəlman ruhanilərinə tez-tez sataşır. Ruhanilərə hücumu əsaslı olsa da, bizim fikrimizcə, həddindən çox kəskin və bir qədər də tendensiyalıdır. Bizim ruhanilərin başlıca qüsuru onların cahilliyində və məhdud düşünmələrindədir. Ruhanilərin əksəriyyətinin əqidəsinə və anlayışına görə, dinin mənası yalnız zahiri xarakter daşıyan bəzi dini ayinlərin icrasındadır; dinin daxili mənası, onun əsas məğzi, əxlaq təlimi isə ya mollaların özlərinin başa düşməməsi, ya da şəxsi mənfəətləri üzündən şüurlu surətdə nəzərdən qaçırılır. Jurnalın üçüncü nömrəsində (Hacı Seyid Əzim Şirvaniyə təqlid yolu ilə) dərc olunmuş "Keçmişi yad" şerində müəllif mollanın dili ilə keçmiş əyyamı xatırlayıb deyir ki, keçmiş zamanlarda mömin müsəlman bəndələrin hamısı cəhalət içində idi. Heç nəyi bilmir, heç nəyi anlamırdılar; mollanı hər yerdə alim və müqəddəs bir insan sayırdılar; onu plova, çaya qonaq edirdilər. Vəz edib hamının canına qorxu salanda hər yerdən ona pul və xələt verilirdi. Onda ki, övladi-vətən xam idi, kef çəkməli əyyam idi. O gözəl əyyam keçmişdir, onu geri qaytarmaq mümkün deyildir. Müsəlman arvadlarının ağır və kölə vəziyyəti də jurnalın diqqətindən kənarda qalmamışdır. "Molla Nəsrəddin"in həmin nömrəsində belə bir şəkil verilmişdir: Evin başçısı taxtda döşəkçənin üzərində uzanıb fikirli halda qəlyan çəkir; onun qabağında oturan kiçik bir oğlan uşağı qışqırıb ağlayır. Qəlyanı çəkən kişinin arvadı otağa daxil olur, onun paltarı köhnə, ayaqları yalındır. Əlində sənək var, bir uşağı da arxasına almışdır. Ər onu görən kimi qəzəbli halda deyir: "Ay arvad, allah sənə lənət eləsin, bu uşaq mənim başımı apardı, gəl bunu da götür al dalına!" Hər şeyi bilməyə çalışan kiçik bir qız nənəsindən soruşur ki, nə üçün onun sifəti saralmış və qırışlarla örtülmüşdür. (Pozdnyakovun bu şeri tərcümə olunub "Dəbistan" jurnalında çap edilmişdir). Molla nənənin əvəzinə qıza cavab verib, onun gözlərini açaraq deyir ki, hər bir Azərbaycan qızının taleyi belədir və həmin kiçik qızın özünü də belə bir tale gözləyir. O da vaxtından əvvəl solub saralacaq, sifəti qırışlarla örtüləcək, qoca bir nənə olacaqdır. Mərhəmətsiz və qəzəbli atası 8–10 yaşlı bu kiçik qızı 40 yaşında dəvə boyda və kütbeyin bir kişiyə ərə verəcəkdir. O zamandan qızın həyatında qara günlər başlanacaqdır. O bir daha ömründə ağ gün görməyəcək, sevincə həsrət qalacaq və heç kəsdən təsəlli ala bilməyəcəkdir. Molla həmin kiçik qıza müraciət edib deyir: "Qızım, bu elə bir dərddir ki, əlacı yoxdur. Ərin tez-tez səni döyüb, söyəcək, heç bir günahın olmadan səni təhqir edib alçaldacaqdır. Günlərin birində sənin ərin başqa bir arvad alacaq və səni həmişəlik unudacaqdır. Çox çəkməyəcək ki, ərin üçüncü bir arvad alacaq, sonra sizin aranızda həmişə dava-dalaş hökm sürəcəkdir. Dərd və kədər səni yandıracaqdır. İstər təqsiriniz olsun, istər olmasın əriniz gündə birinizi döyəcəkdir. Yaxın gələcəkdə səni də belə bir həyat gözləyir. O zaman sən də tezliklə qocalarsan, nənən kimi sənin də alnın qırışlarla örtülər". Qonşu dövlətin — "Qızıl İranın" həyatı jurnala zəngin və çox maraqlı material verir. Hələ beş-altı il bundan əvvəl çapdan çıxmış olan məşhur "Səyahətnaməyi-İbrahimbəy" bizi İran həyatı ilə yaxşı tanış edir. Budur, qarşımızda belə bir şəkil vardır: İrandan bizə "əziz qonaqlar" kimi gələn, əslində isə cəhalət, zülmət, mövhumat və fanatizm carçıları olan dərvişlər, ilan oynadanlar, meymun oynadanlar, cadugərlər, gözbağlıcalar, nağıl deyənlər, fala baxanlar, cindarlar, mollalar, yuxu təbir edənlər, tiryək satanlar və asan qazanc əldə etmək üçün macəra axtaran digər fırıldaqçılar əl-ələ verib, cərgə ilə Araz çayından bu tərəfə keçirlər. Onlar hər il Zaqafqaziyaya yüzlərlə və minlərlə gəlir. Ölkədəki cahil əhalini istismar edir, onların əxlaqını pozur, camaat arasında fanatizm toxumu yayır, özləri də bizim pulumuzu ciblərinə doldururlar. Budur, "Qızıl İranın" həyatından verilmiş başqa bir şəkil (№ 9). İran şəhərlərindən birinin küçəsində örtülü karetada tanınmış bir şəxs öz xanımı ilə gedir; xanım tülə və çadraya bürünmüşdür. Fərraşlar qabaqda gedərək qışqırırlar: "Çəkil, yol ver, gözlərini yum, kor ol!" Onlar təsadüfən həmin küçədə qarşılarına çıxan iranlıların kürəyinə və peysərinə zərbələr endirirlər, küçədəki iranlılar fərraşların əmrinə tabe olub, üzlərini divara çevirir və gözlərini yumurlar ki, karetada gedən mötəbər şəxsləri görməyə cəsarət etməsinlər. Bütün bu hadisələr XX əsrdə baş verir. "Molla Nəsrəddin" uşaqların ev və məktəb tərbiyəsi məsələsinə böyük diqqət edir, müsəlmanlarda uşaqların ev tərbiyəsinin nə qədər acınacaqlı bir vəziyyətdə olduğunu və bu məsələnin, ümumiyyətlə, necə yanlış qoyulduğunu göstərən kəskin qeydə jurnalın demək olar ki, hər nömrəsində təsadüf edə bilərsiniz. Jurnalın altıncı nömrəsində dərc olunmuş "Laylay"dan görünür ki, müsəlman anaları uşaqlara hələ beşikdə ikən necə müdhiş mətləb və fikirlər aşılayırlar. Hazırcavablıqla yazılmış bir sıra məqalələrdə, məsələn, "Niyə mən dərsdən qaçdım?" adlı məqalədə "Hop-hop" adlı bir nəfər bizim məktəblərin nöqsanlarını çox aydın göstərib deyir ki, bu məktəblər uşaqların mənəvi keyfiyyətlərini və zehni qabiliyyətlərini artırmaq əvəzinə, onların əxlaqi cəhətdən korlanıb şikəst olmalarına kömək edir. Jurnalda verilən məktublar çox bacarıqla tərtib olunur. Onlarda Qafqazın müxtəlif yerlərindəki sakinlərin adətləri və ənənələri göstərilir. Xüsusilə İrandan və Turkiyədən verilən teleqramlar da maraqlı olurlar. Onlardan bəzilərini misal çəkək: "Təbriz. 30 mart. Hacı Qurbanın şəkər zavodu yandı və iki milyon zərər mülahizə olunur". "Tehran, Tehrandan Bəndər-buşirə kimi telsiz teleqraf işləməyə başladı". "German-Şiraz dəmir yollarının tətilləri gözlənir". "İstanbul. 29 mart. Küçə gedən vaxt öskürməyi Osmanlı hökuməti əhaliyə qadağan edibdir" və ilaxir. İran təqvimindən alınan və jurnalda verilən məlumat da çox maraqlıdır. Həmin məlumatda, məsələn, deyilir: Bu il həmişəki kimi çox toz olacaqdır. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək…. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Osmanlı ilə Bolqariya ya dava edəcək, ya etməyəcək. Dava etsə, ya Osmanlı basılacaq ya Bolqariya. Ulduzların vəziyyəti üləmalar üçün saatın xoş olduğunu xəbər verir. Üləmalar "İrşad" qəzetini və "Molla Nəsrəddin" jurnalını lənətləyəcək və bütün yeni elmlərin hamısını baykot edəcəkdir. Jurnalın şəkillərinə gəldikdə, demək olar ki, onun rəssamı (O. Ş.-linq) yerli əhalinin məişətini, adət və ənənələrini gözəlcə öyrənmişdir. Onun bəzi şəkilləri bilavasitə həyatdan alınmış lövhələri bütün dolğunluğu ilə oxucuya göstərir. "Qoç döyüşdürmək", "Qəzet satan və dövlətli tacir", "Ədalət" (qalaq vermək əhvalatı), "Əziz qonaqlar", "Məclisi-ədəb", "İyirminci əsr", "Cümə. Dükanlar bağlı", "Qrammatika mübahisələri", "Vəqf", "Şəriət dərsindən imtahan", "Tacir Xoncaxani" və başqa şəkillər belədir. Ümumiyyətlə, "Molla Nəsrəddin" çox yaxşı təsir bağışlayır və öz çətin vəzifəsini hələlik müvəffəqiyyətlə yerinə yetirir. Yəni azərbaycanlıların vaxtı keçmiş, köhnəlmiş görüşlərini, anlayış və adətlərini gülüş yolu ilə aradan qaldırmağa, onların adətlərini islah etməyə və özlərini də oyadıb, yeni, nəcib və ciddi fəaliyyətə sövq etməyə çalışır. Biz C. Məmmədquluzadəyə səmimi-qəlbdən müvəffəqiyyətlər arzu edirik və ümidvarıq ki, müsəlman cəmiyyəti bu faydalı və yeganə jurnalın nəşrinə kömək göstərəcəkdir. </poem> [[Kateqoriya:1906-cı ilin məqalələri]] l7hscrw0iwm1qbj24g3clh8w8v4mgxy 95798 95797 2026-05-15T05:29:52Z Araz Yaquboglu 734 95798 wikitext text/x-wiki {{digər məna}} {{Başlıq | başlıq = "Molla Nəsrəddin" | müəllif = Firudin bəy Köçərli | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | mənbə = [http://anl.az/el/k/fk_s.e.php Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.] | əvvəlki = | növbəti = | il = 1906 | qeydlər = }} <poem> Bu ilin aprel ayından Tiflisdə çıxan yumoristik "Molla Nəsrəddin" jurnalı ilk nömrələrindən başlayaraq bizim ölkənin müsəlmanları arasında canlı maraq oyatmışdır. Məlumdur ki, Şərq xalqları, xüsusilə azərbaycanlılar öz danışıqlarını məsəllər, atalar sözləri və Şərqin müdrik məzhəkəçisi olan Molla Nəsrəddinin lətifələri ilə bəzəməyi sevirlər. Bu əfsanəvi Molla xalq müdrikliyinin və hazırcavablığının ifadəçisidir. Onun lətifələri o qədər həyati və məzəlidir ki, bu lətifələrdə o qədər səmimi bir yumor vardır ki, hamı onlarla maraqlanır və azərbaycanlıların arasında həmin lətifələri bilməyən və yeri gələndə bu və ya digər bir lətifəni danışmayan adam çox nadir tapılar. Hətta Azərbaycan dilində danışa bilən ermənilər və gürcülər də Molla Nəsrəddinin lətifələri ilə maraqlanırlar. Bu lətifələrdən çoxu isə müxtəlif müəlliflər tərəfindən rus dilinə tərcümə olunub "Sbornik materialov dlya opisaniya plemen i mestnostey Kavkaza"nın müxtəlif buraxılışlarında çap edilmişdir. Jurnalı bir qrup ziyalı müsəlmanların əməkdaşlığı ilə savadlı və mədəni azərbaycanlı — Mirzə Cəlil Məmmədquluzadə nəşr edir. İndiyə qədər çapdan çıxmış nömrələrə əsasən deyə bilərik ki, "Molla Nəsrəddin", nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir. Belə nöqsanlar və mövhumat isə bir neçə əsr qaranlıq və cəhalət içərisində yatıb qalmış bizim cəmiyyətimizdə o qədər çoxalmış və o qədər dərin kök salmışdır ki, tənqidə onların hansından başlamağı təyin etmək belə çətindir. İlk zamanlar jurnal, hər şeydən əvvəl, müsəlmanların bu cəhalət yuxusundakı vəziyyətinə diqqət yetirmişdir. Jurnalın 1-ci nömrəsinin birinci səhifəsindəki şəkildə cəhalət yuxusunda yatanların səltənəti təsvir olunmuşdur. Jurnalın bütün nömrələrində eyni qaydada təsvir olunan Molla Nəsrəddin isə əlinin hərəkəti və istehzalı bir heyrət ifadə edən baxışı ilə bu mənzərəni seyr edir və görür ki, bütün mömin müsəlmanlar müxtəlif vəziyyətlərdə və paltarlarda yuxu allahı Morfeyin ağuşundadırlar. Gecə keçmiş, səhər açılmışdır. Pəncərədən düşən ziyalar bu yuxu səltənətini işıqlandırmışdır. Lakin heç kəs və heç bir şey bu möhkəm yatmış müsəlmanları oyatmağa qadir deyildir: qocalar və cavanlar, orta yaşlı kişilər — hamısı yatmışlar, bu aləmdəki hər şeyi unudub yuxuya getmişlər, sükunəti bütün dünyadan üstün tutmuşlar. Uzaqda cavan bir oğlan, deyəsən, qüvvəsini toplayıb oyanmaq istəyir, lakin ağır yuxu ona da gözlərini açmağa imkan vermir. Molla öz oxucularına müraciət edərək deyir: "Ey mənim müsəlman qardaşlarım! Zamani ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər "xa … xa! …" edib güldünüz … o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsüz…. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz … o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza". Jurnal hər şeydən çox müsəlmanlar arasındakı mövhumata, cəhalətə və fanatizmə gülür. Çünki bunlar müsəlmanların həyatında böyük bir maneəyə çevrilib və onların geri qalmağına səbəb olubdur. Məsələn, müsəlmanlardakı mövhumatı göstərmək üçün Molla onlara məsləhət görür ki, hər ayın üçündə, beşində, on üç, on altı, iyirmi bir, iyirmi dörd və iyirmi beşində, həftənin bazar və bazar ertəsi günlərində, habelə hər ayın 28 və 29-da jurnala abunə yazılmasınlar. Çünki bu günlər ağır və nəhs günlər hesab olunur. Həmçinin Molla məsləhət görür ki, redaksiyaya göndərilən məktublarda gərək metal pero ilə yox, mütləq qamış qələmlə, özü də elə dəbdəbəli və ibarəli bir dillə yazsınlar ki, orada bir kəlmə də Azərbaycan sözü işlənməsin. Çünki Azərbaycan sözlərini işlətmək şəxsin elminin azlığına dəlalət edir. Susmaq müdrikliyin ən yüksək dərəcəsi hesab olunur. Əgər həzrət Süleyman danışmağı gümüş, susmağı qızıl adlandırıbsa, "Molla Nəsrəddin"ә görə, susmaq lap brilyantdır. Buna görə də o, öz həmməzhəblərinə məsləhət görür ki, bu qiymətli cəvahiri göz bəbəkləri kimi qoruyub saxlasınlar və hər hansı bir həyati məsələdən söhbət düşəndə danışmayıb sussunlar. Xüsusilə, yaşadığımız indiki həyəcanlı zəmanədə susmaq daha çox lazımdır. Yoxsa bir kəlmə artıq söz üçün ictimai qayda-qanunu və ümumun sükutunu qoruyanların tələsinə asanlıqla düşmək olar. Susmağın əhəmiyyətinə dair jurnalda gözəl bir şer dərc olunmuşdur ki, həmin şerdə belə deyilir: "Əgər qonşuların səni döyüb incitsələr, sənə gülsələr, var-yoxunu əlindən alsalar, acıqlanma, başını aşağı sal və lal ol. Çünki sənin xeyrin və qurtuluşun susmaqdadır". Molla Nəsrəddin müsəlmanlar arasından dövlət dumasına üzv seçilmiş adamlara da məsləhət görür ki, öz nüfuzlarını saxlamaq üçün özlərini mənasız hay-küy salanlara oxşatmasınlar. Müsəlmanlara məxsus səbir və dərin sükutla öz ağıl və ləyaqətlərini büruzə versinlər. Jurnalın beşinci nömrəsində dərc olunmuş "Məclisi-ədəb" şəkli müsəlmanlarda susmağın, mütiliyin və tam sükutun nə qədər uca bir mərtəbədə tutulduğunu göstərən ən yaxşı illüstrasiyadır. Molla heç özünün mənsub olduğu təbəqəyə də rəhm etmir. Öz kəskin istehzalı və kəsərli sözləri ilə o, müsəlman ruhanilərinə tez-tez sataşır. Ruhanilərə hücumu əsaslı olsa da, bizim fikrimizcə, həddindən çox kəskin və bir qədər də tendensiyalıdır. Bizim ruhanilərin başlıca qüsuru onların cahilliyində və məhdud düşünmələrindədir. Ruhanilərin əksəriyyətinin əqidəsinə və anlayışına görə, dinin mənası yalnız zahiri xarakter daşıyan bəzi dini ayinlərin icrasındadır; dinin daxili mənası, onun əsas məğzi, əxlaq təlimi isə ya mollaların özlərinin başa düşməməsi, ya da şəxsi mənfəətləri üzündən şüurlu surətdə nəzərdən qaçırılır. Jurnalın üçüncü nömrəsində (Hacı Seyid Əzim Şirvaniyə təqlid yolu ilə) dərc olunmuş "Keçmişi yad" şerində müəllif mollanın dili ilə keçmiş əyyamı xatırlayıb deyir ki, keçmiş zamanlarda mömin müsəlman bəndələrin hamısı cəhalət içində idi. Heç nəyi bilmir, heç nəyi anlamırdılar; mollanı hər yerdə alim və müqəddəs bir insan sayırdılar; onu plova, çaya qonaq edirdilər. Vəz edib hamının canına qorxu salanda hər yerdən ona pul və xələt verilirdi. Onda ki, övladi-vətən xam idi, kef çəkməli əyyam idi. O gözəl əyyam keçmişdir, onu geri qaytarmaq mümkün deyildir. Müsəlman arvadlarının ağır və kölə vəziyyəti də jurnalın diqqətindən kənarda qalmamışdır. "Molla Nəsrəddin"in həmin nömrəsində belə bir şəkil verilmişdir: Evin başçısı taxtda döşəkçənin üzərində uzanıb fikirli halda qəlyan çəkir; onun qabağında oturan kiçik bir oğlan uşağı qışqırıb ağlayır. Qəlyanı çəkən kişinin arvadı otağa daxil olur, onun paltarı köhnə, ayaqları yalındır. Əlində sənək var, bir uşağı da arxasına almışdır. Ər onu görən kimi qəzəbli halda deyir: "Ay arvad, allah sənə lənət eləsin, bu uşaq mənim başımı apardı, gəl bunu da götür al dalına!" Hər şeyi bilməyə çalışan kiçik bir qız nənəsindən soruşur ki, nə üçün onun sifəti saralmış və qırışlarla örtülmüşdür. (Pozdnyakovun bu şeri tərcümə olunub "Dəbistan" jurnalında çap edilmişdir). Molla nənənin əvəzinə qıza cavab verib, onun gözlərini açaraq deyir ki, hər bir Azərbaycan qızının taleyi belədir və həmin kiçik qızın özünü də belə bir tale gözləyir. O da vaxtından əvvəl solub saralacaq, sifəti qırışlarla örtüləcək, qoca bir nənə olacaqdır. Mərhəmətsiz və qəzəbli atası 8–10 yaşlı bu kiçik qızı 40 yaşında dəvə boyda və kütbeyin bir kişiyə ərə verəcəkdir. O zamandan qızın həyatında qara günlər başlanacaqdır. O bir daha ömründə ağ gün görməyəcək, sevincə həsrət qalacaq və heç kəsdən təsəlli ala bilməyəcəkdir. Molla həmin kiçik qıza müraciət edib deyir: "Qızım, bu elə bir dərddir ki, əlacı yoxdur. Ərin tez-tez səni döyüb, söyəcək, heç bir günahın olmadan səni təhqir edib alçaldacaqdır. Günlərin birində sənin ərin başqa bir arvad alacaq və səni həmişəlik unudacaqdır. Çox çəkməyəcək ki, ərin üçüncü bir arvad alacaq, sonra sizin aranızda həmişə dava-dalaş hökm sürəcəkdir. Dərd və kədər səni yandıracaqdır. İstər təqsiriniz olsun, istər olmasın əriniz gündə birinizi döyəcəkdir. Yaxın gələcəkdə səni də belə bir həyat gözləyir. O zaman sən də tezliklə qocalarsan, nənən kimi sənin də alnın qırışlarla örtülər". Qonşu dövlətin — "Qızıl İranın" həyatı jurnala zəngin və çox maraqlı material verir. Hələ beş-altı il bundan əvvəl çapdan çıxmış olan məşhur "Səyahətnaməyi-İbrahimbəy" bizi İran həyatı ilə yaxşı tanış edir. Budur, qarşımızda belə bir şəkil vardır: İrandan bizə "əziz qonaqlar" kimi gələn, əslində isə cəhalət, zülmət, mövhumat və fanatizm carçıları olan dərvişlər, ilan oynadanlar, meymun oynadanlar, cadugərlər, gözbağlıcalar, nağıl deyənlər, fala baxanlar, cindarlar, mollalar, yuxu təbir edənlər, tiryək satanlar və asan qazanc əldə etmək üçün macəra axtaran digər fırıldaqçılar əl-ələ verib, cərgə ilə Araz çayından bu tərəfə keçirlər. Onlar hər il Zaqafqaziyaya yüzlərlə və minlərlə gəlir. Ölkədəki cahil əhalini istismar edir, onların əxlaqını pozur, camaat arasında fanatizm toxumu yayır, özləri də bizim pulumuzu ciblərinə doldururlar. Budur, "Qızıl İranın" həyatından verilmiş başqa bir şəkil (№ 9). İran şəhərlərindən birinin küçəsində örtülü karetada tanınmış bir şəxs öz xanımı ilə gedir; xanım tülə və çadraya bürünmüşdür. Fərraşlar qabaqda gedərək qışqırırlar: "Çəkil, yol ver, gözlərini yum, kor ol!" Onlar təsadüfən həmin küçədə qarşılarına çıxan iranlıların kürəyinə və peysərinə zərbələr endirirlər, küçədəki iranlılar fərraşların əmrinə tabe olub, üzlərini divara çevirir və gözlərini yumurlar ki, karetada gedən mötəbər şəxsləri görməyə cəsarət etməsinlər. Bütün bu hadisələr XX əsrdə baş verir. "Molla Nəsrəddin" uşaqların ev və məktəb tərbiyəsi məsələsinə böyük diqqət edir, müsəlmanlarda uşaqların ev tərbiyəsinin nə qədər acınacaqlı bir vəziyyətdə olduğunu və bu məsələnin, ümumiyyətlə, necə yanlış qoyulduğunu göstərən kəskin qeydə jurnalın demək olar ki, hər nömrəsində təsadüf edə bilərsiniz. Jurnalın altıncı nömrəsində dərc olunmuş "Laylay"dan görünür ki, müsəlman anaları uşaqlara hələ beşikdə ikən necə müdhiş mətləb və fikirlər aşılayırlar. Hazırcavablıqla yazılmış bir sıra məqalələrdə, məsələn, "Niyə mən dərsdən qaçdım?" adlı məqalədə "Hop-hop" adlı bir nəfər bizim məktəblərin nöqsanlarını çox aydın göstərib deyir ki, bu məktəblər uşaqların mənəvi keyfiyyətlərini və zehni qabiliyyətlərini artırmaq əvəzinə, onların əxlaqi cəhətdən korlanıb şikəst olmalarına kömək edir. Jurnalda verilən məktublar çox bacarıqla tərtib olunur. Onlarda Qafqazın müxtəlif yerlərindəki sakinlərin adətləri və ənənələri göstərilir. Xüsusilə İrandan və Turkiyədən verilən teleqramlar da maraqlı olurlar. Onlardan bəzilərini misal çəkək: "Təbriz. 30 mart. Hacı Qurbanın şəkər zavodu yandı və iki milyon zərər mülahizə olunur". "Tehran, Tehrandan Bəndər-buşirə kimi telsiz teleqraf işləməyə başladı". "German-Şiraz dəmir yollarının tətilləri gözlənir". "İstanbul. 29 mart. Küçə gedən vaxt öskürməyi Osmanlı hökuməti əhaliyə qadağan edibdir" və ilaxir. İran təqvimindən alınan və jurnalda verilən məlumat da çox maraqlıdır. Həmin məlumatda, məsələn, deyilir: Bu il həmişəki kimi çox toz olacaqdır. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək…. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Osmanlı ilə Bolqariya ya dava edəcək, ya etməyəcək. Dava etsə, ya Osmanlı basılacaq ya Bolqariya. Ulduzların vəziyyəti üləmalar üçün saatın xoş olduğunu xəbər verir. Üləmalar "İrşad" qəzetini və "Molla Nəsrəddin" jurnalını lənətləyəcək və bütün yeni elmlərin hamısını baykot edəcəkdir. Jurnalın şəkillərinə gəldikdə, demək olar ki, onun rəssamı (O. Ş.-linq) yerli əhalinin məişətini, adət və ənənələrini gözəlcə öyrənmişdir. Onun bəzi şəkilləri bilavasitə həyatdan alınmış lövhələri bütün dolğunluğu ilə oxucuya göstərir. "Qoç döyüşdürmək", "Qəzet satan və dövlətli tacir", "Ədalət" (qalaq vermək əhvalatı), "Əziz qonaqlar", "Məclisi-ədəb", "İyirminci əsr", "Cümə. Dükanlar bağlı", "Qrammatika mübahisələri", "Vəqf", "Şəriət dərsindən imtahan", "Tacir Xoncaxani" və başqa şəkillər belədir. Ümumiyyətlə, "Molla Nəsrəddin" çox yaxşı təsir bağışlayır və öz çətin vəzifəsini hələlik müvəffəqiyyətlə yerinə yetirir. Yəni azərbaycanlıların vaxtı keçmiş, köhnəlmiş görüşlərini, anlayış və adətlərini gülüş yolu ilə aradan qaldırmağa, onların adətlərini islah etməyə və özlərini də oyadıb, yeni, nəcib və ciddi fəaliyyətə sövq etməyə çalışır. Biz C. Məmmədquluzadəyə səmimi-qəlbdən müvəffəqiyyətlər arzu edirik və ümidvarıq ki, müsəlman cəmiyyəti bu faydalı və yeganə jurnalın nəşrinə kömək göstərəcəkdir. </poem> [[Kateqoriya:1906-cı ilin məqalələri]] dvhzrl9upps0oyo888e9qrdbcdfkuxg Molla Nəsrəddin 0 21427 95796 57344 2026-05-15T05:29:21Z Araz Yaquboglu 734 95796 wikitext text/x-wiki * [[Müəllif:Molla Nəsrəddin]] * [[Molla Nəsrəddin jurnalı]] * [[Molla Nəsrəddin (Firidun bəy Köçərli)]] {{dəqiqləşdirmə}} 8pncre50nrrecj1r6ow0i4qncn38o63 Dostluq hədiyyəsi 0 33494 95808 95734 2026-05-15T05:59:50Z Araz Yaquboglu 734 [[Kateqoriya:Dostluq haqqında əsərlər]] əlavə olundu [[VM:HC|HotCat]] 95808 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1955, 17 dekabr | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Qardaş! Sənin axar təbin Axdı təmiz sular kimi; Hər muradın, hər mətləbin Gah yeridi, gah atlandı, Tərlan olub qanadlandı Müqəddəs arzular kimi! Ömrün boyu sən inandın Bu torpağın qüdrətinə. Vətən oldu əzəl andın; Qulaq asdın sərin-sərin Dünya görmüş bu ellərin Hər sazına, söhbətinə. Şirin dilin, şirin ləhcən Yurdumuzun öz səsidir… Rübabını çalanda sən Dindi dağ da, göy çəmən də, Dedi hamı, dedim mən də: Bu Osmanın nəfəsidir - Yurdumuzun öz səsidir!.. Kosmopolit iş başında Səni dandı, məni dandı… Sən atını sürən zaman Od qopduqca nallarından Paxılların küt başında Ocaq yandı, od qalandı! Bir döyündü ürəyimiz, - Bir əmələ qoşa getdik. Gah ləpəli, gah dalğalı, Gah da çənli, qasırğalı Şeir, sənət yolunu biz Vüqarla baş-başa getdik. Bir əmələ qoşa getdik!.. Getdik, dedim… Yox, inanma! Mənzil yarı, ömür yarı! Mən dayansam, sən dayanma! Qartal kimi dağlar aşsın. Buludlarla qucaqlaşsın İlhamının qanadları! Mən bilirəm o səndəki Vüqar nədir, təmkin nədir! Bilirəm ki, sinəndəki: Hələ sirri açılmamış, İnciləri saçılmamış Qapalı bir xəzinədir… Bilirəm ki, el yanında Alnı açıq, üzü ağsan. Bilirəm ki, saf qanında Dalğaların qüvvəti var, Şerin, sözün qüdrəti var, Hələ nələr yazacaqsan, Nə nəğmələr yazacaqsan!.. </poem> [[Kateqoriya:1955-ci ilin şeirləri]] [[Kateqoriya:Dostluq haqqında əsərlər]] 71lop4kdjp3bvwode2g4bo6oyxyr1rs Ey badi-səba, məndən ilət yarə səlamı 0 33516 95793 2026-05-14T13:11:56Z Zeynab TaghievaResearch 12645 Səhifə "Ey badi-səba, məndən ilət yarə səlamı, Şol qəmzələri ərbədəcu, eyni həramı. Müştaqə nədir çarə, mana bildir, anı et, Gər fürsət ola yarə dəgirmək bu pəyamı? Yandırdı məni yandırıcı firqəti anın, Bir daxi qanı kim, görüm ol mahi-təmamı? Zülfündənü xalından anın ayruyam, ayru, Ey həq, mana ver sən yenə şol danəvü damı. Məqsudi kimin kim, iki aləmdə nə sənsən, Məqsudunu itirdivü fəth olmadı..." məzmunu ilə yaradıldı 95793 wikitext text/x-wiki Ey badi-səba, məndən ilət yarə səlamı, Şol qəmzələri ərbədəcu, eyni həramı. Müştaqə nədir çarə, mana bildir, anı et, Gər fürsət ola yarə dəgirmək bu pəyamı? Yandırdı məni yandırıcı firqəti anın, Bir daxi qanı kim, görüm ol mahi-təmamı? Zülfündənü xalından anın ayruyam, ayru, Ey həq, mana ver sən yenə şol danəvü damı. Məqsudi kimin kim, iki aləmdə nə sənsən, Məqsudunu itirdivü fəth olmadı kamı. Mə’nidə üzü qiblədə ol arif imiş kim, Üzündür anın qibləsi, eynindir imamı. Ol lövhdü, ey üzü qəmər, gül yanağın kim, Ruhülqüdüs ol lövhdən endirdi kəlamı. Bəzmində əzəl saqisi lə’lin mana sunmuş, Ol badəyi kim, ruhül-əmindir dolu camı. Vəslin əbədi bəxt imiş, amma nə deyim kim, Dövranı degil baqivü peyvəstə davamı. Hüsnün quludur cümlə əgər mahisə, gər xur, Ey lə’linə can bəndəvü yazuqlu qulamı. Namusa məni də’vət edər nasehü namə, Ey xacə, nədir aşiqə namus ilə namı? Vəsfində Nəsimi sözünü ərşə çıxardı, Qanğı sədəfin incisi buldu bu nizamı. 9o8l0awzqww4bm36khl9sg2vzp76sm0 95800 95793 2026-05-15T05:37:02Z Araz Yaquboglu 734 95800 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = İmadəddin Nəsimi | tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = }} <poem> Ey badi-səba, məndən ilət yarə səlamı, Şol qəmzələri ərbədəcu, eyni həramı. Müştaqə nədir çarə, mana bildir, anı et, Gər fürsət ola yarə dəgirmək bu pəyamı? Yandırdı məni yandırıcı firqəti anın, Bir daxi qanı kim, görüm ol mahi-təmamı? Zülfündənü xalından anın ayruyam, ayru, Ey həq, mana ver sən yenə şol danəvü damı. Məqsudi kimin kim, iki aləmdə nə sənsən, Məqsudunu itirdivü fəth olmadı kamı. Mə’nidə üzü qiblədə ol arif imiş kim, Üzündür anın qibləsi, eynindir imamı. Ol lövhdü, ey üzü qəmər, gül yanağın kim, Ruhülqüdüs ol lövhdən endirdi kəlamı. Bəzmində əzəl saqisi lə’lin mana sunmuş, Ol badəyi kim, ruhül-əmindir dolu camı. Vəslin əbədi bəxt imiş, amma nə deyim kim, Dövranı degil baqivü peyvəstə davamı. Hüsnün quludur cümlə əgər mahisə, gər xur, Ey lə’linə can bəndəvü yazuqlu qulamı. Namusa məni də’vət edər nasehü namə, Ey xacə, nədir aşiqə namus ilə namı? Vəsfində Nəsimi sözünü ərşə çıxardı, Qanğı sədəfin incisi buldu bu nizamı. </poem> [[Kateqoriya:Qəzəllər]] 79ftph6k43uwtf3ra2b0ztbatzgndvc Gözlərim yarın qəmindən axıdar dürdanəyi 0 33517 95794 2026-05-14T13:24:42Z Zeynab TaghievaResearch 12645 Səhifə "Gözlərim yarı qəmindən axıdar dürdanəyi, Hər damla bir sirr açar, göstərər pünhanəyi. Eşqin odu sinəmdə min atəşə dönmüşdür, Könlümə düşən bu dərd yandırar hər yanəyi. Sənsiz ötən hər anım bir qürbət aləmidir, Axtarar ruhum səni, gəzər hər viranəyi. Dedilər ki, aşiqə səbr ilə şəfa gələr, Səbrim isə kül oldu, eşq verdi fərmanəyi. Məndə sığar bu dünya, amma sən sığmazsan, Könlümə yaz..." məzmunu ilə yaradıldı 95794 wikitext text/x-wiki Gözlərim yarı qəmindən axıdar dürdanəyi, Hər damla bir sirr açar, göstərər pünhanəyi. Eşqin odu sinəmdə min atəşə dönmüşdür, Könlümə düşən bu dərd yandırar hər yanəyi. Sənsiz ötən hər anım bir qürbət aləmidir, Axtarar ruhum səni, gəzər hər viranəyi. Dedilər ki, aşiqə səbr ilə şəfa gələr, Səbrim isə kül oldu, eşq verdi fərmanəyi. Məndə sığar bu dünya, amma sən sığmazsan, Könlümə yazmış əzəl səni bir əfsanəyi. Sözlərim Nəsimi tək dərd ilə yoğrulmuşdur, Hər misra bir həqiqət, açar gizli xanəyi fs2ag3ru0rmodewaalc3b74ihc27zn5 95801 95794 2026-05-15T05:37:34Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95801 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = İmadəddin Nəsimi | tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = }} <poem> Gözlərim yarı qəmindən axıdar dürdanəyi, Hər damla bir sirr açar, göstərər pünhanəyi. Eşqin odu sinəmdə min atəşə dönmüşdür, Könlümə düşən bu dərd yandırar hər yanəyi. Sənsiz ötən hər anım bir qürbət aləmidir, Axtarar ruhum səni, gəzər hər viranəyi. Dedilər ki, aşiqə səbir ilə şəfa gələr, Səbrim isə kül oldu, eşq verdi fərmanəyi. Məndə sığar bu dünya, amma sən sığmazsan, Könlümə yazmış əzəl səni bir əfsanəyi. Sözlərim Nəsimi tək dərd ilə yoğrulmuşdur, Hər misra bir həqiqət, açar gizli xanəyi </poem> 84iey0rovuyb45x897wpn5etoek1rbx 95802 95801 2026-05-15T05:37:42Z Araz Yaquboglu 734 [[Kateqoriya:Qəzəllər]] əlavə olundu [[VM:HC|HotCat]] 95802 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = İmadəddin Nəsimi | tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = }} <poem> Gözlərim yarı qəmindən axıdar dürdanəyi, Hər damla bir sirr açar, göstərər pünhanəyi. Eşqin odu sinəmdə min atəşə dönmüşdür, Könlümə düşən bu dərd yandırar hər yanəyi. Sənsiz ötən hər anım bir qürbət aləmidir, Axtarar ruhum səni, gəzər hər viranəyi. Dedilər ki, aşiqə səbir ilə şəfa gələr, Səbrim isə kül oldu, eşq verdi fərmanəyi. Məndə sığar bu dünya, amma sən sığmazsan, Könlümə yazmış əzəl səni bir əfsanəyi. Sözlərim Nəsimi tək dərd ilə yoğrulmuşdur, Hər misra bir həqiqət, açar gizli xanəyi </poem> [[Kateqoriya:Qəzəllər]] 4247nxek1w6xoztxp1id5yk93jjfq43 Molla Nəsrəddin (dəqiqləşdirmə) 0 33518 95799 2026-05-15T05:30:03Z Araz Yaquboglu 734 [[Molla Nəsrəddin]] səhifəsinə istiqamətləndirilir 95799 wikitext text/x-wiki #redirect[[Molla Nəsrəddin]] kavy6uhi11p1g0tjd8gm7hc311k0sn0 A "Dostlar" 0 33519 95804 2026-05-15T05:49:37Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95804 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1953 | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Yetər bu ayrılıq, bu fitnəkarlıq. Fitnənin axırı nədir, a "dostlar"? Sizdəki bu həsəd, bu gözü darlıq, Gəncliyə bir əyan dərsdir, a "dostlar". Böyük bir hünərim yoxdur, bilirəm, Bəzən öz-özümə baxıb gülürəm. Artıq can üstəyəm, artıq ölürəm. Şöhrətim quru bir səsdir, a "dostlar"… Tərpətməyin məni durduğum yerdən. Bir gül çiçəklənməz ayrılsa yerdən… Yoxsa şimşək olub oynaram birdən, Mənim bir damarım tərsdir, a "dostlar". Əzəldən aşiqəm şerə, sənətə, Küsməyin məndəki bu bədahətə. ………………………… Vüqarım hər zaman şəsdir, a "dostlar". Başından yekələr çox qudurmasın, Yalandan üzümə gəlib durmasın. Hər yetən qıçıma bir diş vurmasın, Yaxamdan əl çəkin, bəsdir, a "dostlar"! Hər gülün taleyi öz əlindədir, Sirrimi vermərəm, çox dərindədir. Şairin şöhrəti əsərindədir, Sizə son cavabım "yest!"dir, a "dostlar"! </poem> [[Kateqoriya:1953-cü ilin şeirləri]] kw71bcfnbxtizlrw0wmp5gfnhjzea9r 95806 95804 2026-05-15T05:58:58Z Araz Yaquboglu 734 [[Kateqoriya:Dostluq haqqında əsərlər]] əlavə olundu [[VM:HC|HotCat]] 95806 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1953 | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Yetər bu ayrılıq, bu fitnəkarlıq. Fitnənin axırı nədir, a "dostlar"? Sizdəki bu həsəd, bu gözü darlıq, Gəncliyə bir əyan dərsdir, a "dostlar". Böyük bir hünərim yoxdur, bilirəm, Bəzən öz-özümə baxıb gülürəm. Artıq can üstəyəm, artıq ölürəm. Şöhrətim quru bir səsdir, a "dostlar"… Tərpətməyin məni durduğum yerdən. Bir gül çiçəklənməz ayrılsa yerdən… Yoxsa şimşək olub oynaram birdən, Mənim bir damarım tərsdir, a "dostlar". Əzəldən aşiqəm şerə, sənətə, Küsməyin məndəki bu bədahətə. ………………………… Vüqarım hər zaman şəsdir, a "dostlar". Başından yekələr çox qudurmasın, Yalandan üzümə gəlib durmasın. Hər yetən qıçıma bir diş vurmasın, Yaxamdan əl çəkin, bəsdir, a "dostlar"! Hər gülün taleyi öz əlindədir, Sirrimi vermərəm, çox dərindədir. Şairin şöhrəti əsərindədir, Sizə son cavabım "yest!"dir, a "dostlar"! </poem> [[Kateqoriya:1953-cü ilin şeirləri]] [[Kateqoriya:Dostluq haqqında əsərlər]] 6ev3u6sz61hxs00epbk87r5l0yl8pz8 Bahar düşüncələri 0 33520 95805 2026-05-15T05:58:41Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 95805 wikitext text/x-wiki {{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1953, 22 aprel | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 }} <poem> Bahar, istəklimsən başdan, binadan, Ən gözəl qızısan sən təbiətin! Xoşbəxt yaranmısan xoşbəxt anadan; Gözünün odusan şerin, sənətin, Ən gözəl qızısan sən təbiətin! Sənin də şair tək qanın qaynardır, Yerdə arzuların gül açır rəng-rəng. Başında daim fikirlər vardır, Daim döyünür sinəndə ürək, Yerdə arzuların gül açır rəng-rəng. Sükuta düşmənsən əzəldən sən də… Nə yatır, nə də bir sakit olursan. Çöllərə neçə min xalı sərsən də, Çarpışıb yağışla, boranla, qarla - Qışın son nəfəsi — qasırğalarla - Sən də döyüşlərdə yaşa dolursan, Nə yatır, nə də bir sakit olursan! Buludlar qoynunda çaxan şimşəyin Sivri qılınc kimi sıyrılır qından. Tufan da qoparır bəzən küləyin, Dağlara səs düşür qışqırığından… Bahar! Qoy suların gurhagur axsın, Sinəmin üstündən keçsin sellərin. Başımın üstündə şimşək də çaxsın. Qoy tufan qoparsın əsən yellərin! Doyunca çarpışıb qasırğalarla, Göydə qartal kimi yorulum mən do. Sonra qoşa yatıb dostum baharla Baş-başa, dincəlim bir göy çəməndə… Dən olub səpilək, gəl səninlə mən. Göyərək torpaqda sünbüllər kimi; Qızlar gülab çəksin qoy ətrimizdən, Baharın zinəti al güllər kimi! Qoşa çinar olub bitək yol üstdə, Göylərə boy ataq öz ölkəmizdə. Yayın istisində Muğanda, Mildə, Yolçular dincəlsin, qoy kölgəmizdə. Ya da dağ döşündə qoşa qaynayan, Ürək sərinlədən çeşmələr olaq… Yerdə bulud-bulud axıb oynayan Sərin çaylar kimi axdıqca dolaq… Yer qazaq, su çəkək boz səhralara, Daş yonaq, söz yazaq iki əl kimi… Göyləri şimşəktək biz yara-yara, Gəzək yer üzünü bir əməl kimi. Bir cüt ala gözlü göyərçin olub, Gəl Yer kürəsinin çiyninə qonaq. Şeir tək dillənib, nəğmə tək ötüb. Dildən-dilə düşək, əzbər oxunaq. Bir cüt məşəl olsun ürəklərimiz, Bir cüt ulduz kimi baş-başa yanaq. Sülhün, səadətin keşiyində biz Gəl qoşa dayanaq, qoşa da yanaq! Min il ömür sürək səninlə qoşa Bir canda döyünən iki ürək tək. Min il nəfəs verək torpağa, daşa, Nəsildən-nəsilə təzələşərək… </poem> [[Kateqoriya:1953-cü ilin şeirləri]] kswiniyvd0x072whr1eq8qet0d7a4jn Kateqoriya:Dostluq haqqında əsərlər 14 33521 95807 2026-05-15T05:59:11Z Araz Yaquboglu 734 Səhifə "[[Kateqoriya:Mövzularına görə əsərlər]] [[Kateqoriya:Dostluq]]" məzmunu ilə yaradıldı 95807 wikitext text/x-wiki [[Kateqoriya:Mövzularına görə əsərlər]] [[Kateqoriya:Dostluq]] qrt27fnzyljil2tf7veoit85tgmb6u1