Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.47.0-wmf.15 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Qoşmalar (Şah İsmayıl Xətayi) 0 33882 96809 96808 2026-08-17T11:41:37Z Araz Yaquboglu 734 96809 wikitext text/x-wiki {{Başlıq | başlıq = Qoşmalar | müəllif = Şah İsmayıl Xətai | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} <poem> Könül, nə gəzirsən seyran yerində, Aləmdə hər şeyin var olmayınca?! Olura-olmaza dost deyib gəzmə, Bir əhdinə bütün yar olmayınca. Yürü, sufi, yürü, yolundan azma, Elin qeybətinə quyular qazma, Yorulma bihudə, boşuna gəzmə, Yanında mürşidin var olmayınca. Qalxdı, havalandı könlün quşu, Qovğa, qeybət etmək kötünün işi, Ustadın tanımaz bunda hər kişi, Onun kim mürşüdü ər olmayınca. Varub bir kötüyə sən olma nökər, Çərxinə dəgər də, dolunu dögər, Nə xudadan qorxar, nə hicab çəkər, Bir kötüdə namus, ar olmayınca. Şah Xətayim edim bu sirri bəyan, Kamilmidir cahil sözünə uyan? Bir başdan ağlamaq ömrədir ziyan, İki başdan mühibb, yar olmayınca. *** Qarşıdakı qarlıca dağı gördünmi? Yoldurmuş əyyamın, əriyib gedər. Axan sulardan sən ibrət aldınmı? Yüzünü yerlərə sürüyüb gedər. Qadirsən, ey ulu şahım, qadirsən, Hər nerəyə baxsan, onda hazirsən. Üstümüzdə dörd guşəli çadirsən, Cümləmizi birdən bürüyüb gedər. Sıra-sıra gələn ol ulu quşlar, Sirli olur, yaxmaz onu günəşlər, Əvvəl-əzəl meyvə verən ağaclar, Onlar da qalmayıb çürüyüb gedər. Dərindir bizim dəryamız, boylanmaz, Min bir kəlam desəm, biri anlanmaz. Kişi iqrarsız yollara yollanmaz, Yolları koynunda yürüyüb gedər. Şəh Xətayim söylər sözü özündən, Dərvişlərin sağınıbdır gözündən, Olur-olmaz münkirlərin sözündən, Əsriyib könlümüz, farıyıb gedər. *** Batinimdə dedi mənə bir əziz: – Məhəbbətdən keçən haqdan da keçər. Vermən nəsibini, kəsin qidasın, Məhəbbətdən keçən haqdan da keçər. Məhəbbət adəmi haqqa yardır, Məhəbbət etməyən can murdardır, Dünyavü axirət yüzü qaradır, Məhəbbətdən keçən haqdan da keçər. Gerçək olan bir nəfəsə inana, Canımız veririz qurban canana, Lə’nət olsun iqrarından dönənə, Məhəbbətdən keçən haqdan da keçər. Dörd qapu, qırx məkan, yetmiş iki qat, Məhəbbət dedigin təcəlliyi-zat, Mö’minə, müslümə, xeyir, nəsihət, Məhəbbətdən keçən haqdan da keçər. Məhəbbət dedigin xaslar xasıdır, Məhəbbət olmayan haqqın nəsidir? Dost Xətayinin bu, haqq nəfəsidir: Məhəbbətdən keçən haqdan da keçər. *** Gəl öyüd verəyim, öyüd alırsan, Xidmət eylə genə gülü bulunca. Karvan gedər, sağın, geri qalırsan, Haman əldən qoyma yolu bulunca. Öldürsə də, çıxmaz yoldan yol əri, Gerçəklərin əlindədir yuləri, Göründü, seyr eylə axan suları, Qarışır ümmana seli bulunca. Arı oldun, hər çiçəkdən alırsan, Balın damızlığın qanda bulursan, Yetmiş min ayətə dəlil olursan, Anlayıb da bu dəlili bulunca. Dinləyib də bu mə’nayi yazmalı, Hər kişi halınca quyu qazmalı, Yeddi padşahlıq yeri gəzməli, Halına münasib yeri bulunca. Sil-süpür qəlbini, süddən bəyaz et, Öldür nəfisini, şeytandan arıt, Doxsan doqquz yerə çıxdı Bayəzid, Halına münasib yeri bulunca. Şah Xətayim aydur: – Baxma bu halə, Könlümüzdə vardır bir ulu qala, Əlif gələ, ayin gələ, mim gələ, Dərdli qullar dərmanını bulunca. *** Gəl, a könül, xoş görəlim bu dəmi, Bu da böylə qalmaya bir gün ola. Kişi çəkmək gərək qüssəyi, qəmi, Haqdan gəlir, hər nə gəlsə bir qula. Ər odur e’tiqad edə pirinə, Nəzər edə əvvəlü axirinə. Əlbət, yol qədimdir iltər yerinə, Sana kim neylərsə, sala gör yola. Biz də bilirik ki, dostu, qardaşı, Bulamadım bir qara gün yoldaşı. Dost keçinib yüzə gülən qəllaşı, Bahasıdır, satmaq gərək bir pula. Hər kişi bir xəyal ilə əglənir, Daim onun könlündə ol əglənir. Böylə olur sevdigim gah ağlanır, Kimi gördük qiyamətə dək gülə. Qarunu gör bunadı, ya bulduqca, İnandı fələk yüzünə güldükcə. Sən eylik et, durma əldən gəldikcə, Dedilər: – Xalq bilməzsə, xaliq bilə. Gerçək olan kişi dostdan ayrılmaz, Dəgmə kişidə həqiqət bulunmaz, Sən səni satsan, yedirsən, bilinməz, Bu zamanda kimsə yaramaz elə. Xətayi, dünyanın ötəsi fani, Bizdən əvvəl bunda gələnlər qani? Sanma daim şad yürüyə düşməni, Bir gün olur növbət ona da gələ. *** Gəlib ixlas ilə yola gedənin Zərrəcə könlündə güman gərəkməz. Sil-süpür qəlbini, evin pak eylə, Mö’minin aynası duman gərəkməz. Birnin iki yerdə gər əli olsa, Faydası olmaz ol gər Əli olsa. Müsahibdən gizli dal yeri olsa, Ondan sana hələn iman gərəkməz. Müsahib, mürəbbi yolda bir kişi, Dili söylər, amma degildir işi, Çünki baş etməzsən tutduğun işi, Ər yükü gövhərdir, saman gərəkməz. Can Xətayim aydır: – Düşürdün dərdə, Zavallı sufidən qalxmayır pərdə, Gördün ki, bir loğma gəldi bir yerdə, Ol loğma cig isə, yemən gərəkməz. *** Mürşidlikdən sizə budur, ərənlər, Hər nə istər, mənzil nərə buluna. Günəş kimi tülu edə bürcündən, Ay ilə gün doğub onda doluna. Mürşid oldur talibini bişirə, Əlin alıb azmaqlıqdan devşirə, Gündə min gəz təbər vursa başinə, “La” deməyə ver nəsibin alana. “La” der isə nəsibini verməgil, Nəfsi yamandır, yanında durmagil, Ölür isə namazını qılmagil, Səd hezaran lə’nət onun canına. Talib demə pir yanında utana, Talib dönməz pir yanında ötənə. Güman ilə yatur olsa sitəmə, Yuma onda murdar göndər sininə. Pir oldur ki, pir yurdunda otura, Talibin nöqsan yerini yetirə, Təsəlli verübən yola gətirə, İrişdirə dörd qapunun cəminə. Xətayiyəm, çar guşəyi gəzərəm, Eşq kitabın oxuyuban yazaram, Mürşidinə kəc baxandan bezaram, Nə çağıram, nə xud varam yanına. *** Bu yolun yolçusu olayım dersən, Əldə iki qarpız tutmalı degil. Dərviş olub şalvar geyəyim dersən, Gahi geyib, gahi atmalı degil. Namərd bağçasında qönçə gül olmaz, Kamil ilə yoldaş olan yorulmaz, İki məxluq vardır, haqqa qul olmaz, Məğrurluq, kibirlik etməli degil. Məğrurlar orada olurlar yalan, Kibr imiş yorulub yollarda qalan, Əgər yolçu isən, körpünü dolan, Göz görə çamura batmalı degil. Qoyun quzusuna nasıl mələdi? Öküzün qulağın kimlər ənədi? Qərib bülbül gül dalında tünədi, Hər çalı başında ötməli degil. Şah Xətayim imam Cəfər müxbiri, Haqqın yaranıdır Veysül-Qərəni, Haqqın xəznəsindən gələn gövhəri Müştəri olmadan satmalı degil. *** İqrar verdim, dönmən ələst bəzmindən, Verdiyim iqrarı imandan aldım. Başqa seyran gördüm, kəndi özümdən, Bu məhəbbəti mən Mərdandan aldım. Narü badü xakdan bilin xəlq oldum, Kəndi-kəndim ana rəhmində buldum, Müddət tamam oldu, dünyayə gəldim, Bu ibrətnümayi cahandan aldım. Bildiyim unutdum, eylərəm fəryad, Dərdim budur: dil yox istəyəm imdad, Təkrar yenə tə’lim etdi bir ustad, Dərsimi məktəbi-ürfandan aldım. Can gözü qəflətdən açıla düşdü, İkilik pərdəsi seçilə düşdü, Qüdrət xəzinəsi açıla düşdü, Cəvahiri kani-mərcandan aldım. Bu bir gizli sirdir, hər can duyamaz, Əhli-eşqin qatarına uyamaz, Dəgmə cöhərfüruş baha qoyamaz, Bu dürri-yektadır, ümmandan aldım. Gəl düşünmə, ağla sığmaz bu elim, Qüdrət xəzinəsinin miftahi dilim, Bir ulu dərgaha ulaşdı yolum, Bilməyən sanır ki, dükkandan aldım. Ah edib utandım kəndi sözümdən, Məst olub türabə düşdüm özümdən, Qanlı yaş axıtdım iki gözümdən, Macərayi çeşmi-giryandan aldım. *** Musayə təsəlli göründi Turdən, Məst olub ağlını şaşırdı sirdən, Ənəlhəq sirrini aldım Mənsurdən, Məhəbbət kəmərin ərkandan aldım. Həq bilir, sözümə hiylə qatmazam, Hər kəsə bu siri əyan etməzəm, Qiyməti bilinməz yerdə satmazam, Mən bu nəsihəti bir candan aldım. Çalış bu girdabın çıx yörəsinə, Dərman gizlənibdir dərd arasına, Məlhəm sarılarmı eşq yarasına? Bu elmi, hikməti Loğmandan aldım. Aləm başdan-başa bir seyrangahdır, Gir könül şəhrinə, gör nə dərgahdır. Bir gizlicə sirdir, qüdrətüllahdır, Yazılmış dəftərü divandan aldım. Tərkü təcrid oldum, tökdüm qəbayi, Əynimə geyindim şalü əbayi, Mana sorun kimdən aldım yasayi? İsmayıla enən qurbandan aldım. Dünyadan əl çəkdim, ərkandır işim, Çeşmilə, bürhandır, tökülür yaşım, Sizlərə hədiyyə, eldədir başım, Ol yaşıl yaprağı Salmandan aldım. *** Bir qəndildən bir qəndilə taxıldım, Türab olub yer üzünə yaxıldım, Bir zaman da çaxmaq ilə çaxıldım, Könümə od düşdü, yandım da gəldim. Əzəldən əvvəli biz haqqı bildik, Haqdan nida gəldi, haqqa haqq dedik, Qırxlar meydanında yunduq, pak olduq, İstəmən təharət, yundum da gəldim. Şunda bir qardaşla qeydə düşmüşəm, Pirlər məqamında yanıb bişmişəm, Qırxlar meydanında həm görüşmüşəm, İstəmən yanmağı, yandım da gəldim. Şah Xətayi aydır: – Sənindir fərman, Olursan hər qulun dərdinə dərman. Gözəl şahım, sənə min canım qurban, İstəməz qurbanı, kəsdim da gəldim. *** Qəhrinə, küfrinə cümlə dayandım, Əvvəl iqrar verib dönən gəlməsin. Rəngi, boyasına cümlə boyandım, Bu rənglərə boyanmayan gəlməsin. Rənginə boyandım, mən camdan içdim, Neçə canlar ilə qondum, qonuşdum, Məhəbbət eylədim, candan sevişdim, Məhəbbəti küfür sayan gəlməsin. Məhəbbət eylədim, sevdim yarımı, Xərc eylədim əldə olan varımı. Bir əsilzadəylə et bazarını, Etdigi bazardan dönən gəlməsin. Gerçək imiş sərsəriyə gəlməyən, Ər odur ki, iqrarından dönməyən, Qəlbində, könlündə riya bilməyən, İkilik kömlegin geyən gəlməsin. Günahkara təriq sitəm qodular, Meydana gələndə qırxlar dedilər, Dostu dostdan seçi verin dedilər, Əfsanə sözlərə uyan gəlməsin. Şah Xətayi aydır: – Bu həq yolidir, Doğru yoldir, bu həm eşq mənzilidir, Əksigə qalmayan pirim Əlidir, Qəlbində şübhəsi olan gəlməsin. *** Gəl könül, pirlərin nəsihətini Biz tutalım, tutmayanda nəmiz var? Dost məhəbbətini məhəbbətmizə Biz qatalım, qatmayanda nəmiz var? Bizə bunu deyən böylə demişlər, Bir loğmayi min can ilə yemişdir, Ərəmlər bir doğru yoldur, qomuşdur, Biz gedəlim, getməyəndə nəmiz var? Yenə haq səndədir sən sənə baxa, Sən sənə baxıb da sən səndən qorxa, İxlas ilə niyazımızı haqqa Biz edəlim, etməyəndə nəmiz var? Gəl, Xətayi, iqrarımız güdəlim, Biz bizi görəlim, qeyri nedəlim? Yıxıq könülləri mə’mur edəlim, Biz edəlim, etməyəndə nəmiz var? *** Ərənlərin ərkanına, yoluna, Ta əzəldən talib oldum, ərənlər. Can ilə könüldən durdum, düşündüm, Bu gün mürşüdümü buldum, ərənlər. Can ilə könüldən gəzdim, aradım, Həqqin didarını görmək muradım, Didar ilə məhəbbətdir tələbim, Ya bu gün, ya yarın öldüm, ərənlər. Keçmişəm sərimdən, qorxmam ölümdən, Münkir bilməz övliyanın halindən, Yəzid oğlu bir xarici əlindən Çox dəmdir didardan qaldım, ərənlər. Sən haqqı yabanda arama, sağın, Uyduysan qəlbinə, həq sana yaxın, Adəmə xor baxma, kəndini saqın, Cümləsin adəmdə buldum, ərənlər. Şah Xətayiyəm, ərz edəyim halimi, Xərc edəyim əldə olan varimi, Sürə-sürə şaha gedəm yüzimi, Mürvət qəbul eylə, gəldim, ərənlər. *** Mən dərvişəm deyə köksün gərərsən, Həqqi zikr etməyə dilin varmıdır? Kəndini görsənə, eldə ararsan, Halın hal etməyə halın varmıdır? Bir gün balıq kimi ağa sararlar, Mürşiddən, rəhbərdən xəbər sorarlar, Tüstü yaxıb guşə-guşə ararlar, Mən arıyam dersən, balın varmıdır? Dərdli olmayanlar dərdə yanarmı? Sadiq dərviş iqrarından dönərmi? Hər bir uçan gül dalına qonarmı? Mən bülbüləm dersən, gülün varmıdır? Şah Xətayi, sənin dərdin deşilməz, Dərdi olmayanlar dərdə tuş olmaz, Mürşidsiz, rəhbərsiz yollar aşılmaz, Mürşid ətəgində əlin varmıdır? *** Ərənlər bu yolda hazırdır, hazır, Müsahib lövhini dəftərdən qazır, Gərəksə, eyləsin min kərrə üzür, Onlar ilə yeyib-içənə lə’nət. Ağlını bəyənib, iqrarın qoyub, Qalxıb havalanıb, nəfsinə uyub, Təbərra kömlegin əyninə geyib, Əzazil yurduna keçənə lə’nət. Bəyənməyib ərənlərin sözünü, Mənlik yurduna qondurmuş özünü, Haqq qapıdan döndərmişdir yüzünü, Əzazil donunu biçənə lə’nət. Ariflər beylə dedilər uluya, Əzazil neyləsin qəlbi doluya, Təbərra oxundu yanlış biliyə, Kəndi biləsinə uçana lə’nət. Xətayim der: – Birvəliyəm yol ilə, Sultanın töhfəsi hər dəm qul ilə, Könüldə kibr olub soyuq dil ilə Özün məhəbbətdən seçənə lə’nət. *** Bu gün ələ almaz oldum mən sazım, Ərşə dirək-dirək çıxar avazım, Dörd şey vardır bir qarındaşa lazım, Bir elim, bir kəlam, bir nəfəs, bir saz. Gözəl əlim çıxsa, çıxsa salınsa, Bədir aylar kimi doğsa, dolunsa, Dörd şey vardır bir qarındaşa lazım: Bir xeyir, bir şər bir ibadət, bir niyaz. Yaz olunca çəmən-çayır üstünə Ərməğan sunarlar dostu dostuna, Dörd şey vardır ovu almış dəstinə. Bir şahin, bir toğan, bir əspir, bir baz. Cahil olan söylər, sözünü bilməz, Meydana gəlincə özünü bilməz, Dörd şey vardır cənnət yüzünü bilməz: Bir münkir, münafiq, bir Yezid, qanmaz. Şah Xətayim aydır: – Sən qulun nedər? Gözəl dünyasını tərk edər, gedər, Dörd şey vardır ildən-ilə dövr edər: Bir aydır, bir gündür, bir qışdır, bir yaz. *** Baharın gəldiyin nədən biləyim, Gül dikəndə bitər, bülbül taldadır. Əyyubun tənində iki qurd qaldı, Biri ipək sarar, biri baldadır. Könünə gətirmə şəkk ilə güman, Seyid Nəsimiyə de ol oldu şan, Tanrı ilə min bir kəlam söyləşən Əli Mədinədə, Musa Turdadır. Şəriət yolunu Məhəmməd açdı, Təriqət gülünü Şah Əli seçdi, Şu dünyadan neçə yüz min ər keçdi, Onlar ittifaqda, Mehdi yoldadır. Adəmin, Hatəmin zati Fəzlullah, Əşyayi qərq etmiş bu, bir sirrullah. Şahənşahi-qütbi-aləm zillullah Qüdrəti-nəzəri mö’min quldadır. Şah Xətayi aydır: – Sirrini yayma, Qıla gör namazın, qəzayə qoyma, Şu yalan dünyada heç sağam deyma, Tənin tənaşirdə, sirrin saldadır. </poem> <references /> [[Kateqoriya:Şeirlər]] fudtwqis5vo4gayrvquuqwbsxdcox54